08 noy 21:17olke

“Neftçi” liderliyini qorudu

 “Neftçi” liderliyini qorudu
“Ulduz xəstəliyinə tutulan” Rövşən Hüseynli qovuldu
Dünən futzal üzrə yüksək liqada ikinci dövrəyə start verildi. 8-ci turun ilk oyununda “Araz”la “Yasamal” üz-üzə gəldi ki, bu komandalar arasında sentyabrda keçirilən oyunda qalib müəyyənləşməmişdi. Daha doğrusu, “Yasamal əzkar heç-heçə etməyi bacarmışdı. Heyətlərə gəlincə, “Yasamal” əsas “silah”ından – Sadiq Cavidin xidmətindən məhrum idi. Buna səbəb iranlı legionerin “Neftçi” ilə oyunda qırmızı vərəqə almasıdı. Adətən, ilk “5-liy”ə əl vurmayan Alesio bu dəfə İsanı Oktayla əvəzləmişdi. İlk dəqiqələrdən təşəbbüsü ələ alan və tədricən üstünlüyünü artıran “Araz” 9-cu dəqiqədə hesabı açdı. Xətai Bağırov sükutu pozan isim oldu. Cəmi 35 saniyə sonra Çovdarov Bağırovun ötürməsini dəqiq dəyərləndirdi. Elşənin qolu da kifayət qədər baxımlı alındı. Onun “doqquzluğ”a sancdığı “mərmi”nin cavabını elə qolkiper verdi. Belə ki, Omid Xəlili 14-cü dəqiqədə fərqi iki topa endirməklə oyuna yenidən intriqa gətirdi. “Yasamal”ın qapıçısı 17-ci dəqiqədə fərqi minimuma endirdi. Onun zərbəsindən sonra Rövşən topa toxunsa da, qolun qeydə alınmasına mane ola bilmədi. “Ulduz xəstəliyinə tutulan” Hüseynli komandasının dördüncü qolundan sonra yaranmış gərginlik zamanı qırmızı vərəqə alaraq meydanı tərk etməli oldu. Azlıqda qalan “Araz” hissənin son dəqiqəsində fərqi yenidən 3 topa çatdırdı. Dördüncü qola Xətai, beşinciyə isə Ramiz adını yazdırdı.
İkinci hissədə də qol pərdəsini Xətai açdı. Oktay 25-ci dəqiqədə hesabı 7:2-yə çatdırdı. Qarşılaşmada son 5 qol isə Xətaiylə “Yasamal”lı Şahnasinin ardıcıl qol yarışması nəticəsində baş tutdu. Beləliklə, Xətai Bağırov penta-trikə, iranlı legioner isə het-trikə imza atdı. Ancaq nominal qonaqlar son çempionun fərqi artırmaq cəhdinə mane ola bilmədi və belədə birinci dövrədəki nəticə təkrarlanmadı. “Araz” çətin rəqibini 9:6 hesabı ilə üstələdi.
“CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanan “Neftçi” – “Xəzər Cənub” matçı da kifayət qədər maraqlı alındı. Oyunda ilk real qol vəziyyətini lənkəranlılar qaçırdı. Rəqibi əks-hücumda yaxalayan bölgə təmsilçisindən Hadi Rizvan Katebini də keçib dirəyin “möhkəmliyini yoxladı”. Növbəti dəfə Əli Mikaili qol vurmağa yaxın oldu. Bu dəfə Zamanov səhvsiz oynamaqla topa sahib çıxdı. 5-ci dəqiqədə isə təhlükə əks qapı qarşısında yarandı. Ancaq Məhəmməd Rza vaxtında “sürüşmə” fəndi ilə topu Vahibdən “oğurladı”. Məsud Nəsirzadəgahın 7-ci dəqiqədə ayağının uc hissəsi ilə “çərçivə”yə istiqamətləndirdiyi top cüzi fərqlə kənara getdi. Əli Mikailinin 10-cu dəqiqədə topu Zamanovun üstünə vurması komanda yoldaşlarını da hövsələdən çıxardı. “Vurmayana vurarlar” deyimi 11-ci dəqiqədə işə düşdü. Balakişiyev qapıya paralel ötürməni tora qovuşdurmaqla komandasına üstünlük qazandırdı. 16-cı dəqiqədə oyun ərzində tez-tez komanda yoldaşlarına etiraz edən Mehdi özü qapıçı ilə üzbəüz qaldığı epizodu boşa verdi. Hissənin sonuna yaxın Vitali aldadıcı zərbə ilə toru silkələdi və “Neftçi”nin üstünlüyünü artırdı – 2:0.
İkinci hissədə də “Xəzər Cənub” topa daha çox nəzarət edən, epizodalar yaradan tərəf oldu. Ancaq bu imkanları dəyərləndirə bilməməsi Lənkəran təmsilçisini çətin duruma çaldı. Hesab 35-ci dəqiqədə dəyişdi. Ümumiyyətlə, son 5 dəqiqədə qarşılıqlı qollara şahidlik etdik. Əvvəlcə Balakişiyev fərqi 3 topa çatdırdı. Ancaq “Xəzər Cənub” bir neçə saniyə sonra Şabah Şahnasinin qolu ilə fərqi azaltdı. Növbəti 2 qol da bir dəqiqəyə sığdı. Əli Abdullahinin qoluna adaşı və həmyerlisi Əli Mikaili cavab verdi. 38-ci dəqiqədə isə nominal meydan sahibləri “10 metrlik” zərbəni qola çevirə bilmədi. Beləliklə, növbəti qələbəsini qazanan “Neftçi” zirvədəki mövqeyini də qorumuş oldu.
Autsayderlərin dueli də maraqlı alındı. Əvvəlcə “Liman” ardıcıl 2 qol vurdu. Ancaq ruhdan düşməyən nominal qonaqlar nəinki hesabı bərabərləşdirdi, hətta çempionat ərzində ilk dəfə bir oyunda hesabda önə keçdi. Ancaq 15-ci dəqiqədə qapıçının kobud səhvi tablodakı rəqəmləri eyniləşdirdi. Bununla belə, son pillənin sahibi fasiləyə hesabda üstün yollanmağı bacardı. İkinci hissədə zədəli olmasına rəğmən, meydana qayıdan Fatihzadə ardıcıl 4 qol vurmaqla qarşılaşmanın taleyini təkbaşına həll etdi və sensasiyaya imkan vermədi.
8-ci tur
Araz – Yasamal 9:6 (5:2)
Araz: 12. Rövşən Hüseynli, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 9. Oktay Rüstəmli; 1. Kamran Hacıyev, 10. Nihad İsmayılov, 14. Elşən İbramxəlilov, 15. Adəm Həbibov, 17. İsa Atayev, 18. Adil İsmayılov, 19. Ruzigar İbrahimzadə, 20. Kənan Manafov.
Baş məşqçi: Joze Alesio da Silva.
Yasamal: 15. Omid Xəlili, 8. Səid Əmini, 10. Salar Şahnasi, 6. Həmid Rza Baxşi (k), 7. Sina Jamali; 2.Rza Xorasani, 5. Tural Lətifov, 13. Məhəmmədrza Zarabadi.
Komandanın rəhbəri: Orxan Allahverdiyev.
Qollar: X.Bağırov, 9 (1:0). R.Çovdarov, 10 (2:0). E.İbramxəlilov, 13 (3:0). O.Xəlili, 14 (3:1). O.Xəlili, 17 (3:2). X.Bağırov, 19 (4:2). R.Çovdarov, 20 (5:2). X.Bağırov, 23 (6:2). O.Rüstəmli, 25 (7:2). H.Rza Baxşi, 26 (7:3). S.Şahnasi, 28 (7:4). X.Bağırov, 32 (8:4). S.Şahnasi, 38 (8:5). X.Bağırov, 39 (9:5). S.Şahnasi, 40 (9:6).
Vərəqələr: H.Rza Baxşi, 16 – sarı. R.Hüseynli, 19 – qırmızı.
Hakimlər: Anar Fərəcov, Fuad Həsənov, Kənan Məlikov.
Hakim-inspektor: Fizuli Nəcəfov.
7 noyabr. Bakı İdman Sarayı.

Neftçi – Xəzər Cənub 4:2 (2:0)
Neftçi: 23. Elnur Zamanov, 4. Əli Abdullahi, 6. Məhəmməd Katebi, 10. Rüfət Balakişiyev (k), 11. Həmid Rza Povrjavid; 1. Samir Mehtiyev, 7. Rəcəb Fərəczadə, 8. Vahib Xocayev, 9. Həmid Abdullahi, 13. Əjdər Əjdərov, 14. Vitali Borisov, 77. Tural İsmayılov, 94. Oruc Baxşəlizadə.
Baş məşqçi: İlqar Aslanov.
Xəzər Cənub: 21. Məhəmməd Rza Rahi, 10. Mehdi Pənahande (k), 15. Hadi Rizvan, 77. Əli Mikaili, 9. Fərid Mazahevi; 1. Əli Xaderemheydəri, 7. Məsud Nəsirzadəgah, 11. Şabah Şahnasi, 12. İlkin Mirzəyev, 19. Şahin Nami.
Menecer: Tuğsal Eliz.
Qollar: R.Balakişiyev, 11 (1:0). V.Borisov, 20 (2:0). R.Balakişiyev, 35 (3:0). Ş.Şahnasi, 35 (3:1). Ə.Abdullahi, 37 (4:1). Ə.Mikaili 37 (4:2).
Vərəqələr: M.Pənahande, 35. H.Rizvan, 38. R.Fərəczadə, 40 – sarı.
Hakimlər: Elçin Səmədli, Hikmət Qafarlı, Rahin Heybətov.
Hakim-inspektor: Munis Abdullayev.
7 noyabr. Bakı İdman Sarayı.

Liman – Yasamal İSK 7:5 (3:4)
Liman: 12. Seyid Əhməd Yaqubi, 5. Mahir Dünyamalıyev, 6. Hikmət Hüseynov, 3. Elvin Mirzəzadə, 10. Camal Mahmudov (k); 4. Paşa Tanrıverdiyev, 7. Hüseyn Fatihzadə, 77. Zaur Nuruzadə.
Baş məşqçi: Zaur Əliyev.
Yasamal İSK: 8. Ceyhun Nağıyev (k), 3. Anar İsayev, 10. Məhəmməd Eyniyev, 11. Amil Əlimirzəyev, 7. Nihad Mahmudov; 4. Xəyal Abbasov, 5. Vüsal Səfərov.
Rəhbər: Azər Əmənov.
Qollar: H.Hüseynov, 5 (1:0). H.Fatihzadə, 6 (2:0). A.İsayev, 10 (2:1). M.Eyniyev, 11 (2:2). M.Eyniyev, 12 (2:3). C.Mahmudov, 15 (3:3). A.İsayev, 18 (3:4). H.Fatihzadə, 26 (4:4). H.Fatihzadə, 27 (5:4). H.Fatihzadə, 28 (6:4). H.Fatihzadə, 29 (7:4). A.Əlimirzəyev, 38 (7:5).
Vərəqə: yoxdu.
Hakimlər: Azad Hüseynov, Anar Fərəcov, Elmir Quluzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
7 noyabr. Bakı İdman Sarayı.
1. Neftçi 7 6 0 1 35-19 18
2. Araz 7 5 2 0 40-18 17
3. Ekol 6 4 1 1 47-17 13
4. Yasamal 6 2 1 3 39-23 7
5. Xəzər Cənub 6 2 0 4 47-23 6
6. Liman 7 2 0 5 32-55 6
7. Yasamal İSK 7 0 0 7 18-103 0
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar