25 okt 18:55olke

BOS-da ilk qol və ilk xal üçün!

BOS-da ilk qol və ilk xal üçün!
Avropa Liqası
Qrup mərhələsi, 3-cü tur
Qarabağ – Vorskla (Ukrayna)

Hakimlər: ROY REYNŞREYBER, Danni Krasikou, David Elias Bitton, Amihay Yehoşua Mozes, Alon Yefet, Daniel Bar Natan (hamısı İsrail).
Hakim-inspektor: Sergey Zuyev (Rusiya).
UEFA nümayəndəsi: Kazimierz Olezek (Polşa).
25 oktyabr. Bakı. Olimpiya stadionu. Saat 20.55
Bu gün Avroliqanın qrup mərhələsində 1-ci dövrəyə yekun vurulacaq. Belə deyək, qitənin ikinci dərəcəli klub turnirinin qrupunda mübarizə yarılanacaq. “Qarabağ” 3-cü tur çərçivəsində “doğma divarlar” arasında Ukrayna “Vorskla”sını sınağa çəkəcək. Bu görüşü E qrupunda autsayderlərinin dueli də adlandıra bilərik. Belə ki, hər iki komanda ilk iki qarşılaşmada uduzub. Bu üzdən istər Qurban Qurbanovun yetirmələri, istərsə də qonaqlar meydana qələbə üçün çıxacaq. Bu matçdakı xal itkisi növbəti mərhələ şanslarını minimuma endirə bilər. Qrupun digər oyununda isə “Sportinq” “Arsenal”ı qəbul edəcək. BOS-da baş tutacaq görüşü “CBC Sport” telekanalı vasitəsilə canlı izləmək mümkün olacaq.
Qrupda ikinci ev oyununu keçirən “Qarabağ” üçün qələbə vacibdi. “Köhlən atlar” “Arsenal” və “Sportinq”lə duellərdə nə xal qazana bilib, nə də qol vurub. Qurbanovun komandası bu üzdən ilkləri hədəfləyib. Təmsilçimiz ilk qol və ilk xal üçün mübarizə aparacaq. İki həftədən sonra Ukraynaya səfər edəcək “Qarabağ” 1/16 final arzusunu saxlamağa çalışacaq. Bunun gerçəkləşməsi üçün “Vorskla”dan 6 xal almaq yönündə ilk addım Bakıda atılmalıdı. Düzdü, 1/16 hədəfi bir qədər çətin görünür. İlk turda ağdamlılar Portuqaliya səfərindən 1 xalla dönsəydi, başqa məsələ. Bununla belə, “Qarabağ” ukryanlıları həm evdə, həm də səfərdə yenərsə, son turlarda daha bir qəhrəmanlıq edib, arzuları gerçəkləşdirmək olar.
Heyətlərlə bağlı problemləri gözdən keçirək. Yadınızdadısa, həm “Sportinq”lə, həm də “Arsenal”la baş tutan qarşılaşmalara “Qarabağ” itkilərlə çıxmışdı. İlk iki matçla müqayisədə bu dəfə heyətdəki problemlər daha azdı. Yalnız Dani Kintana yenə də forma geyə bilməyəcək. Qalan bütün futbolçular meydana çıxmağa hazırdı. Artıq kimin şans qazanacağına baş məşqçi qərar verəcək. “Vorskla”nın 3 oyunçusu “Qarabağ”la qarşılaşmada iştirak etməyəcək. Bunlar ukraynalı Denis Vasin, gürcü Aleksandr Kobaxidze və erməni Geqam Kadimyandı. Adı çəkilənlər zədəli olduqlarına görə baş məşqçi Vasili Saçko BOS-dakı matçda onların xidmətindən yararlana bilməyəcək.
Bugünlərdə bilet satışındakı durum ürəkaçan deyil. “Arsenal”la matçda stadiona can atanların “yoxa çıxması” hər kəsi narahat edir. Onsuz da Olimpiya stadionunun akustikası azarkeş dəstəyini lazımınca nümayiş etdirməyə imkan vermir. Ölkənin ən nəhəng idman qurğusunun hətta yarısı dolanda belə, xoş görüntü yaranmır. Ancaq ən azı 30-40 min nəfər olmalıdı ki, “köhlən atlar” doğma meydan amilindən yararlana bilsin. İngiltərə təmsilçisi ilə dueldə onsuz da ağdamlıların qələbə və ya heç-heçə şansı elə də çox deyildi. Lakin “Vorskla” ilə qarşılaşmada favorit “Qarabağ”dı və qələbə hədəfi realdısa, komandaya dəstək vermək lazımdı. Rəqibin kimliyinin önəm daşımadığını, əsl futbol azarkeşi olduğunu sübut etmək üçün əla fürsətdi.
Hər iki komanda üçün həftəsonu çempionat oyunu uğursuz alındı. “Vorskla” doğma meydanda Kiyev “Dinamo”suna minimal hesabla (0:1) uduzdu. “Qarabağ” isə texniki məğlubiyyətlə üzləşdi. “Səbail”i eyni hesabla (1:0) üstələyən “köhlən atlar” protokoldakı məlum yanlışlıq üzündən 3 xalı bayram edə bilmədi.
Onu da qeyd edək ki, bugünkü qarşılaşma təmsilçilərimizin Ukrayna klubları ilə avrokuboklardakı 5-ci dueli olacaq. İndiyə qədər yalnız Avroliqada üz-üzə gəlmişik. Bu ölkə təmsilçilərindən "Krivbass"la "Dnepr" qitəmiqyaslı turnirdə bizimkilərin rəqibi olub. 1999-cu ildə "Şəmkir"in avrokuboklarda debütü "Krivbass"la matçlara təsadüf edib və uğursuz alınıb. Ağasəlim Mircavadovun baş məşqçisi olduğu komanda səfərdə 0:3, evdə 0:2 hesablı məğlubiyyətlərə üzülüb. Ukraynalılarla ikinci cəhdi isə məhz "Qarabağ" reallaşdırıb. Bu, Qurbanovun komandasının Avroliqanın qrup mərhələsində debütündə - 2014-cü ildə "Dnerp"lə olub. Ağdamlıların Dnepropetrovsk təmsilçisiylə səfər matçı Kiyevdə baş tutdu. Qarşılaşma təmsilçimizin 1:0 hesablı qələbəsiylə nəticələndi və qələbə qolunun müəllifi hazırda komandada olmayan Muarem Muarem idi. Bu, "Qarabağ"ın qrupda ilk qələbəsi, həmçinin ölkəmizin futbol tarixində bir ilk idi. "Dnepr"lə “Tofiq Bəhramov”da reallaşan matç isə “köhlən atlar” üçün uğursuz alındı. Belə ki, ukraynalılar 2:1 hesabıyla qalib gəldi. Evdəki görüşdə ağdamlıların heyətində Leroy Corc fərqlənmişdi. Göründüyü kimi, iniyəqədərki 4 matçdan 3-də ukraynalılar, 1-də isə bizimkilər qalib gəlib. İnanaq ki, yeganə qələbənin sahibi olan “Qarabağ” balansı yaxşılaşdırmaq yönündə növbəti addımı məhz bu gün atacaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:30 Şəhriyar övladları ilə bir arada Dünən, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb Dünən, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır Dünən, 12:19 Yunis Hüseynov Antalyaya gedir Dünən, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub Dünən, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Dünən, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu Dünən, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi Dünən, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib Dünən, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib Dünən, 12:04 U-19 hər ay toplanış keçəcək Dünən, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər Dünən, 11:59 Bakı metrosunda əcaib irqçilik Dünən, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı 3-01-2020, 16:35 Ümummilli sorğuda 2-ci dəfə qapıçı qalib gəldi! 3-01-2020, 16:26 “Zirə”dən Elvinə “get” deyən olmayıb 3-01-2020, 16:13 Teymur Rəcəbov 2019-un ən yaxşı idmançısıdı! 3-01-2020, 11:00 “Sabah”ın ilk transferi Marina oldu 3-01-2020, 10:54 Veteranların duelini “Sumqayıt” qazandı 3-01-2020, 10:48 Cəfərquliyevlə Həsənov AFFA-nın qərarıyla razılaşmır 3-01-2020, 10:45 “Qəbələ”: 2019-dan 12 məqam 31-12-2019, 08:18 Ruslan qış fasiləsinin dönüş nöqtəsi olacağını düşünür 31-12-2019, 08:13 Musa Qurbanlı “Qarabağ”ı tərk edə bilər 30-12-2019, 21:22 Agentlərin qış “transfer pəncərəsi” ilə bağlı gözləntiləri 30-12-2019, 21:00 Şahin Zəkiyev “Keşlə”də haqsızlıqla üzləşib 30-12-2019, 20:55 “Azərbaycandan gələn təklifləri gözdən keçirmək fikrim yoxdu” 30-12-2019, 11:04 Mənzilin verilməsi Vladislav Qədirov üçün sürpriz olub 30-12-2019, 11:01 Aftandil Hacıyev: “Elə oyunçular var ki, 3-4 aydı pul ala bilmirlər” 30-12-2019, 10:58 Elvin Yunuszadə yerli klublarla danışıq aparır 30-12-2019, 10:55 Yaşar Vahabzadə “Kəpəz”in oyunlarının videoyazısını dəfələrlə izləyir 27-12-2019, 12:41 Güləş ailəsi bir araya gəldi 27-12-2019, 12:39 Riçard “Qarabağ”dan 1 milyon tələb edir 27-12-2019, 12:37 “Neftçi” rəhbərliyi Bordini yola salmağın planlarını cızır 27-12-2019, 12:35 “Forza Neftçi”nin rəhbəri üsyan edir 27-12-2019, 12:31 Yunanov “Sumqayıt”dan ayrılmağı düşünmür 27-12-2019, 12:29 “Azarkeşlərin AFFA-ya qarşı mübarizəsini parlamentdə də davam etdirəcəyik” 27-12-2019, 12:26 “İlin futbolçusu” sorğusu: adlar və tanıtma 27-12-2019, 12:24 Milli Olimpiya Komitəsində 2019-a yekun vuruldu 27-12-2019, 12:20 AFFA, “Neftçi” və “Qəbələ”… 27-12-2019, 12:19 Region Liqası qış fasiləsinə yollandı 24-12-2019, 23:26 Səməd Qurbanov günahı Bordində görür 24-12-2019, 23:23 “Səbail” AFFA-dan haqqını tələb etməkdə acizdi 24-12-2019, 23:16 Volkovla Ağabala rəsmən “Zirə”də! 24-12-2019, 23:10 “Keşlə” rəhbərliyinin “açılış oyunu” 24-12-2019, 23:06 “Mehdi Hüseynzadə”yə ağır texnika yeridildi 24-12-2019, 23:05 “Qəbələ” tələsik qərar vermək istəmir 24-12-2019, 23:03 Slavçev “Levski”yə keçdi 24-12-2019, 23:02 “İlin futbolçusu” sorğusu: adlar və tanıtma 24-12-2019, 22:55 “Dedilər ki, lazım olsan, “Sumqayıt” rəhbərliyi ilə əlaqə saxlayacağıq” Bütün xəbərlər
Ən çox oxunanlar