08 noy 21:19olke

Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza

Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza
Çərşənbə axşamı AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantı Topaz premyer-liqasında 10-cu, divizionda 9-cu turda, həmçinin premyer-liqada 7-ci turdan təxirə salınan bir oyunda baş verən qayda pozuntularının müzakirəsinə həsr olunub.
7-ci turun oyunu olan “Keşlə” – “Qarabağ” matçının 88-ci dəqiqəsində paytaxt təmsilçisinin üzvü Samir Məsimov ikinci xəbərdarlıqdan sonra meydandan kənarlaşdırılmışdı. O, bu həftəsonu “Sumqayıt”la baş tutacaq qarşılaşmanı tribunadan izləməli olacaq. Klubu 200 manat cəriməni ödədikdən sonra isə 12-ci turda Tərlan Əhmədovun sərəncamında olacaq.
Premyer-liqanın son turunda cəmi bir oyunla bağlı qayda pozuntusu baş verib. “Səbail”li Şəhriyar Rəhimov “Zirə” ilə matçın 60-cı dəqiqəsində ikinci sarı – qırmızı vərəqə alaraq komandasını azlıqda qoyduğuna görə Məsimovun aqibəti ilə (1 oyun, 200 manat) üzləşib.
Divizionun son turundakı cərimə və cəzalar isə premyer-liqadakından daha məhsuldar alınıb. “Səbail”in oyunçusu Murad Məmmədovun intizamsızlığı ona və klubuna baha başa gəlib. “Zaqatala” ilə matçın 55-ci dəqiqəsində komandasını azlıqda qoyan və beləliklə, darmadağına şərait yaradan futbolçu qırmızı vərəqəyə etiraz edərkən hakimə qarşı fiziki təzyiq göstərib. İntizam Komitəsi davakar futbolçunu 5 oyunluq diskvalifikasiya edib. “Səbail” onun davranışını 400 manat cərimə ilə “sığortalayacaq”.
“Zirə-2” – “Kəpəz” matçında isə qərb təmsilçisinin üzvü Fərid Bayramov iki sarı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 20 manat cərimələnib. “Zirə-2” də “sudan quru çıxa bilməyib”. Qəsəbə təmsilçisinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat ziyana düşüb. Ümumiyyətlə, vərəqə bolluğuna görə divizionun bir neçə təmsilçisi xərcə düşüb. “Zirə-2”dən başqa, “Keşlə-2”, MOİK və “Neftçi-2”də də sarı vərəqə alanların sayı 4 və daha çox olub. Beləliklə, onların hər biri 80 manat cərimə olunub.
Ümumiyyətlə, son iclasda klublara 1140 manat cərimə kəsilib. Nəticədə mövsümün startından bu yana cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 44680 manata çatıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar