05 noy 21:45olke

Elman Sultanov qovulacağını gözləmirmiş

Elman Sultanov qovulacağını gözləmirmiş
“Maaşımın bir hissəsini, lap biraylıq əməkhaqqımı kəsə bilərdilər”
Elman Sultanovun “Səbail-2”nin baş məşqçi postundan uzaqlaşdırılması hər nə qədər gözlənilən oldusa, bir o qədər də təəccüblü göründü. Təbii, qısa müddət ərzində iki dəfə komandasının texniki məğlubiyyəti nəticələnən limit səhvinə yol verməsinin izahı yoxdu. Rəhbərlik ilk dəfə güzəşt etmişdisə, ikincidə səbr kasası daşdı. Amma bir məqam da var ki, Sultanov “Səbail” üçün xüsusi adam adlandırıla bilər. Adam hələ iki il əvvəl – “dənizçilər” birinci divizonda mübarizə aparanda, komandasına gümüş medallar qazandırıb premyer-liqaya yüksəlməsinə şərait yaratmışdı. Ötən mövsüm isə əvəzedicilərin çempionatında “Səbail” qızıl medallara sahib çıxmışdı. Düşünmək olardı ki, rəhbərlik yaxın keçmişi göz önünə gətirib, Elman bəyi klubdan uzaqlaşdırmağı yox, başqa cəza növü seçəcək.
Hazırda işsiz olan mütəxəssislər hələ bir neçə gün əvvəl danışmaq istəsək də, Sultanov müsahibə verməkdən boyun qaçırırdı. Lakin dünən danışmağa, yəni başverənlərə izah verməyə vaxt tapdı.
- Zəngləri, mesajları cavabsız qoymağınızın xüsusi səbəbi vardı?
- Xüsusi səbəb deyəndə, açığı, özümü yaxşı hiss etmirdim. Belə deyim, müsahibə vermək əhvalında deyildim. İstər-istəməz adama təsir edir. Digər tərəfdən qardaş qədər doğma bildiyim dostumun anası rəhmətə getmişdi. İki gün başım yasa qarışmışdı. Ona görə də cavab verə bilmirdim. Üzürlü sayın.
- İlk sualın nədən ibarət olduğunu, yəqin ki, bilirsiz. Məlum səhv...
- Oyunun əsas vaxtına uzatma dəqiqələri gedirdi. On nəfərlə qalmağımıza baxmayaraq, hesabda 1:0 öndə idik. Hakim də 7 dəqiqə əlavə etmişdi. 2000 doğumlu hücumçumuz Xəzər Mahmudov yorulmuşdu deyə, onu digər hücumçu Nazim Kərimli ilə əvəzləmək istəyirdim. Yəni bu dəyişiklik normal idi, limit pozulmayacaqdı. Əvəzetməyə hazırlaşanda, baxdım ki, 2001 təvəllüdlü Ədilxan Qarəhmədov zədələnib, oyunu davam etdirə bilməyəcək. Bu an tələskənlikdən səhvə yol verdim. 2001 təvəllüdlü futbolçunun əvəzinə yaşlı oyunçu buraxdıq. Çünki meydanda azı bir nəfər 2001 doğumlu olmalıdı. Adamı yandıran odu ki, yanımda bir neçə futbolçu 2001 təvəllüdlü idi. Onlardan birini meydana buraxa bilərdim. Sırf tələskənlikdən irəli gələn səhv idi.
- Vəziyyətin bu həddə çatmasında tək günahkar sizsiz?
- Olan olub, keçən keçib. Bundan sonra kimisə günahlandırmaq istəmirəm. Rəhbərliklə söhbətdə də “bir günahkar varsa, o da mənəm” dedim. Baş məşqçi komandada hər şeyə cavabdeh şəxsdi. Futbolçu olduğum dönəmlərdə uğursuzluqlara, hansısa nöqsanlara görə baş məşqçilər məsuliyyət daşıyırdı. O vaxt belə görmüşük, indi də belədi. Yenə deyirəm, səhv mənimdi.
- Köməkçiləriniz Toğrul Əhmədovla İsmayıl Məmmədov hara baxırdılar?
- Bu sualı mənə hamı verir. Amma köməkçilərimin yerinə cavab verə bilmərəm. Sizi inandırım, o dəqiqələrdə elə vəziyyət yaranmışdı ki, başımı itirmişdim. Bilmirdim, oyuna baxım, uşaqları sakitləşdirim, yoxsa dəyişiklik edim.
- Yeganə çıxış yolu klubdan uzaqlaşdırılmaq idi?
- Rəhbərliklə söhbətdə belə başa düşdüm ki, getməyim məsləhətdi. Belə olan təqdirdə nəsə deyə bilməzdim.
- Normal qarşıladız? Başqa cəza növü yox idi?
- Məncə, mənə veriləcək sual deyil. Bəli, kobud səhvlərə yol vermişəm, cəzam olmalıdı. Onu da bilərəkdən etməmişəm axı. Komandamın uğur qazanması üçün tələsmişəm, diqqətsizlik etmişəm. Komandam oyun planında pis təsir bağışlamırdı, turnir cədvəlində ortabablardan idik. Məsələn, sırf nəticələrə görə olsaydı, uzaqlaşdırılmağımı başa düşərdim. Amma indiki halda hansısa cərimə gözləyirdim, açığı. Məsələn, maaşımın bir hissəsini, lap biraylıq əməkhaqqımı kəsə bilərdilər. Ağzımı açıb söz də deməzdim.
- Belədə maaşınızı kəsmədilər?
- Xeyr, sağ olsunlar, yaxşı davrandılar. Dekabra qədər maaş veriləcək.
- Cəza tədbiri kimi U-15-ə, yaxud U-17-yə göndərmək olardı.
- Bu komandalarda işləməyə razı olmazdım, məncə. Özümə sığışdırmamaq söhbəti deyil. Sadəcə, mən o mərhələni keçmişəm. Ötən il əvəzediciləri çempion etdim, ondan əvvəl əsas komanda ilə birinci divizionda gümüş medallar qazandıq. “Səbail”də çalışdığım dönəmdə klub və komanda üçün bacardığımın ən yaxşısını etməyə çalışmışam. Bazaya səhər gəlib, hamıdan sonda çıxırdım. İşdən o dərəcədə gec çıxırdım ki, işıqları söndürüb gedirdim.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar