07 noy 22:47olke

“Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum”

“Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum”
Rauf Milinkoviçin “Keşlə”də çox qalmayacağını bilirmiş
Bir neçə il öncə ölkə futbolunda hücumçu sözü deyildəndə, ağla Rauf Əliyev gəlirdi. Uca boyu və əzmkarlığı sayəsində təkcə “Qarabağ”da yox, həm də yığmada azarkeşlərin rəğbətini qazanan forvardın qiyməti yüzminlərlə ölçülürdü. “Qarabağ”dan ayrıldığı dönəmdə iddialı komandalar onun üçün növbəyə dayanmışdı: “Bakı”, “Xəzər Lənkəran”, “Qəbələ”...
Azərbaycanda kifayət qədər top qovandan sonra legioner həyatı yaşamaq üçün “Kukesi”yə üz tutdu. Pis başlamamışdı, lakin sonradan meydanda az vaxt keçirməsi və məlum səbəblərdən Albaniyanı tərk edib vətənə dönməsi Raufu xeyli arxaya atdı. Uzun müddət futbolsuz qaldı və günlərin birində “Qəbələ”də peyda oldu. İndi onun adı Vüqar Nadirov, Vaqif Cavadov, Əfran İsmayılov kimi sabiq komanda yoldaşları ilə birgə “sönmüş ulduzlar”ın siyahısındadı. Millidən kənarda qalıb, “Qəbələ” üçün heç də aparıcı oyunçu sayılmır. “Qəbələ” – “Sabah” matçını cəza səbəbindən tribunadan izləyən 29 yaşlı futbolçu olduqca qayğılı görünürdü. Fasilədə Əliyevə yaxınlaşıb, bir çox maraqlı məqamlara toxdunuq.
- Oyunu kənardan izləmək necə hissdi? Komandan 2 top fərqi ilə öndədi və yəqin ki, özlüyündə “kaş meydanda olaydım” deyə düşünürsən.
- Qismət beləymiş. Bu dəqiqə “Qəbələ”nin qələbəsini düşünürəm, başqa heç nə. Çempionatın başa çatmasına hələ çox var. İnşallah, növbəti turlarda meydana çıxıb, özümü göstərərəm.
- “Sumqayıt”la oyunda ikinci “sarı”ya görə aldığın qırmızı vərəqə haqda açıqlama vermişdin. Daha ətraflı şərh edərdin.
- Yenə deyirəm, heç nədən ikinci “sarı”nı aldım. Hamı kimi mən də Bəhlulun meydandan qovulmasının haqsız olduğunu deyirdim.
- Yəni o an söyüş söyməmişdin?
- Xeyr, heç bir söyüş yox idi. Sadəcə, əvəzlənəndən sonra tərliyi əynimə geyməmişdim. Başım tərli idi deyə, başıma bağlamışdım. Dördüncü hakim iki-üç dəfə yaxınlaşıb tərliyi geyməyimi istədi. Sonuncu xəbərdarlığından sonra geydim. Məncə, hakimdə tərlik söhbətinə görə qıcıq yaranmışdı. Bəhlulun epizodunda mənə dedi ki, sən danışma. Hamı qışqırır, etiraz edir, amma dördüncü hakim yalnız mənə “sən danışma” deyir...
- Deyəsən, karyeran ərzində ən kuryoz “qırmızı” oldu…
- İki dəfə meydandan qovulmağım yadıma gəlir. “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum (gülür).
- “Qırmızı”ya görə klub tərəfindən hansısa cəza, yaxud cəriməyə məruz qaldın?
- Sağ olsunlar, anlayışla qarşıladılar. Məsələ hamıya məlum idi, ona görə də bu söhbət müzakirə olunmadı. Orda artıq hərəkət, yaxud tərbiyəsizlik etsəydim, əlbəttə, istənilən cəzayla barışardım, səsimi çıxarmazdım.
- Atakora – Adeniyi - Jozef-Monroz “üçlüy”ü son oyunlarda xoş təsir bağışlayır. Bu səni qorxutmur ki?
- Niyə qorxutmalıdı? Əksinə, onların yaxşı oynaması məni də sevindirir. Biz bir komandayıq, məqsədimiz uğurlu oynamaq, qələbələri sıralamaqdı. Əksinə, bu cür olması mənə də xeyirdi. Məşqlərdə daha artıq çalışmalı, özümü göstərməliyəm. Rəqabət tək mənə yox, onların özlərinə də faydalıdı.
- Vaxt var idi klublar sənin üçün növbəyə düzülürdülər. Bu gün isə “Qəbələ”də heç də aparıcı futbolçu sayılmırsan. Kölgəyə çəkilməyinin səbəbi kimi nəyi göstərə bilərsən?
- Elə bir problem yoxdu. Hər şey yoluna düşəcək. Sadəcə, məni geri salan bir müddət futbolsuz qalmağım oldu. Bildiyiniz kimi, “Kukesi”də sonuncu dəfə ötən ilin noyabrında oynamışdım. Bir neçə ay sonra “Qəbələ” ilə məşqlərə başlasam da, meydana iyulda çıxdım. Təxminən yarım il futbolsuz qaldım. Nə qədər məşq edirsən-et, oyun təcrübən olmayanda, istər-istəməz sənə müəyyən çətinliklər yaşadır. Bu gün fiziki və psixoloji durumumda elə bir problem yoxdu. Sadəcə, özünəinam problemi var. Bir-iki oyunda qol vursam, işlər qaydasına düşəcək. Açığı, oynamamağımda komandanın nəticələrinin də rolu oldu. Uduzanda baş məşqçi istər-istəməz dəyişikliklərə əl atır. Bir oyun oynayırsan, digərində ehtiyatda qalırsan. Burda oynamaq, özümü göstərmək üçün hər cür imkan var. Gerisi özümdən asılıdı.
- Başqa klublardan maraqlananlar var? Yəni qış fasiləsində səni heyətinə qatmaq istəyənlər...
- Elə bir şey yoxdu. Bu dəqiqə əsas fikrim oynamaq, qolları sıralamaqdı. “Qəbələ”də hələ sözümü deməmişəm. Məqsədim azarkeşlərin və rəhbərliyin ümidlərini doğrultmaqdı.
- Bugünkü qarşılaşmada da görürük ki, komandanın potensialı var. Amma çempionatın ilk yarısında “Qəbələ” özünə bənzəmirdi.
- Özünüz də futbolun içindəsiz. Razılaşarsız ki, bu cür hallar yaşanır, həm də çox. “Qara zolağa düşürsən” və ordan çıxacağın günü gözləyirsən. Dünya futboluna baxaq. “Real” “Valyadolid”lə oyuna qədər nə gündəydi? “Fənərbaxça” turnir cədvəlinin 15-ci pilləsində yer alıb. Özümüzdə “Qarabağ”ı götürək. Bir neçə oyunda qələbə qazanmayan kimi azarkeşlər etiraz etməyə başladılar. Tək bizim başımıza gələn iş deyil. Əsas odu, vəziyyət düzəlməyə doğru gedir. İkinci yarıda “Neftçi”ni məğlub etdik, “Sumqayıt”la heç-heçə oynadıq, inşallah, “Sabah”ı da udarıq. Heyətimiz yaxşıdı, sadəcə, özünəinam olmalıdı. Qələbədən sonra növbəti matça hazırlaşmaq daha yaxşıdı. Məsələn, ötən tur “Sumqayıt”a uduzsaydıq, “Sabah”la oyunda təşviş içində olacaqdıq.
- Bir neçə gündən sonra yığma tarixi ərzində ən önəmli iki matçına çıxacaq. Bugünkü reallığı nəzərə alsaq, Qurban Qurbanovdan təklif gözləyirsən?
- Bu haqda heç nə deyə bilmərəm. Baş məşqçi hansı qərarı versə, hörmətlə yanaşacam.
- Malta ilə səfər matçında start heyətində yer almışdın, Kosovo ilə Bakıdakı oyunda sonradan meydana çıxdın. Verilən şansdan yararlana bilmədiyinə görə yəqin ki, özünü qınayırsan.
- Dediyim kimi, futboldu, əvvəldən nəyisə planlaşdırmaq olmur. Qol vurmağı hamıdan çox özüm istəyirdim. Alınmayanda alınmır. Bəli, olduqca çətin oyunlar olacaq. Farer adalarını səfərdə udmuşuq deyə arxayınlıq olmamalıdı. Şansdı, öz ayaqları ilə gəlib, bundan istifadə etmək lazımdı.
- Vaxtilə çiyin-çiyinə çıxış etdiyin Rüfət Dadaşovun “artırdığını” düşünürsən?
- O vaxt da pis deyildi. Meydana çıxdığı görüşlərdə qol vururdu, ötürmə verirdi. Berti Foqts da deyirdi ki, sizin tandem alınır, birgə yaxşı çıxış edirsiz. İndi yaşı artıb, təcrübə toplayıb. Baxıram, daha inamlı oynayır. Futbolçu oynadıqca daha da “artırır”.
- Yığmadakı hücumçuların ayaqları “bağlanıb”. Ürfan Abbasovla Maksim Medvedev kimi müdafiəçilər fərqləndiyi halda, Ramil Şeydayev rəqib qapısının torunu bir il əvvəl silkələyib.
- Azərbaycan çempionatında oynayan hücumçular elə də çox nəzərə çarpmır. Çünki klublarda əsasən legionerlər forma geymək şansı qazanır. Düzdü, hücumçular var. Amma milli səviyyəsində göstərə biləcəklərimiz azdı.
- Yığma tarixinin ən məhsuldar futbolçusu olan Qurban Qurbanovun 14 qolluq göstəricisinə çatan yoxdu. Vaqif Cavadov yaxşı başlamışdı, dayandı. Elə sən də, Elvin Məmmədov da.
- (fikirləşir) O vaxt pis-yaxşı vururduq. İndi lap acınacaqlı durumdu. Nə deyəcəyimi də bilmirəm, açığı.
- Hücumçuların qol hissiyyatı güclü olur deyirlər. Hisslərin nə deyir, cari mövsümün sonunda ən sərrast futbolçu kim olacaq? Baqali Dabo, Marko Deviç, Stiven Jozef-Monroz...
- Əvvəlki mövsümlərdə artıq ilk turlardan 2-3 futbolçu gözə dəyirdisə, bu il fərqlidi. Hazırda 4-5 nəfər bombardirlik uğrunda mübarizə aparır ki, növbəti oyunlarda onlara qoşulanlar olacaq. Bəzilərinin adlarını çəkdiz, amma mən Mirabdulla Abbasovu da şanslı görürəm. “Qəbələ”nin hücumçularının da yaxşı imkanı var. İndidən nəsə demək çətindi, namizəd çoxdu.
- Özün də o siyahıdasan?
- (gülür) Öz adımı çəkməyi xoşlamıram.
- 10 turdan sonra bombardirlərin hesabında 5 qol var. Zəif göstərici deyil? Vaxtilə Nikolas Kanales 26 qol vururdu.
- Artıq neçə illərdi belədi. Məncə, çempionatla bağlıdı. Həm rəqiblərin səviyyəsi bir-birinə yaxındı, həm də əvvəlki illərə nisbətən oyun sayı azalıb.
- Vaxtilə “Kukesi”də rəhbərliyi altında çıxış etdiyin Mladen Milinkoviçin “Keşlə”dən göndərilməsini necə qarşıladın? Belə olacağını gözləyirdin?
- Heç vaxt kiminsə uğursuzluğuna sevinən adam olmamışam. Amma bilirdim ki, Milinkoviç burda çox işləyə bilməyəcək. Pisliyini istəmirdim, sadəcə, xaraktercə zəif insan olduğunu görmüşdüm, bilirdim. Albaniyadan qayıdandan sonra uşaqlarla danışırdım. Mənə deyirdilər ki, “Kukesi”də şansın bəlkə də Milinkoviçə görə gətirmədi. Yəni onun baş məşqçi olduğu dönəmdə oynadığımı nəzərdə tuturlar. Baxmayaraq ki, məni “Kukesi”yə o götürmüşdü.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar