08 noy 21:06olke

“Qəbələ” almanlarla bacarmadı

“Qəbələ” almanlarla bacarmadı
UEFA Gənclər Liqası
Çempionlar yolu
2-ci mərhələ, ilk oyun
Qəbələ - Herta (Almaniya) 1:3 (0:0)

Qəbələ: 12. Əmrah Zülfüqarlı, 2. Rüstəm Nuriyev, 3. İzzət Muştaqov, 4. Vüsal Məsimov, 6. Faiq Hacıyev, 7. Əli Sadıqov (k), 8. Abbas Ağazadə, 11. Samir Qurbanov (9. Əli Mürsəlov, 78), 15. İdris İnqilablı, 16. Veysəl Rzayev (10. Təbriz İsazadə, 66), 17. Məhəmməd Məhərrəmov (18. Nicat Oruclu, 88).
Ehtiyat oyunçular: 1. Elməddin Sultanov, 5. Arsen Ağcabəyov, 13. Nicat Əliyev, 14. Xəyal Muradov, 18. Nicat Oruclu.
Baş məşqçi: Emin İmaməliyev.
Herta: 1. Luis Klate, 9. Cesik Nqankam (k), 10. Miralem Ramiç, 17. Castin Viber (6. Tarık Gözüşirin, 79), 18. Maksimilian Qurçke (16. Pol Krüqer, 89), 19. Yulian Albrext (8. Yonas Mixelbrin, 46), 24. Mateo Kastrate, 31. Soni Tsimer, 33. Florian Bak ( 21. Elias Tamim, 89), 35. Florian Kribis (14. Ruven Vertmüller, 72), 36. Mohammed Kiprit.
Ehtiyat oyunçu: 12. Florian Palnovski.
Baş məşqçi: Mihael Hartmann.
Qollar: M.Kiprit, 65 (0:1). C.Nqankam, 71 (0:2). R.Vertmüller, 85 (0:3). Ə.Sadıqov, 88 (1:3)
74-cü dəqiqədə Samir Qurbanov penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: M.Ramiç, 38. L.Klate, 72, İ.İnqilablı, 74 –sarı.
Hakimlər: DANİYAR SAXİ, Rüstəm Matyakubov, Maral Abdikerov (hamısı Qazaxıstan), İnqilab Məmmədov (Azərbaycan).
Hakim-inspektor: Frits Stuxlik (Avstriya).
UEFA nümayəndəsi: Ana Paspopoviç (Monteneqro).
7 noyabr. Qəbələ. Şəhər stadionu. 450 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.

İlk mərhələdə Moldova “Şerif”ini mübarizədən kənarlaşdıran “Qəbələ”ni bu dəfə daha çətin sınaq gözləyirdi. “Qırmızı-qaralar” öz yaşıdları arasında ötən mövsüm Almaniya çempionluğunu bayram etmiş “Herta” ilə münasibətləri aydınlaşdırmalı idi. Matçdan öncə isinmə hərəkətləri üçün meydana çıxan komandaların futbolçularına diqqət yetirdikdə, almanların fiziki cəhətdən İmaməliyevin yetirmələrindən bir baş üstün olduğunu görməmək üçün kor olmaq lazım idi. Bu yöndə xüsusilə Bak, Kribis və kapitan Nqankam seçilirdi.
Qonaqlar atletik cəhətdən seçilsə də, eyni sözləri oyun barədə söyləmək olmaz. Matçın ilk dəqiqələri kəşfiyyat xarakteri daşıyıb, sakit məcrada keçsə də, 5-ci dəqiqədən etibarən meydan sahibləri müəyyən ərazi üstünlüyünə yiyələndi. İmaməliyevin komandası daha çox hücum edir, rəqib müdafiəçiləri təzyiq altında saxlayırdı. 7-ci dəqiqədə Əli sağ cinahla sürətli reyd edib, cərimə meydançasına daxil olaraq iti bucaq altında uzaq küncü nişan aldı. Ancaq zərbəsi qeyr-dəqiq alındı. Ardınca Samir diqqət mərkəzinə düşdü. Qurbanov iki almanın əhatəsindən çıxıb təxminən 22 metrdən zərbə endirdi. Bu dəfə Klate ustalığını nümyiş etdirərək, “9-luğ”a gedən topu barmaqlarının ucu ilə, çətinliklə də olsa, kornerə çıxarmağı bacardı. 13-cü dəqiqədə isə tribunalara toplaşan azsaylı “Qəbələ” azarkeşləri biranlıq başlarını tutdular. Bakdan ötürmə alan Kribis çox düşünmədən “mərmi”ni “çərçivə”yə yönəltdi. Əmrahın baxışları altında top dirəyə dəyərək meydandan çıxdı. Qonaqların bu hücumundan sonra şimallılar bir qədər ehtiyatlı oynamağa başladılar ki, bunu da hardasa başa düşmək olardı. Yeri gəlmişkən, onu da qeyd edək ki, “Herta”nın heyətində ucaboy oyunçuların sayı çox olsa da, nədənsə Hartmannın komandası bu üstünlükdən istifadə etmir, daha çox yerlə oynamağa üstünülük verirdilər. Bu isə, heç şübhəsiz, “qırmızı-qaralar”ın işinə yarayırdı. Texnikalı oyunçulardan qurulan meydan sahibləri belədə rəqibin hücumlarının qarşısını almaqda çətinlik çəkmirdi. Ümumiyyətlə, Almaniya çempionu ilk yarıda o qədər də yaxşı təsir bağışlamadı. Halbuki bir çoxları qarşılaşmadan öncə qonaqların oyunun taleyini elə ilk yarıda həll edəcəyini düşünürdü.
Görünür, bu məqam qonaqların baş məşqçisini də narazı salmışdı. Məhz bu səbəbdən Hartmann fasilədə yarımmüdafiənin mərkəsində çıxış edən Albrexti Mixelbrinlə əvəzləməyi lazım bildi. Jonas ortada top saxlamalı, irəli xətdə yer alan Nqankamla Kipriti topla təmin etməli idi. Çalışdırıcının bu addımı ikinci hissənin əvvəlində özünü doğrultdu. Birinci yarıda süst təsir bağışlayan qonaqlar ikinci 45 dəqiqədə sürəti artıraraq, “qırmızı-qaralar”ı öz qapısına sıxışdırmağı bacardı. Bu dəqiqələrdə meydan sahibləri müdafiədə sıx oynayaraq, rəqibə boş zona verməməyə çalışır, rəqibi əks-hücumda yaxalamağın planlarını cızırdı. Ancaq onların bu istəyi istənilən nəticəni vermədi. 65-ci dəqiqədə Abbas topu cərimə meydançasından uzaqlaşdırmaq istəyərkən səhvə yol verdi. Onun bu “hədiyyə”sindən isə Kiprit maksimum yararlandı. “36 nömrə” başla topu tora qovuşdurdu. Meydan sahibləri qolun şokundan ayılmamış qapısında ikinci qolu gördü. Bu dəfə də müdafiəçilərin kobud mövqe səhvindən sonra qonaqlar hesab arasındakı fərqi iki topa çatdırdı. Sağ cinahdan qapıya paralel ötürmədən sonra müdafiəçilərin boş buraxdığı Nqankam çətinlik çəkmədən toru silkələdi. Üç dəqiqə sonra isə bu dəfə şimallılar fərqlənməyə yaxın oldu. Cərimə meydançasında Klate Məhəmmədə qarşı kobud oynadı və qazaxıstanlı baş hakim düşünmədən penalti təyin etdi. “Nöqtə”yə yaxınlaşan Samir isə yüzfaizlik qol şansını boşa verdi. Daha dəqiq desək, “Herta”nın qolkiperi səhvini “yuyaraq”, topu tutdu. Bundan sonra azarkeşlər meydanda açıq futbola şahidlik etdilər. Gah bu, gah da digər qapının önündə təhlükəli vəziyyət yaranırdı. 85-ci dəqiqədə qonaqlar daha bir dəfə fərqləndi. Bu dəfə meydana yeni daxil olan Vertmüller adını tabloya yazdırdı. Artıq hamı qarşılaşmanın bu hesabla başa çatacağını düşünürdü. Lakin meydan sahibləri qollardan birinin əvəzini çıxmağı bacardı. Sadıqov 88-ci dəqiqədə, az da olsa, noyabrın 28-də keçiriləcək səfər oyunu ərəfəsində təmsilçimizə ümid verən qola imza atdı. Hakimin əsas vaxta əlavə etdiyi müddətdə isə tir şimallıları qoldan xilas etdi. Kipritin cərimə zərbəsindən sonra “mərmi” tirə dəyib meydanı tərk etdi. Bu həm də görüşdə qeydə alınan son təhlükəli vəziyyət oldu.
RƏŞAD

Reaksiyalar
Mihael Hartmann: “Bu oyunda qələbəyə daha çox biz layiq idik və sonda istəyimizə çatdıq. Məncə, 3 yox, 5-6 qol vurmalıydıq. İlk hissədə olduğu kimi, ikinci yarıda da fərqlənmək üçün şanslarımız oldu. Hesabı gec açmağımıza gəlincə, açığı, birinci hissə bir qədər qarışıq keçdi. Bu üzdən yaxaladığımız şanslardan yararlana bilmədik. 65-ci dəqiqədə isə istədəyimiz qolu vurduq və qısa vaxtda davamı gəldi”.
Emin İmaməliyev: “İlk hissədə komanda normal çıxış edərək, demək olar ki, rəqibə fərqlənmək imkanı yaratmadı. Qapımızda gördüyümüz qollar da sırf öz səhvlərimizdən sonra vuruldu. Bilirəm ki, səfərdə çətin olacaq, buna baxmayaraq, Almaniyaya əlimizi yanımıza salıb yollanmayacağıq. Çalışacağıq səfərdə layiqli oyun nümayiş etdirək. Kollektivdə penaltini vuran futbolçular var. Samir də onlardan biridi. Ulduz futbolçular da bəzən penaltidən yararlana bilmirlər. Ona görə də bu gün Samirin yanında olub, ona dəstək verməyimiz lazımdı. Onu da nəzərə alın ki, “Herta” Almaniya çempionudu və daxili çempionatda daha güclü və səviyyəli komandalarla mübarizə aparır. Bizdə isə hər şey göz qabağındadı. Ümid edirəm ki, cavab görüşündə daha baxımlı oyun göstərib azarkeşlərimizi sevindirəcəyik”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar