11 dek 13:19olke, manset

Xaqani Məmmədovun müdhiş yalanı üzə çıxdı

Bu dəfə 40 gün çəkmədi... Söhbət Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədovun yalanından gedir. Onun 10 milyona sırımaq istədiyi yalan informasiya cəmi 4 gündən sonra ifşa olundu. FİFA referisi Əliyar Ağayevin 1-ci kateqoriyaya yüksəldiyini xəbər vermişdik. Bunu dekabrın 5-də "Xəzər” telekanalında yayınlanan "Futbol saatı” verilişinin qonağı olan Məmmədov söyləmişdi. HK sədrinin həmin proqrama dəvət olunmasını şərtləndirən əsas səbəb premyer-liqanın 13-cü turunun "Qarabağ” – "Qəbələ” matçındakı (2:1) hakim idarəçiliyi idi. Lakin nitqinin əvvəlində Məmmədov Əliyarın FİFA-nın 1-ci kateqoriyasına yüksəlməsini "eksklüziv” xəbər adı ilə sırımışdı milyonlarla tamaşaçıya. Sən demə, bu aşkar yalandan başqa bir şey deyilmiş. Çünki UEFA-nın 2017-ci il üçün açıqladığı hakimlərin siyahısında Ağayev 2-ci kateqoriyadadı.

Öncə həmin verilişdə Xaqani bəyin söylədiyi "eksklüziv”i olduğu kimi diqqətinizə çatdıraq: "Sizin veriliş vasitəsilə eksklüziv bir xəbəri verim. Əliyar Ağayev artıq UEFA-nın 1-ci kateqoriyasındadı. Yaxın günlərdə biz o siyahını alacağıq. Biz bu barədə UEFA-dakı dostlarımızla əlaqə saxlayırıq. Mən hesab edirəm ki, bu, Tofiq Bəhramov, Eldar Əzimzadədən sonra ən böyük uğurumuzdu. Düzdü, mən də, Tahir də, Asim də dünya və Avropa çempionatının seçmə oyunlarını idarə eləmişik. Amma etiraf etməliyik ki, Əliyarın bugünkü uğuru hamımızın uğurudu. U-19-ların Avropa çempionatının final mərhələsində, Avroliqanın qrup mərhələsində 3 oyunda, dünya çempionatının seçmə mərhələsində idarəçilik edib. Artıq gələn il Əliyar UEFA-nın istənilən miqyasda, istənilən oyunlarını idarə etmək hüququna malik olacaq. Gələn il fevralda İspaniyanın Malaqa şəhərində elit və 1-ci kateqoriyalı hakimlər üçün toplanış olacaq. Əliyar da orda iştirak edəcək”.

Lakin Məmmədovun yalanının ömrü cəmi 4 gün sürdü. O, futbolxeber.az saytına açıqlamasında bunları deyib: "Bir həftə əvvəl UEFA Hakimlər Komitəsinin üzvlərindən biri ilə söhbətimiz olmuşdu. O dedi ki, Əliyar Ağayev, çox güman, 1-ci kateqoriyada yer alacaq. Yəni mən bu sözü özümdən deməmişəm. Buna qədər hakimlərin qiymətləndirilməsi ildə iki dəfə aparılırdı. Dünən UEFA Hakimlər Komitəsinin iclası olub. Həmin toplantıda bu haqda qərar çıxarılacağı ehtimal edilirdi. Lakin iclasda qərara alınıb ki, bundan sonra sözügedən proses ildə bir dəfə - mövsümün sonunda keçirilsin. Yəni təkcə Əliyarın yox, heç bir hakimin kateqoriyasının dəyişdirilməsinə baxılmayıb. Yalnız yeni FİFA statusu almış hakimlərin adı üçüncü kateqoriyaya daxil edilib. Yəni bu gün paylaşılan siyahı elə köhnə siyahıdı. Dünən Nikolay Levnikovla söhbətimiz oldu. O bildirdi ki, böyük ehtimalla, iyunda Əliyarın adı 1-ci kateqoriyaya daxil ediləcək. Bunu mən yox, Levnikov deyir. Onu da əlavə etdi ki, həmin vaxta qədər də Ağayev mötəbər oyunlara təyinat ala bilər”.

Bu açıqlama HK sədrinin düşdüyü durumdan çıxmaq çabasından başqa bir şey deyil. Məmmədov "UEFA Hakimlər Komitəsinin üzvlərindən biri ilə söhbətimiz olub və o deyib ki, Əliyar Ağayev, çox güman, 1-ci kateqoriyada yer alacaq” söyləsəydi, indi ona haqq qazandırmaq olardı. Deyərdik ki, Xaqani bəy "aydan arı, sudan durudu”. Ancaq milyonlara bu şəkildə - əminliklə yalan informasiyanın verilməsi heç bir məntiqə sığmır. Bəlkə də komitə sədri Rəhim Həsənova görə mümkün təzyiqdən qurtulmaq üçün belə deyib. Hər halda, bundan böyük rüsvayçılıq olmaz. Komitə sədrinin əlində rəsmi sənəd olmadan belə açıqlama verməsi qeyri-ciddilikdən başqa bir şey deyil. Məlum "15 dənə verirlər” söhbətinə sonda zarafat donu geyindirilsə də, bu dəfə gizlənmək üçün yer yoxdu. Təəssüf ki, həmin yalan məlumatın müəllifi ədalət təmsilçisilərinə rəhbərlik edir. AFFA isə belə bir məqama hələ də seyrçi qalır. Fakt budu ki, qurumun nəzdində olan komitənin rəhbəri milyonlara yalan sırıyır...

FARİZ

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar