27 okt 01:11olke

“Qarabağ”ın uduzmadığı komanda qalmadı

“Qarabağ”ın uduzmadığı komanda qalmadı
Avropa Liqası
Qrup mərhələsi, 3-cü tur
Qarabağ – Vorskla (Ukrayna) 0:1 (0:0)
13. Vaqner da Silva
77. Vild-Donald Gerye
52. Yakub Jezniçak
14. Rəşad Sadıqov (k)
5. Maksim Medvedev
2. Qara Qarayev
8. Miçel
17. Abdulla Zubir
6. Simeon Slavçev
(19. Filip Ozobiç, 58)
9. Araz Abdullayev
(28. Con Delarj, 69)
7. İnnosent Emeqara
(11. Mahir Mədətov, 59)
Ehtiyat oyunçular
1. Hannes Halldorsson
30. Abbas Hüseynov
55. Bədavi Hüseynov
91. Kərim Diniyev
Baş məşqçi: Qurban Qurbanov
1. Boqdan Şust
4. İqor Perduta
5. Nacip Yakubu
(14. Nikolas Mores da Kruz, 46)
6. Aleksandr Sklyar
10. Vladislav Kulaç
(9. Mixail Sergeyçuk, 78)
(33. Aleksandr Çijov, 90+2)
11. Vyaçeslav Şarpar
17. Vladimir Çesnakov (k)
23. Vadim Sapay
26. Yuri Kolomoyets
44. Ardin Dallku
82. Pavlo Rebenok
Ehtiyat oyunçular
21. Aleksandr Tkaçenko
8. Artyom Qabelok
13. Maryan Mısik
19. Vladimir Odaryuk
Baş məşqçi: Vasili Saçko
Qol: V.Kulaç, 48.
Vərəqələr: V.Kulaç, 4. İ.Perduta, 41. A.Zubir, 64. A.Dallku, 79.
M.Sergeyçuk, 87 – sarı.
Hakimlər: ROY REYNŞREYBER, Danni Krasikou, David Elias
Bitton, Amihay Yehoşua Mozes, Alon Yefet, Daniel Bar Natan
(hamısı İsrail).
Hakim-inspektor: Sergey Zuyev (Rusiya).
UEFA nümayəndəsi: Kazimierz Olezek (Polşa).
25 oktyabr. Bakı. Olimpiya stadionu. 22450 tamaşaçı (68700
yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.

7(1) qapıya (“çərçivə”yə) zərbə 2(1)
6 qayda pozuntusu 1
1 vərəqə (qırmızı) 4
7 korner 0
2 ofsayd 0
Buna qədər qrupda keçirdiyi hər iki görüşdə məğlubiyyətə düçar olan meydan sahibləri Ukrayna təmsilçisi ilə görüşu qələbə ilə başa vurmağı hədəfləmişdi. Bunu matçdan öncə keçirilən mətbuat konfransında Qurban Qurbanov da açıq şəkildə söyləmişdi. Vasili Saçko da jurnalistlərlə görüşdə Bakıya dincəlmək üçün gəlmədiklərini, meydana 3 xal üçün çıxacaqlarını vurğulamışdı. Hər iki çalışdırıcı yetirmələrinin qələbə üçün mübarizə aparacağını söylədiyindən, düşünmək olardı ki, 90 dəqiqə ərzində futbolsevərlər sürətli, məhsuldar oyuna şahidlik edəcəklər. Ancaq birinci hissədə bunların heç biri olmadı. İlk 10 dəqiqədə
komandalar daha çox ehtiyatlı oyuna üstünlük verib, kəşfiyyat xarakterli həmlələr etməklə yadda qaldılar. 3-cü dəqiqədə Abdullayev sağ cinahda müdafiəçidən sıyrılıb cərimə meydanına ötürmə etmək istəsə də, top yerdə qalan müdafiəçinin əlinə dəydi. Ancaq hakimin fiti susdu. “Köhlən atlar”ın növbəti ciddi hücumunu görmək üçün azarkeşlər 13 dəqiqə gözləməli oldu. 16-cı dəqiqədə Araz bu dəfə də eyni cinahdan qapı önünə asma etdi. Lakin qonaq müdafiəçilər soyuqqanlı tərpənərək təhlükəni sovuşdurdular. Qurbanovun yetirmələrinin “Vorskla”nın qapısı istiqamətində ilk zərbəsi 20-ci dəqiqəyə təsadüf etdi. Kornerdən sonra müdafiəçilərin geri qaytardığı top Slavçevin önünə düşdü. Bolqarın yaxın məsafədən qüvvətli zərbəsindən sonra isə “mərmi” “çərçivə”nin üstündən keçdi. 2 dəqiqə sonra Miçelin baş zərbəsi yaddaqalan olsa da, top yenə tora qovuşmadı. Qonaqlar isə bu dəqiqələrdə daha çox müdafiənin qayğısına qalırdılar, 1-ci və 2-ci zonada 8 nəfərdən ibarət “müdafiə qalası” qurmaqla məşğul idilər. “Köhlən atlar”ın monoton hücumlarının qarşısını almaq həmin “8-liy”ə çətinlik yaratmırdı. İlk yarının son dəqiqələrində, daha dəqiq desək, 42-ci dəqiqədə ağdamlılar təhlükəli nöqtədən cərimə zərbəsi vurmaq hüququ qazandılar. Topun arxasına keçən Sadıqov cərimə meydanına ötürmə etsə də, komanda yoldaşlarından heç kim topa ayaq qoya bilmədi. Buna qədər isə qonaqların 33-cü dəqiqədəki əks-hücumu azarkeşlərimizi bir qədər həyəcanlandırdı. Lakin
Vaqner vaxtında irəli çıxıb qapı önünə asmanı asanlıqla tutdu. Birinci hissə haqda ümumi şəkildə bunları demək olar: “köhlən atlar” müəyyən ərazi və oyun üstünlüyünə sahib olsalar da, qonaqlar müdafiədə intizamlı oyunla yadda qaldılar.
Fasilə başa çatar-çatmız Vaqner ağdamlılara “soyuq duş” yaşatdı. Bu yaxınlarda Ukrayna millisinə dəvət alan və Millətlər Liqasının son turunda yığmada debüt edən Kulaç 48-ci dəqiqədə təxminən 35 metrdən “çərçivə”ni nişan aldı. Top braziliyalı qolkiperin üstünə getsə də, o düz yerdə, heç kimin mane olmadığı
halda topu ram etmək və ya tutmaq əvəzinə əli ilə qapıya saldı. Əslində qolun müəllifi kimi ukraynalını yox, qapıçını göstərmək daha düzgün olardı. Kulaçı zərbə mövqeyinə çıxaran isə ikinci yarıda meydana çıxan Nikolas Mores da Kruz və ya qısaca Kareka idi.
Hesabda geri düşən “Qarabağ”ın fərqlənmək üçün irəli atılacağı gölənilən idi. Elə Qurban bəyin reallaşdırdığı əvəzetmələrdən də bunu görmək mümkün idi. İrəli xətdə canlatma yaratmaq istəyən mütəxəssis əvvəlcə Ozobiçlə Mahiri, bir qədər sonra isə Delarjı “döyüşə atmağı” lazım bildi. İnsafən, “üçlük” meydana çıxandan sonra meydan sahiblərinin hücumları nisbətən kəsərli alınmağa başladı. Lakin keyfiyyəti kəmiyyətə çevirmək mümkün olmadı. 52-ci dəqiqədə Zubir adını tabloya yazdırmağa çox yaxın oldu. Ancaq onun təxminən 20 metrdən zərbəsini Şust gözəl seyvlə kornerə çıxardı. Sona 10 dəqiqə qalmış isə rəqib müdafiəçi düz cərimə meydanının xətti üzərində Ozobiçə qarşı kobud oynadı. Və israilli hakim qonaqların qapısına cərimə zərbəsi təyin etdi. Topun arxasına keçən Geryenin zərbəsi komanda yoldaşına dəyib
meydanı tərk etdi. Bu məqamda Rəşad Sadıqovun narazılığını görməyə dəyərdi. 8 dəqiqə sonra Gerye daha bir şansı boşa verməklə yadda qaldı. Ukraynalıların qapısı önündə yaşanan qarışıqlıqdan sonra top onun ayağına düşsə də, qaradərili futbolçu yaxın məsafədən “çərçivə”yə düşə bilmədi. Bu həm də matçda son təhlükəli vəziyyət oldu. Saçkonun yetirmələri ağıllı müdafiə olunmaqla meydan sahiblərinin fərqlənməsinə imkan verməyərək, yaxaladığı yarımqol vəziyyətindən maksimum istifadə etdi və səfərdən 3 xalla dönməyi bacardı. “Qarabağ”ın isə bundan sonra qrupun hansısa görüşündə qələbə qazanacağı o qədər də inandırıcı görünmür. Halbuki
püşkdən sonra ağdamlıların “Vorskla”dan minimum 4 xal ala biləcəyini söyləyənlərin sayı yetərincə çox idi... Yeri gəlmişkən, “Qarabağ” heç vaxt qrup mərhələsində 3 turdan sonra xalsız qalmamışdı. İndi isə qitədə xal qazanmayan nadir komandalardan biridi. Daha bir acı mənzərə və ya taleyin ironiyası: “Qarabağ” evdəki 14-cü qrup oyunundan xalsız ayrılır, ağdamlıların sabiq oyunçularından Pedro Enrike ilə Riçard Almeydanın formasını geydiyi “Astana” isə qrup lideridi...
RƏŞAD

Reaksiyalar
Rəşad Sadıqov: "Təbii ki, xal qazanmaq üçün bu gün yaxşı fürsət idi. Amma şansdan istifadə edə bilmədik, məğlub olduq. Çox üzgünük. İstəyirdik ki, qələbə qazanaraq, həm özümüzü, həm də azarkeşlərimiz sevindirək. Ancaq bu baş vermədi. Artıq bu ilk hal deyil ki, qapımıza gələn 3 zərbənin iki-üçü qol olur. Paltardəyişmə otağında da bunu düşünürdük.Hücumlar edirik, oyuna nəzarət bizdə olur, amma qapımıza gələn istənilən zərbə qola çevrilir. “Arsenal”la oyundan sonra üzərimizdə təzyiq yarandı. Çoxlu şansları boşa vermişdik. Onda xal qazansaydıq, bu oyuna tam fərqli əhval-ruhiyyədə çıxacaqdıq. Adam heç olmasa, bir az həvəslənərdi. İlk iki turda uduzduq. Özü də çox məyusedici məğlubiyyətlər yaşadıq. Həmin məğlubiyyətlər komandamıza psixoloji cəhətdən pis təsir etdi. Xüsusilə də “Arsenal”a uduzmağımızı deyərdim. “Vorskla” müdafiədən oynadı. Bu gün də heç nədən qol buraxdıq. Qol imkanları yaratsaq da, alınmadı. Əlbəttə, “Arsenal”la “Qarabağ” arasında səviyyə fərqi var. Sadəcə, oyundan öncə heç özüm də təxmin etmirdim ki, bu qədər şanslarımız olacaq. “Arsenal”a bir-iki qol vursaydıq, tam fərqli mənzərə olacaqdı. Qrupda fərqli yerdə olardıq. Məğlubiyyət uşaqlara pis təsir edir. Onlarda ruh düşkünlüyü yaranır. İlk iki oyunda xal qazansaydıq, bu gün tam fərqli olacaqdı. Uduzmağımızı “Səbail”lə oyundakı texniki məğlubiyyətlə, yaxud dünənki gözlənilməz dopinq-testlə əlaqələndirməzdim. Bu bizim üçün fərqli oyun idi. Fikrimiz oyunda idi, yaxşı köklənmişdik. Bilirdik ki, rəqib kompakt oynayaraq, tempi aşağı salacaq. Biz də səbirli oynamağa çalışırdıq. Ancaq ikinci hissədə buraxdığımız adi qol bir çox şeyi pozdu. Deməzdim ki, cinahlarımızı “bağlamışdılar”. Cinahlardan yetərincə asmalar, hücumlarımız oldu. Sadəcə, bu tip oyunlarda qalib gəlmək üçün daha yaxşı olmalıyıq”.
Maksim Medvedev: “Kənardan asan oyun təsiri bağışlaya bilərdi. Amma bizim üçün belə deyildi. Ukrayna futbolundan xəbərimiz var. Atletik futbola üstünlük verirlər. Bu gün “1 nömrə” ilə oynayırdıq, sadəcə, bəzi şeylər alınmadı. Gördüyünüz kimi, oyunu əsasən hücumda keçirdik. Lakin bu dəfə də qol imkanlarını dəyərləndirə bilmədik. Oyun ərzində çoxsaylı səhvlərimiz oldu. İndi onlardan nəticə çıxarmağın vaxtıdı. “Qarabağ”da çox sayda yığma üzvləri var. Ola bilsin, bir qədər yorğunuq, bildiyiniz kimi, sıx qrafik altında çıxış edirik. Düzdü, legionerlərimiz də var. Hansı ki, hazırlıq boyunca komanda ilə məşq etmişdilər. Oyuna kifayət qədər motivasiya olunmuşduq. Dediyim kimi, hücumlar etdik, çatışmayan qol oldu. Statistikaya baxsaq, topa nəzarət bəlkə də 65-in 35-ə xeyrimizə idi. Hansısa psixoloji problem olsaydı, oyuna nəzarət edə bilməzdik. Niyə qol vura bilmirik? Hər halın öz səbəbi var. Bəzən tələsirik, bəzən ustalıq səviyyəsi çatmır, bəzən də futbolçular üzərində basqı hiss edir deyə, son zərbə alınmır”.
Yakub Jezniçak: “Gördüyünüz kimi, “Vorskla” oyunboyu müdafiə olundu. 11 nəfərin hamısı meydanın özlərinə aid hissəsində cəmləşmişdi. Bu da bizə problem yaradırdı. Rəqib bütünlüklə müdafiə olunanda qol vəziyyəti yaratmaq, rəqib qapısına yol tapmaq çətinləşir. Statistikaya baxdım, “çərçivə”yə cəmi bir zərbə vurmuşuq. Onların da bir zərbəsi var, amma qolla nəticələnib. “Vorskla” müdafiədə diqqətli oynamaqla istəyinə çatdı. Futboldu, heç də həmişə üstün tərəf qələbə qazanmır. Öz futbolumuzu sərgiləmədiyimizi deməzdim. Topa nəzarət etdik, təhlükəli vəziyyətlər yaratdıq, sadəcə, həlledici anda nəsə edə bilmirdik. “Sportinq” və “Arsenal”la oyunlarda çox sayda qol imkanı yaratmağımızın səbəbi, bilirsiz, nə idi? Ona görə ki, həmin komandalar açıq futbol oynayırlar. Həm özləri hücum edir, həm də bizə imkan verirdilər. Bu rəqibi səfərdə məğlub etmək olar. Bilirik ki, Ukraynada da əks-hücum futbolu sərgiləyəcəklər. Sadəcə, biz qol şanslarını dəyərləndirməliyik”.
Simeon Slavçev: “Güclü komandayıq və oyunumuzla rəqibdən üstün olduğumuzu göstərdik. Qapı istiqamətinə iki zərbələri oldu, onlardan biri qolla nəticələndi. Kənardan necə göründüyünü bilmirəm, məncə, futbolçularda kifayət qədər qələbə istəyi vardı. Lazım olan hər şeyi etdik. Sadəcə, qol vura bilmədik. Öz oyunuma gəlincə, məğlub olmuşuqsa, xoş sözlər deyə bilmərəm. Baş məşqçimizin paltardəyişmə otağında nə dediyini açıqlamaq istəmirəm. Qısaca onu deyim ki, başımızı dik tutmağı və növbəti oyunlara həvəslə hazırlaşmağı tapşırdı”.
Vladislav Kulaç: “Fikrimcə, azarkeşlər maraqlı oyuna şahidlik etdilər. “Qarabağ”ın gücünə bələd idik və bu gün bir daha şahid olduq. Qarşısında yüksək hədəflər duran yaxşı komandadı. Qalib gəlməyimizdə hardasa bəxtimizin də gətirdiyini deməliyəm. Çox vacib anda qol vurduq. Ukraynaya əla əhval-ruhiyyədə qayıdırıq. “Qarabağ”ı təhlil etmişdik. Üstün və zəif tərəflərindən xəbərdar idik. Düzdü, ilk hissədə oyunumuz alınmadı və buna görə də rəqib topa sahib oldu. Ammatəhlükəli vəziyyətlər yaratdıqlarını deməzdim. Əsas odu ki, fasilədən sonra özümüzə gəlməyi bacardıq. Baş məşqçi fasilədə hücumda “artırmalı” olduğumuzu tapşırdı. Stadiondakı ab-havaya gəlincə, pis deyildi. Məncə, kifayət qədər azarkeş vardı. Sadəcə, stadion çox böyükdü deyə, sayları az görünürdü. “Qarabağ”a və “Qarabağ”sevərlərə növbəti oyunlarda uğurlar arzulayıram”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar