01 noy 22:42olke

"Araz" xal itirdi, "Neftçi" zirvəni ələ keçirdi

"Araz" xal itirdi, "Neftçi" zirvəni ələ keçirdi
Dünən futzal üzrə yüksək liqada birinci dövrəyə yekun vuruldu. 7-ci tura iki debütantın - “Liman” və “Xəzər Cənub”un dueli ilə start verildi. Heyətində xeyli dəyişiklik edən, daha doğrusu, mövsümün əvvəlində komandaya cəlb olunan bir neçə iranlı futzalçını qovan “Liman” autsayder sayılırdı. Elə matçın axarı da bunu göstərdi. Artıq 7-ci dəqiqədə “Xəzər Cənub” həmşəhərlilərini 3 dəfə meydanın mərkəzinə dəvət etmişdi. Fasiləyə qədər daha 3 qol vuran “Xəzər Cənub” ikinci hissədə daha amasız oldu. Hərçənd son 3 qolu “Liman”ın ifasında izlədik. Ancaq Zaur Əliyevin yetirmələri ayılanda “qatar çoxdan getmişdi”. Beləliklə, “cənub derbisi” “Xəzər Cənub”un 12:4 hesablı qələbəsi ilə başa çatdı. Yeri gəlmişkən, “Xəzər Cənub”un heyətində Hadi Rizvan pokerlə yadda qaldı. Ancaq iranlının dördüncü qolu əlamətdar oldu. Belə ki, məhz bu oyunda mövsümün 200-cü qolu vuruldu ki, Hadi Rizvan bu sevinci yaşayan futzalçı oldu.
Günün ikinci, həm də mərkəzi oyununda lider “Araz”la çempionluğa iddialı “Ekol” üz-üzə gəldi. Hər iki komanda meydana itkisiz çıxdığından, gərgin mübarizənin şahidi olacağımız gözlənilən idi. Oyunda ilk təhlükəli vəziyyəti 1-ci dəqiqənin tamamında “Ekol” yaratdı. Həmzəyevin qüvvətli zərbəsindən sonra Hüseynli uzanaraq topu kornerə çıxardı. “Araz”ın cavabı daha təhlükəli alındı. Atayevin zərbəsi zamanı rəqibin bəxti gətirdi. Dirəyə dəyən top meydanı tərk etdi. Bir qədər sonra isə Çovdarovun vuruşunu Kürdov kornerə çıxardı. Ardınca əks-hücum quran “Ekol”dan təcrübəli Məmmədkərimov qeyri-dəqiq oynamaqla yaxın məsafədən qapıya düşə bilmədi. Hesabı açmaq üçün 10-cü dəqiqəni gözləmək lazım gəldi. Xətainin zərbəsi qarşısıalınmaz oldu. Üç dəqiqə sonra Eminin əlindən buraxdığı topa İsa sahib çıxdı və onu Xətaiyə atdı. Ancaq sonuncunun zərbəsi toru yandan sirkələdi. 15-ci dəqiqədə Məstiyev qapı qarşısında topu daha əlverişli mövqedə yer alan Faiqə buraxsaydı, vəziyyət dəyişəcəkdi. Rizvanın künc nöqtəsindən göndərilən topu birbaşa qapıya istiqamətləndirməsi Kürdovu təhlükəni sovuşdurmağa vadar etdi. 16-cı dəqiqədə Samir qapıçı ilə üzbəüz qaldığı epizodda “çərçivə”yə düşə bilmədi.
İkinci hissə də qarşılıqlı hücumlarla başladı. Əslində “Ekol”un daha aqressiv olacağı gözlənilsə də, “Araz” yenə fəal idi. Hissənin əvvəlində naxçıvanlıların fərqi artırmasına İsanın bir qədər ləgiməsi mane oldu. Nəhayət, 23-cü dəqiqədə tablodakı rəqəmlər eyniləşdi. Oyunu elə də yüksək səviyyədə keçirməyən Məmmədkərimov təcrübəsi hesabına hesabı bərabərləşdirdi. 26-cı dəqiqədə iki maraqlı epizod izlədik. Əvvəlcə fəridlərin ifasında təşkil olunan hücum zamanı Atakişiyevin zərbəsini Rövşən tutdu. Onun başladığı hücum zamanı isə Rizvan baxımlı zərbə ilə toru silkələməyə çalışsa da, Emin də səhvsiz oynadı. Kürdov 29-cu dəqiqədə növbəti dəfə təhlükəni sovuşdurmaqla həm də yüngül zədələndi. Qalan dəqiqələrdə tərəflər hərəyə bir dəfə fərqləndi. Əvvəlcə Samir hesabı “Ekol”un lehinə dəyişdi. Ancaq sona 2 dəqiqə qalmış “Araz” “status-kvo”nu bərpa etdi. Nəticədə çempion mövsümdə ikinci dəfə xal itkisi ilə üzləşdi. “Ekol” isə ilk heç-heçəni hesabına yazdırdı.
Günün son qarşılaşmasında “Neftçi” ilə “Yasamal” üz-üzə gəldi. Əsas rəqiblərinin xal itirməsi “ağ-qaralar”ı liderliyə həvəsləndirirdi. İlk 3-4 dəqiqə ərzində “Yasamal” iki real qol imkanını qaçırdı. “Neftçi” isə hesabı 6 metrlik zərbə ilə açdı. Sadiq Cavid rəqibə qarşı kobud oynadı ki, hakim penalti təyin etdi. Vitali Borisov dəqiq oynamaqla komandasına hesabda üstünlük qazandırdı. Ancaq “Neftçi”nin bu üstünlüyü çox çəkmədi. Təxminən 1 dəqiqə sonra Əmini rəqib torunu silkələdi. Az sonra Sadiq ikinci sarı - qırmızı vərəqə aldığına görə meydandan qovuldu. Say üstünlüyündən istifadə edən "Neftçi" fərqi lehinə dəyişdi. Rüfət Balakişiyev rəqib torunu silkələdi. 17-ci dəqiqədə fərq iki topa çata bilərdi. Ancaq Borisov 10 metrlik cərimə zərbəsini dirəyə vurmaqla bu şansı qaçırdı.
İkinci hissə qarşılıqlı qollarla başladı. Əvvəlcə Xocayev fərqi 2 topa çatdırdı. Ancaq 49 saniyə sonra Sina rəqib torunu silkələməklə intiriqanı ölməyə qoymadı. Təzyiqi artıran "Yasamal" 25-ci dəqiqədə Sina Jamali ilə 3-cü qolu vuraraq, hesabı bərabərləşdirdi. Bununla belə, oyundan qopmayan İlqar Aslanovun komandası yenidən təşəbbüsü ələ aldı. Həmid Rza 33-cü dəqiqəyə kimi dubl edib fərqi iki topa çatdırdı və komandasını rahatlaşdırdı. "Yasamal" 40-cı dəqiqədə Həmid Rza Baxşinin qolu ilə fərqi azaltsa da, yenilgidən qurtula bilmədi. Beləliklə, "Neftçi" dramatik oyunda qazandığı 3 xal sayəsində zirvəni ələ keçirdi.
7-ci tur
Liman – Xəzər Cənub 4:12 (1:6)
Liman: 1. Əlirza Səfəri, 11. Seyid Məhəmməd Musəvi (k), 3. Elvin Mirzəzadə, 10. Camal Mahmudov, 77. Zaur Nuruzadə; 12. Seyid Əhməd Yaqubi, 4. Paşa Tanrıverdiyev, 8. Əhməd Məhəmməd Osman, 6. Hikmət Hüseynov.
Baş məşqçi: Zaur Əliyev.
Xəzər Cənub: 21. Məhəmməd Rza Rahi, 10. Mehdi Pənahande (k), 15. Hadi Rizvan, 77. Əli Mikaili, 9. Fərid Mazahevi, 7. Məsud Nəsirzadəgah, 19. Şahin Nami, 11. Şabah Şahnazi, 12. İlkin Mirzəyev.
Menecer: Tuğsa Eliz.
Qollar: H.Rizvan, 3 (0:1). H.Rizvan, 7 (0:2). Ş.Şahnazi, 7 (0:3). H.Rizvan, 15 (0:4). F.Mazahevi, 17 (0:5). M.Pənahande, 17 (0:6). Z.Nuruzadə, 18 (1:6). M.Nəsirzadəgah, 24 (1:7). Ş.Şahnazi, 25 (1:8). H.Rizvan, 27 (1:9). Ə.Mikaili, 28 (1:10). M.Nəsirzadəgah, 31 (1:11). M.Nəsirzadəgah, 32 (1:12). Z.Nuruzadə, 36 (2:12). M.Osman, 40 (3:12). M.Osman, 40 (4:12).
Vərəqə: P.Tanrıverdiyev, 25 – sarı.
Hakimlər: Elçin Məmmədov, Rahin Heybətov, Kənan Məlikov.
Hakim-inspektor: Əvəz Şıxıyev.
31 oktyabr. Bakı İdman Sarayı.

Araz – Ekol 2:2 (1:0)
Araz: 12. Rövşən Hüseynli, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev; 1. Kamran Hacıyev, 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 14. Elşən İbramxəlilov, 15. Adəm Həbibov, 18. Adil İsmayılov, 19. Ruzigar İbrahimzadə, 20. Kənan Manafov.
Baş məşqçi: Joze Alesio da Silva.
Ekol: 99. Emin Kürdov, 4. Fərid Atakişiyev, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 17. Fərid Ələkbərov; 1. İntiqam Babayev, 2. Radik Əhmədov, 7. Faiq Əliyev, 9. Əsgər Abasov, 14. Zaur Fərziyev, 33. Ələsgər Ələsgərli, 77. Sərxan Məstiyev.
Məşqçi: Radik Əhmədov
Qollar: X. Bağırov, 10 (1:0). N.Məmmədkərimov, 23 (1:1). S.Həmzəyev, 37 (1:2). O.Rüstəmli, 38 (2:2).
Vərəqələr: X.Bağırov, 14. N.Məmmədkərimov, 14 – sarı.
Hakimlər: Elçin Səmədli, Azad Hüseynov, Anar Fərəcov.
Hakim-inspektor: Şahin Cəfərov.
31 oktyabr. Bakı İdman Sarayı.

Neftçi – Yasamal 5:4 (2:1)
Neftçi: 23. Elnur Zamanov, 4. Əli Abdullahi, 6. Məhəmməd Katebi, 10. Rüfət Balakişiyev (k), 11. Həmid Rza; 1. Samir Mehtiyev, 7. Rəcəb Fərəczadə, 8. Vahib Xocayev, 9. Həmed Abdullahi, 13. Əjdər Əjdərov, 14. Vitali Borisov, 77. Tural İsmayılov, 94. Oruc Baxşəlizadə
Baş məşqçi: İlqar Aslanov.
Yasamal: 15. Omid Xəlili, 6. Həmid Rza Baxşi (k), 11. Sadiq Cavid, 8. Səid Əmini, 7. Sina Jamali; 2.Rza Xorasani, 5. Tural Lətifov, 10. Salar Şahnasi, 13. Məhəmmədrza Zarabadi.
Baş məşqçi: Həsən Mirzeyi.
Qollar: V.Borisov, 10-p. (1:0). S.Əmini, 11 (1:1). R.Balakişiyev, 13 (2:1). V.Xocayev, 21 (3:1). S.Jamali, 22 (3:2). S.Jamali, 25 (3:3). H.Rza, 27 (4:3). H.Rza, 33 (5:3). H.Rza Baxşi, 40 (5:4).
Vərəqələr: S.Cavad, 10. S.Jamali, 21. R.Fərəczadə, 32. H.Rza, 36. Ə.Əjdərov, 37. O.Xəlili, 40 - sarı. S.Cavid, 12 - qırmızı (ikinci sarı).
Hakimlər: Hikmət Qafarlı, Fuad Həsənov, Elmir Quluzadə
Hakim-inspektor: Munis Abdullayev
31 oktyabr. Bakı İdman Sarayı.
1. Neftçi 6 5 0 1 31-17 15
2. Araz 6 4 2 0 31-12 14
3. Ekol 6 4 1 1 47-17 13
4. Yasamal 5 2 1 2 33-14 7
5. Xəzər Cənub 5 2 0 3 45-19 6
6. Liman 6 1 0 5 25-50 3
7. Yasamal İSK 6 0 0 6 13-96 0
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar