01 noy 22:38olke

Alfa Liqada komanda sayı 32-dən 8-ə enib

Alfa Liqada komanda sayı 32-dən 8-ə enib
Üzvlük haqqı isə 2000 manata yüksəlib
Artıq bir neçə ildi Azərbaycanda müxtəlif adlar altında liqalar təşkil olunur ki, onlardan biri də ötən il fəlalliyyətə başlayan Mini Futbol Federasiyasının keçirdiyi Alfa Liqadı. Oktyabrın 25-də “Çinar Plaza”da adını çəkdiyimiz liqanın 2018/19 mövsümünün püşkü atılıb. Tədbirdə iştirakçı komandaların nümayəndələri ilə yanaşı, çempionatın təşkilati dəstəkçisi olan “Azfar Group” şirkətinin direktoru Taleh Nəsibov və rəhbər heyəti, mini-futbol yığmamızın baş məşqçisi Elşad Quliyev və futzalçı Vitali Borisov çıxış edib.
Bu yerdə onu qeyd edək ki, ötənilki püşakatma mərasimindən fərqli, bu dəfə tədbir səssiz-səmirsiz, əlavə qonaqların və media nümayəndələrinin iştirakı olmadan təşkil olunub. Ola bilsin, Mini Futbol Federasiyasında da maliyyə problemləri baş qaldırıb və tədbirin təşkilinə əlavə vəsait xərcləməmək üçün rəsmilər belə addım atmağı lazım biliblər. Püşkatma ilə bağlı diqqətimizi daha iki məqam cəlb etdi. Birincisi, ilk çempionatla müqayisədə iştirakçı komandaların sayında kəskin azalma var. Ötən dəfə birincilikdə 32 komanda medallar uğrunda mübarizə aparırdısa, bu dəfə onların sayı cəmi 8-di. İkinci məqam üzvlük haqqının artırılmasıdı. Təşkilatçılar ilk yarışda komandalardan 1000 manat tələb edirdilərsə, indi bu məbləğ 2000 manatdı. Bəlkə də ödəniş haqqının artırılıması səbəbindən birinci çempionatda Alfa Liqada çıxış etmiş komandaların 75 faizi bu yaxınlarda start götürəcək turnirə qatılmadan imtina edib. Bu fakt bir daha göstərir ki, Mini Futbol Federasiyasının rəhbərliyi də bəzi kağız üzərində fəaliyyət göstərən, ancaq əsas məqsədi pul toplamaq olan federasiyaların yolunu tutub. 6 ayda ödənişin 100 faiz artırılmasına başqa don geydirmək mümkün deyil. Halbuki ilk vaxtlar Alfa Liqanı yaradanlar mətbuata, o cümlədən qəzetimizə açıqlamalarında başqa şeylər söyləyir, inkişaf etmək haqda fikirlər səsləndirir, liqanın coğrafi arealını genişləndirmək barədə düşündüklərini dilə gətirirdilər. Hətta birinciliyə marağı artırmaq, MFL-dən, BFL-dən daha səviyyəli liqa olduqlarını nümayiş etdirmək üçün İtaliyada bahalı kubok hazırlatdırdıqlarını da vurğulamışdılar. Bilirsiz, bu nəyə bənzəyir? Fırıldaqçıların istifadə etdiyi klassik sxemə. Bu tip insanlar da kiməsə “torba tikib” pul qazanmaq istədikdə növbəti “qurban”ı ilə görüşə icarəyə götürdüyü bahalı avtomobildə yollanır, bahalı brendlərdən kostyumlar geyinir. Söhbət əsnasında masanın üstünə 2-3 bahalı telofon qoyub, özü barədə müsbət, “işgüzar adam” fikri formalaşdırmağa çalışır. Biz demirik ki, Mini Futbol Federasiyası da eyni yolu tutub. Sadəcə, İtaliyada bahalı kubok hazırlatdırıb, yüksək səviyyəli meydanlar və videoçəkiliş söz verən, ildən-ilə iştirakçı komandların sayının artırılacağını söyləyənlər 6 ayın içində belə radikal dəyişikliklər etməklə özləri barədə müsbət fikir formalaşdırmağa əsas vermirlər.
İştirakçılara gəlincə, yuxarıda qeyd etdiyimiz kimi bu dəfə liqada 8 komanda çıxış edəcək. Bunlar “Marafon”, “Azerqold”, “Peçat dönər”, “Çhampion sports”, “Galaxy KKM”, “Uğur”, “Altay” və “Zirə”di. Qeyd etdiyimiz məqamlarla bağlı Alfa Liqanın layihə meneceri Orxan Hüseynovla danışmağı lazım bildik. Orxan bəy dəyişiklikləri bununla əsaslandırdı: “Deməzdim ki, püşkatma mərasimi səssiz keçdi. Sadəcə, birinci püşkatma daha ajiotajlı olmuşdu. O da yəqin birinci olduguna görə idi. Millinin də AÇ-dəki çıxışından sonra baş məşqçi Elşad Quliyevlə federasiya rəhbərliyinin Alfa Liqanın 2018/19 mövsümü üçün müzakirələri oldu. Əsas məsələ limitlə bağlı idi. Yığmanın heyətinin beynəlxalq yarışlarda tələb olunan il limitinə uyğun yığılması üçün Alfa Liqanın da buna uyğun şəkildə keçirilməsi məqsədəuyğun bilindi. Növbəti il milli DÇ-də iştirak edərsə, o zaman 2018-də peşəkar futbol və ya futzal oynamayan oyunçular rahat şəkildə komandanın şərəfini qoruya bilər. Məhz bu amili əsas götürüb Alfa Liqaya yalnız cari, yəni 2018/19 mövsümündə peşəkar oyunçu statusu daşıyanları buraxmamaq qərarına gəldik. Fikrimcə, məhz bu amil ötən dəfə Alfa Liqada iştirak edən bir çox həvəskarları yeni çempionata qatılmaq fikrindən daşındırdı. Axı hamı bu limitə uyğun rəqabətədavamlı komanda formalaşdırmaq gücündə deyil. Açığı, biz də istəmərik ki, say çox, keyfiyyət az olsun. Çünki bu bizim prioritetlə uzlaşmır. Çempionatımızda nə qədər güclü oyunçular olsa, milli üçün də bir o qədər səviyyəli futbolçu seçimi üçün imkan yaranar”.
Ödəniş haqqının artırılmasını isə Orxan bəy bununla əlaqələndirdi: “Yenə deyirəm, biz keyfiyyətə böyük önəm veririk. Təbii ki, keyfiyyətli məhsulun da qiyməti aşağı olmur. Ötən çempionat bir növ DÇ formatında keçirilmişdi. Bu dəfə isə Alfa Liqa 2 dövrəli liqa formatında keçiriləcək. Daha sonra ilk 4 yeri tutan komandalar püşkatma ilə yarımfinalda üz-üzə gəlib finala vəsiqə uğrunda mübarizə aparacaq. Qeyd edim ki, finaldan başqa bütün görüşlər iki oyundan ibarət olacaq. Belədə oyun sayı ötən çempionatla müqayisədə artır. Bu da öz növbəsində xərclərin artması deməkdi. Məhz bu amil bizi üzvlük haqqını artırmağa vadar edir”.
Reqlamentə toxunan liqanın layihə rəhbəri çempionatın noyabrda başlayıb apreldə başa çatacağını vurğuladı: “Çempionat noyabrın 4-də start götürür. Apreldə isə başa çatması planlaşdırılıb. Qışda çempionatda 4 həftəyə yaxın fasilə olacaq. Bu müddətdə komandalara iştirak ərizələrində yeni oyunçuları sifariş etmək imkanı veriləcək”.
Sonda Hüseynov müxtəlif komandaların heyətində tanınmış simaların olacağını vurğuladı: “Limiti götürməklə Alfa Liqada daha maraqlı oyunlara şahidlik etmiş olacağıq. Çünki komandalar heyətlərinə futbol və futzal ictimaiyyətinə tanınan adları əlavə edib. Məsələn, Ağatahir Əzimov, Seymur Məmmədov, Elvin Quliyev, Renat Sultanov, Asif Zeynalov, İlkin Hacıyev kimi futzalçıları, Nuqzar Kvirtiya, Elnur Abdullayev, Xaqani Məmmədov, Hüseyn İsgəndərov, Murad Ağakişiyev, Eşqin Quliyev kimi futbolçuları Alfa Liqada görə biləcəyik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar