26 okt 22:35olke

Boş tribunalar, Mahir Mədətova inanılmaz dəstək

Boş tribunalar, Mahir Mədətova inanılmaz dəstək
Hələ stadiona gedən yolda olan mənzərə tribunalardakı vəziyyətin necə olacağı haqda müəyyən fikir formalaşdırırdı. Belə ki, "Arsenal"la matçdakı qələbəliklə müqayisə aparmaq yersiz olardı. Media sektorunda yerimizi alanda, tribunaların böyük hissəsinin boş olduğunu gördük. Əslində bilet satışı ilə bağlı informasiyalar da belə olacağından xəbər verirdi. Bir sözlə, "Vorskla" ilə oyunda azarkeş sayı acınacaqlı vəziyyətdə idi. Düzdü, cari mövsümdə “Şerif”lə ev oyunu da bu mənada “fərqlənmişdi” – 21350 nəfər. Amma söhbət qrup oyunlarından gedirsə, yalnız iki dəfə “Qarabağ” daha az azarkeş önündə oynamışdı. 2016-cı il sentyabrın 15-də “Dalğa”da “Slovan”la oyunu 6200, 2016-cı il dekabrın 8-də isə “Bəhramov”da “Fiorentina” ilə oyunu 21750 azarkeş izləmişdi. Bir sözlə, azarkeşlərin ölkə futbolundan – yığmalarından, klublarından soyuması tendensiyası dünən bir daha özünü göstərdi.
Adam az olduğundan stadiona şəxsi maşını ilə gələnlər də parklama baxımından heç bir əziyyət çəkmədi. Düzdü, mühafizəçilər xüsusi texnikanın və təlim görmüş itlərin köməyi ilə bütün maşınları bir-bir yoxlayır, sonra stadion ərazisinə buraxırdılar. Diqqəti cəlb edən başqa məqamlara gəlincə...
* Oyundan öncə hər iki komanda şəkil çəkdirdi. Daha sonra futbolçular meydanın özlərinə aid olan hissəsinə çəkilirdilər ki, kapitanlar yenidən onları bir araya gətirdi. Beləcə "Qarabağ"la "Vorskla"nın oyunçuları birlikdə həmin anı əbədiləşdirdilər. Razılaşaq ki, hər matçda belə fotonun şahidi olmuruq.
* “Qarabağ”ın “Arsenal”, yığmanın Malta ilə oyunundan sonra ən çox müzakirəyə çıxarılan futbolçu Mahir Mədətov idi. Qol şanslarını dəyərləndirə bilməyən futbolçu ciddi tənqidlərə məruz qalmışdı. Ancaq həm "Qarabağ" azarkeşləri, həm də klubu ona dəstək çıxdı. "Vorskla" ilə görüşdə Mahir 4-cü hakimin yanında görünəndə azarkeşlər onun adını xorla səsləndirib, alqışladılar. Mahir isə meydana həvəsli çıxsa da, faktiki heç nə ilə yadda qalmadı.
* “Vorskla” BOS-da dəstəksiz qalmamışdı. Hərçənd ukraynalı fanatların varlığı daha çox qol zamanı və final fitindən sonra hiss olundu. Hələ oyundan öncə qarşı tərəfin "Qarabağ"dan 100 bilet istədiyi məlum idi. Onların sayı bu qədər olmasa da, hər halda, iki bayraqla "silahlanan" ukraynalılar təmsilçilərinin yanında idilər.
* Final fitindən sonra bir neçə azyaşlı qazona daxil oldu. Uşaqlar futbolçulara tərəf qaçırdısa, sekuritilər də onları izləyirdi. Ancaq fanatların oyunçulardan forma almaq arzusu gerçəkləşmədi. Mühafizəçilər azyaşlı azarkeşləri kənarlaşdıra bildilər.
* Futbolçular meydanı tərk edərkən, "İmarət Tayfa" yenidən dilə gəldi. Oyunboyu fəallığı ilə seçilən fanklub Rəşad Sadıqova dəstək nümayiş etdirdi. Onlar "ən böyük kapitan bizim kapitan" şüarını bir neçə dəfə səsləndirdilər. Hə, həmin anda meydanı tərk etməkdə olan "Vorskla"nın oyunçuları da "payını aldı".
* Matç bitdikdən sonra “miks-zona”da mübahisə düşdü. Mühafizəçilərdən biri "Xəzər" telekanalının əməkdaşı Anar Əsədova elə hücum çəkdi ki, sanki həmkarımız böyük günah işlədib. Təbii, onun bu cür reaksiyası mübahisənin yaranmasına səbəb oldu. Görünür, jurnalistlə necə davranmalı olduğunu bəziləri hələ də öyrənməyib. Ağdam klubunun mətbuat xidmətindən əməkdaşı Yusif Hüseyn araya girməsəydi, olayın bir qədər də gərginləşəcəyi şübhə doğurmurdu.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Bu gün, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Bu gün, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Bu gün, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Bu gün, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Bu gün, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Bu gün, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar