05 noy 21:19olke

Nazim Süleymanov: “Bu gün nə oldu, külək hardan əsdi?”

Nazim Süleymanov: “Bu gün nə oldu, külək hardan əsdi?”
Qurban Qurbanov Geryeni cəzalandırıb
Matçdan sonra hər iki komandanın baş məşqçisinin iştirakı ilə ənənəvi mətbuat konfransı keçirildi. Əvvəlcə qonaqların çalışdırıcısı Nazim Süleymanov jurnalistlərin qarşısına çıxdı. Nazim bəy oyunla bağlı fikilərini söylədikdən sonra sualları cavabladı.
- “Qarabağ”ın matça yaxşı başlaması bizi müdafiədən oynamağa məcbur etdi. 20-25 dəqiqə geridən oynadıq. Qol epizodlarımız da oldu. Əfran yaxaladığı qol imkanından yararlana bilsəydi, vəziyyət dəyişə də bilərdi. Oyunçularda fərdi ustalıq baxımından da fərq var. Rəqibin yaxşı fərdi keyfiyyətlərə malik futbolçuları var.
- Ötən həftə “Qəbələ” ilə matçda gördüyümüz komandadan əsər-əlamət yox idi. Geridə qalan bir həftədə nə baş verdi ki, komandanız bu qədər zəif oyun sərgilədi? Artıq 4-cü oyundu qələbəyə həsrətsiz.
- Digər oyunlara necə, bu matça da o cür hazırlaşmışdıq. Yəqin ki, rəqibin daha yaxşı oynaması sözünü dedi. Uğursuz seriyaya gəlincə, bu futboldu. İrəli baxmaq, çalışmaq lazımdı. Kim uduzmaq istəyər? Hamı qələbə arzulayır. Futbolun gözəlliyi bundadı.
- Ardıcıl xal itkiləri rəhbərliyin xoşuna gəlməyə bilər. Verilən istənilən qərara hazırsız?
- Bilmirəm, siz hansı qərarı istəyirsiz...
- Nazim müəllim, biz heç bir qərarı gözləmirik. Sadəcə, ardıcıl uğursuzluğun səbəbini bilmək istəyirik və rəhbərliyin buna münasibətini.
- Mən bura çalışmağa gəlmişəm. Bir müddət əvvəl məhz siz jurnalistlər yazırdız ki, “Sumqayıt” çox yaxşı komandadı, əla oyun sərgiləyir. Bu gün nə oldu, külək hardan əsdi? Məğlubiyyət varsa, əlbəttə, rəhbərlik sual verməli və baş məşqçi cavablamalıdı.
- Mövsümün əvvəlində qarşınıza avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyulduğunu bildirmişdiz. Ancaq turdan-tura avrokubok zonasından uzaq düşürsüz. Buna nə sözünüz?
- Hər bir komandanın hədəfi var. Avrokuboku kim istəməz? Biz bu yol üçün çalışırıq.
Süleymanovun ardınca konfrans zalına “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov daxil oldu. O da öncə 90 dəqiqə ilə bağlı fikirlərini bölüşdü.
- Futbolçularımı təbrik edirəm. Həmçinin azarkeşlərimizi də. Biz işə fərqli yanaşırıq, başqaları fərqli. İstər-istəməz oyunçularda gərginlik var idi. Bəzi səhvləri nəzərə almasaq, onlardan razı qaldım. Nazim müəllimə uğurlar arzulayıram. Əzmkar, özünəxas oyun üslubu olan komanda yaradıb. Bu da bir daha göstərir ki, çempionatda qarşıdakı matçlar daha ağır olacaq. Futbolçuların bugünkü oyunu məni razı saldı.
- Son dəqiqələrdə Kintananı meydana buraxdız. Onu Poltavadakı görüşdə də görə bilərik?
- Əsas heyətdə yox, sonradan daxil ola bilər. Yenə də oyunçuların hazırlığına baxacağıq. Ordakı məşqdən sonra “18-liy”i quracağıq. Hər oyunçunun meydana çıxmaq imkanı var.
- Uğursuzluq seriyasına bu arenada son qoyduz. Oyunun gedişində düşünmədiz ki, kaş avrokubok matçlarını da burda keçirəydik?
- Belə bir fikir olmadı, açığı, bu haqda heç düşünmədim də. Bura uğursuzluğa son qoymaq üçün gəlməmişdik. Ancaq yenə də oyunçular özlərini burda daha yaxşı hiss edirlər. İstədik ki, dəyişik arena olsun, futbolçular özlərini fərqli atmosferdə hiss etsinlər. Bura bəlkə daha çox öyrəşiblər. İnşallah, gələn il bir qərar qəbul edərik. Demirəm ki, Avropa Liqasının qarşılaşmalarını burda oynasaydıq, fərqli nəticə əldə edərdik. Amma bu stadionun fərqli özəlliyi var.
- “Neftçi”ni keçə biləcəksiz?
- Bu suala cavab verə bilmərəm. Qarşıda çox oyunlarımız var. Futbolçuları bu ağır qrafikdən yaxşı çıxarmağı düşünürük. Bəzən bunlar zədəyə gətirib çıxarır. Qarşımıza məqsəd qoymamışıq ki, mütləq növbəti matçlarda “Neftçi”ni keçməliyik. Məqsədimiz hər görüşdə qələbə qazanmaqdı.
- Bu gün heyəti Poltavadakı matçı düşünərək qurduz?
- Xeyr, daha çox bugünkü oyunu düşünərək.
- “Neftçi” ilə oyundan sonra təşkil olunan mətbuat konfransında bir cümlə işlətdiz, ancaq nədənsə heç kim bunu tutmadı. Demişdiz ki, söz-söhbət gəzir ki, guya çempionluqdan yorulmuşuq. Ancaq biz yolumuza davam edib yenə qızıl medal uğrunda mübarizə aparırıq. Bu həftə istər sosial şəbəkələrdə, istərsə də bəzi mətbu orqanlarda bu mövzuda yazılar və fikirlər paylaşıldı. Yazılanlara inansaq, kimlərinsə cızdığı ssenariyə görə cari mövsümdə çempion “Neftçi” olacaq. Bu məsələyə münasibət bildirməyinizi istərdim.
- Kim yazıb ssenarini?
- Biz də bunu bilmək istəyirik.
- Xeyr, belə bir şey yoxdu. Futbolda bir komandanın 20 il ardıcıl çempion olması kimi bir qanun yoxdu. Biz yorulmamışıq. Artıq neçə illərdi sən də, mən də futbolun içindəyik. Hamımız bir-birimizi çox yaxşı tanıyırıq. Nə mənim, nə sənin ssenarini kimin yazmasından xəbərimiz yoxdusa, deməli, belə söhbət inandırıcı deyil. Bizim neçə illərdi məqsədimiz yaxşı, intizamlı oyun göstərmək və yaxşı nəticə qazanmaqdı.
- Azarkeşlər Ukraynadakı görüşdən qisas gözləyir...
- Azarkeşlərə həmişə təşəkkür etmişəm. Bizim azarkeşlərimiz “Qarabağ”dan gözləməyib, kimdən gözləməlidi? Biz vicdanla işləməyə, azarkeşlərimizi sevindirməyə çalışırıq. Hardasa alınmır, çatışmayan cəhətlər olur. Amma həmişə yaxşı nəticə qazanmaq, Qarabağın adını, Azərbaycanımızın adını gözəl təmsil etməyə çalışırıq. Uduzanda hamıdan çox bizə pis təsir edir. İnşallah, Ukraynaya yaxşı oyun və uğurlu nəticə üçün gedəcəyik.
- Geryenin düşərgəyə gec döndüyü üçün cəzalandırıldığı deyilir. Doğrudu?
- (müəyyən fasilədən sonra) Klubdaxili məsələdi. Amma cəza var. Necə cəzalandırılıb, futbolçu daha yaxşı bilir. Bəzən elə hal olur ki, oyunçu cəzalanır və özü də bunu anlayışla qəbul edir. Müqavilə bağlamamışdan öncə intizam kodeksi ilə tanış olurlar, buna görə də söz deməyə nəsə olmur.
- Gərginlikdən danışdız. Amma bu gün meydanda daha rahat görünürdüz. Bəlkə bu stadion sizə düşür?
- Düşər-düşməzlə bağlı heç vaxt düşünmürəm. Səbəb kimi həmişə nəyisə düzgün etmədiyimizi görürəm. Fərqli aura olması üçün burda oynadıq. Avrokuboklarda neçə illər bu stadionda çıxış etmişik. Azarkeş toplusu tam fərqlidi. Bu gün stadionda 15 min azarkeş olsaydı, hər şey tam fərqli görünərdi. Olimpiya stadionu gözəl arenadı. “Arsenal”a 0:3 hesabıyla uduzanda da azarkeşlər razı getmişdilər. 60 min adam həyəcanlanırdı, fərqli fikirlər söyləyirdi. Komandaya dəstək verirdi. Amma digər oyunda 15 min azarkeşdən o səs hiss olunmurdu. Bu sayda azarkeş “Tofiq Bəhramov”da olsaydı, bəlkə fərqli alınardı. Məğlubiyyətlərimiz var, amma uğura inanmalıyıq. Belə turnirlərdə iki-üç qol epizodu olur, bundan istifadə etmək lazımdı. Azarkeşin, mətbuatın nəticə tələb etmək borcudu. Biz də bunu normal qəbul edirik.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar