25 okt 15:47olke

Qurban Qurbanov: “Problem təkcə hücum xətti ilə bağlı olsaydı, daha rahat olardıq”

Qurban Qurbanov: “Problem təkcə hücum xətti ilə bağlı olsaydı, daha rahat olardıq”
Vasili Saçko: “Bakıya kurorta gəlməmişik, evə 3 xalla qayıtmaq istəyirik”
Dünən saat 14.00-a “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı nəzərdə tutulmuşdu. Təcrübəli çalışdırıcı deyilən vaxtda, hətta iki dəqiqə tez salona daxil oldu. Təbii ki, tək deyildi. Yanında komandasının aparıcı futbolçusu Miçel əyləşmişdi. Öncə hər ikisi matçla bağlı fikirlərini səsləndirdi, daha sonra növbə suallara çatdı.
Qurban Qurbanov: “Vacib oyuna çıxdığımızın fərqindəyik. İki turdan sonra hər iki komanda xalsız qalıb. Bu faktı göz önün gətirəndə, oyunun nəticəsinin hansı önəm daşıması məlum olur. Görüşə ciddi hazırlaşmışıq və deyərdim ki, komandam oyuna hazırdı. Hamımız üçün maraqlı və gərgin oyun olacağına ümid edirəm”.
Miçel: “Rəqib haqda yüksək fikirdəyik. Ona görə də deyərdim ki, bizi gərgin və maraqlı qarşılaşma gözləyir. “Arsenal” və “Sportinq”ə məğlub olmalarına baxmayaraq, rəqiblərinə çətin anlar yaşatmağı bacarıblar. Heç şübhəsiz, sabah da fəal olacaqlar. Lakin biz öz gücümüzə inanırıq. Məşqlərdə etdiklərimizi 90 dəqiqə ərzində meydanda ortaya qoyub, müsbət nəticə qazanacağımıza ümid edirəm”.
- “Səbail”lə oyundakı texniki məğlubiyyətdən sonra komandada psixoloji durum nə yerdədi?
- Q.Q.: Hər şey qaydasındadı. Normal haldı və buna sakit yanaşırıq. Səhvlər olacaq və bunları aradan qaldırmaq haqda düşünməliyik.
- Qrupda “Qarabağ”ın xal qopara biləcəyi əsas rəqib “Vorskla”dı. Və buna görə də sabah hər kəs komandanızdan qələbə gözləyir. Bu məqam futbolçuların üzərində əlavə təzyiq yaradır?
- Q.Q.: Ciddi qrupda yer almışıq. Dediyiniz kimi, oyunöncəsi futbolçularda böyük məsuliyyət var. Fikrimcə, məsuliyyətin olması bizə kömək edə bilər. Sabah ən yaxşı oyunlarımızdan birini sərgiləməyə çalışacağıq.
- Vild-Donald Gerye “Səbail”ə qarşı oynadı. Hazırkı durumu necədi? Başqa cür desəm, start heyətində yer alması mümkündü?
- Q.Q.: Geryenin ümumi durumu yaxşıdı. Sadəcə, fərdi hazırlığı ilə bağlı müəyyən nöqsanlar mövcuddu. Oynamaq ehtimalı var.
- Bir həftə əvvəl avtoqəza törədən Hannes Tur Halldorssonun adı “18-liy”ə salınacaq?
- Q.Q.: Bunu sabah biləcəyik.
- Rəqib haqda yüksək fikirdə olduğunu dedin. Maraqlıdı, “Vorskla”nın hansı üstün tərəflərini xüsusi qeyd edə bilərsən?
- M.: Yaxşı təşkilatlanmış komandadı, komanda oyunu nümayiş etdirirlər. Hücumameyilli oyunçuları sürətlidi. “Arsenal”la matçda 0:4 hesabı ilə geridə olmalarına baxmayaraq, son dəqiqələrdə iki qol vurmağı bacardılar. Artıq heç bir yarışda asan oyun yoxdu. Lakin biz öz gücümüzə inanırıq.
- Qrupdakı iki oyunda rəqib qapılarına yol tapa bilməyən “Qarabağ” “Vorskla”ya qol vurmağın yolunu tapa bilib?
- Q.Q.: Hələ meydana çıxmadığımızdan bu haqda nəsə demək olmaz. Təbii, qol vurmağın yolların axtarıb tapmağa çalışırıq. Problem təkcə hücum xətti ilə bağlı olsaydı, daha rahat olardıq. Qalib gəlmək istəyiriksə, qol vurmalıyıq. Bunun üçün əlimizdən gələni edəcəyik.
- Tribunaların heç olmasa, yarısının dolması belə sual altındadı. Fürsətdən istifadə edib azarkeşlərə demək istədiyiniz söz var?
- Q.Q.: Məncə, buna ehtiyac yoxdu. Azarkeşlərimiz hər zaman yanımızda olublar, fikrimcə, sabah da stadionda çox sayda tərəfdar görəcəyik.
- “Qarabağ”dan fərqli, “Vorskla” hər iki oyunda fərqlənə bilib. Rəqibi dayandırmaq üçün hansısa xüsusi planınız var?
- Q.Q.: Qol vurmağı bacaran komandadı. Bunun üçün müdafiədə diqqətli, hücumda fəal olmalıyıq. Vurduqları qolları gözdən keçirib, buna uyğun hazırlıq görmüşük.
Saat 17.30-da Olimpiya stadionunun konfrans salonuna “Vorskla”nın çalışdırıcısı Vasili Saçko daxil oldu. Yanında əyləşən isə komandasının aparıcı üzvü İqor Perduta idi. Qonaqlar da ənənəyə sadiq qalıb öncə fikirlərini dilə gətirdilər. Lakin onlardan əvvəl klubun mətbuat katibi söz demək imkanından istifadə edib, bəzi fikirlərini diqqətimizə çatdırdı: “Vorskla”nın nümayəndə heyəti bu cür tarixi və imkanlı Bakı şəhərində olmaqdan məmnunluq hissi duyur. Paytaxtınıza gəldiyimiz cəmi bir neçə saat olsa da, gördüyümüz atmosfer ürəyimizə yol tapıb. Bizi qəbul edən tərəfə bu cür qonaqpərvərliyə görə təşəkkür edirik”.
Vasili Saçko: “Qəlbimizə yaxın olan şəhərə gəlmişik. Gülərüz insanlar, gözəl şəhər və əla stadion. Sabah bizi olduqca vacib oyun gözləyir. Hər iki komanda qrupda xala həsrətdi. Ona görə də həm rəqib, həm də bizim üçün itiriləcək heç nə yoxdu. Məncə, azarkeşlər maraqlı oyuna tamaşa edəcəklər”.
İqor Perduta: “Sabahkı oyun hər iki komanda üçün olduqca vacibdi. Olduqca güclü rəqibə qarşı mübarizə aparacağıq. Son illər çempionluqları bayram ediblər, ötən payızda Çempionlar Liqasının qrupunda oynayıblar. Avrokuboklarda böyük təcrübəyə sahibdilər. Bütün bunlara baxmayaraq, azarkeşlərin xoşuna gələcək oyun sərgiləyəcəyik”.
- Kobaxidze, Kadimyan, Vasin, Kravçenko kimi aparıcı futbolçularınız zədə səbəbindən son oyunlarda iştirak edə bilməyib. İtkiləriniz bunlardı, yoxsa Bakıya gətirmədiyiniz başqa futbolçular da var?
- V.S.: Adını çəkdiklərinizdən başqa digərləri sabahkı oyuna hazırlaşır. Adından asılı olmayaraq, istənilən futbolçumuzun yoxluğu bizim üçün itkidi. “Şaxtyor” və “Dinamo” səviyyəsində olmasaq da, “Vorskla”da komanda ruhu var. Kollektiv olmağı bacarırıq. Bəli, itkilərimiz var. Amma mən digər oyunçulara da güvənirəm. Ümid edirəm ki, titullu rəqiblə oyunda özlərini ən yaxşı tərəfdən göstərəcəklər.
- Bakı adı sizə isti, doğma olmalıdı. Futbolçu olduğunuz dönəmdə məhz bu şəhərdən olan futbolçular – Tərlan Əhmədov, Samir Əliyev, Kamal Quliyev, Fərrux İsmayılov və Cahangir Həsənzadə ilə “Volın”da komanda yoldaşı olmusuz. Maraqlıdı, Bakıda olduğunuz dönəmdə onlarla görüşmək imkanınız olacaq?
- V.S.: Elə adlar çəkdiz ki, hər birinə hədsiz hörmətim var. Müəyyən müddət də olsa, eyni komandada top qovmuşuq. Onların vasitəsilə azərbaycanlıları tanıya bilmişdim. Bu xalqın insanları sözün hər mənasında hörmətə layiqdi. Bakıya bir neçə saat əvvəl gəlmişik, ona görə də görüşmək imkanımız olmayıb. Telefon danışığımız olub. Axşam saatlarında qısa müddətə də olsa, görüşüb çay, ya da kofe içəcəyik.
- “Vorskla”nın futbolçularının bir neçə aydı maaş üzünə həsrət qalması haqda xəbərlər dolaşırdı. Bildiyimizə görə, Bakıya səfərdən əvvəl maaşların müəyyən qismi ödənilib. Bu məqam sabahkı oyunda stimul ola bilər?
- İ.P.: Klub prezidenti, belə deyim, rəhbərlik maaşın vaxtında ödənməsi üçün əlindən gələni etməyə çalışır. Bəzən çətinliklər olur, lakin bunlar artıq arxada qalıb. Hər şey qaydasındadı, oyuna hazırlaşırıq.
- “Qarabağ”ı təhlil etmisiz. Hansı müsbət və mənfi cəhətlərini qeyd edə bilərsiz?
- V.S.: “Qarabağ”ı çox yaxşı tanıyıram. “Dnepr”ə necə problemlər yaşatdıqları yadımdadı. Qrupumuzun favoriti “Arsenal” və “Sportinq”di. Azərbaycan çempionu yaxşı səviyyəyə malikdi. Topa sahib olmağı bacarır, sürətli futbol sərgiləyir. Kifayət qədər təcrübəli futbolçuları var. Millilərdə oynayan yetərincə futbolçulara sahibdi. Avroliqada keçirdikləri hər iki oyunu izləmişəm. Hər iki matçda xeyli sayda qol imkanı yaratmağı bacarmışdı. Bizim öz məqsədlərimiz var. Rəqibin mənfi cəhətlərindən danışmaq istəmirəm. Bunu özümdə saxlayım. Burda baş məşqçi amilini də unutmayaq. Qurban Qurbanovun işinə bələdəm və yaxşı bilirəm ki, bizi çətin anlar gözləyir. Müəyyən təcrübəyə sahibdi və əbəs yerə yığmaya rəhbərlik etmir. Qısa deyim, Bakıya kurorta gəlməmişik, evə 3 xalla qayıtmaq istəyirik. Bura sürprizlərlə gəlmişik. Əlbəttə, “Sportinq”lə ev oyununda üzücü məğlubiyyət bizə pis təsir etdi. Bu da oyunçu və təcrübə çatışmazlığından irəli gəlirdi ki, son dəqiqələrdə iki top buraxdıq. Rəqib nə qədər güclü və təcrübəli olsa da, müsbət nəticə əldə etməyə çalışacağıq.
- Komanda üç saatdan artıq yol qət edib. Dincəlmək imkanı olmadan stadiona gəldiz ki, az sonra komandanın oyunöncəsi son məşqi baş tutacaq. Maraqlıdı, futbolçuların fiziki durumu necədi və psixoloji cəhətdən yetirmələrinizi necə hazırlayacaqsız?
- V.S.: Coğrafi mövqelərimiz elədi ki, bura ən qısa zamanda çatmaq üçün ancaq təyyarədən istifadə edə bilərdik. Uzun yol qət etsək də, Bakıya rahat çatdıq. Təşkilatçılar da sağ olsun, bizi yüksək səviyyədə qarşılayıb, dərhal otelə yerləşdirdilər. Müəyyən qədər istirahət edə bildik. Sabaha qədər vaxtımız var. Məncə, elə bir çətinlik olmayacaq.
- Dörd gün öncə Kiyev “Dinamo”suyla qarşılaşmışdız. Həmin oyunun yorğunluğunu üzərinizdən ata bilmisiz?
- V.S.: Bəli, həmin matçda xeyli güc sərf etdik. Ancaq məşqçi heyətinin və tibbi personalın vəzifəsi oyunçuları bərpa etmək, növbəti görüşə hazırlamaqdı. Narahatlığa ehtiyac yoxdu, çünki “Qarabağ” da eyni qrafikdə oynayır. Əlbəttə, daha çox enerji toplamaq istəyərdik. Bilirik ki, bizi çətin oyun gözləyir. Qalib gələndə bərpa prosesi də tez keçir. Ancaq inanmıram ki, bu, yetirmələrimə mənfi təsir göstərsin. Çünki sabah bizi Avropa Liqasının matçı gözləyir. Yenə təkrarlayıram, “Qarabağ” xüsusi keyfiyyətlərə sahib komandadı və ona hörmətlə yanaşırıq. Amma heç kimdən çəkinmirik, çünki qarşımızda yaxşı nəticə qazanmaq hədəfi durur.
- Yığmanın baş məşqçisi “Vorskla”nın ev və səfər matçlarını diqqət mərkəzində saxlayır. Sabah Olimpiya stadionunda olması mümkündü?
- V.S.: Şevçenko ilə tez-tez ünsiyyətdə oluruq. Amma onun planlarından xəbərim yoxdu. Bakıya gəlib-gəlməyəcəyini dəqiq bilmirəm. Gənc və hədəfləri olan məşqçidi. Ona görə də bütün komandaların çıxışını diqqət mərkəzində saxlayır, biz məşqçilərlə daim əlaqədə olur. “Arsenal”la Londondakı görüşümüzü canlı izləmişdi. Bakıya gələcək, ya yox – bilmirəm. Bu baş verməsə də, qarşılaşmanı televiziya vasitəsi ilə izləyəcəyinə əminəm.
- Geqam Kadimyanın zədə səbəbindən gəlməməsi məlumdu. Zədəli olmasaydı, Bakıya gətirəcəkdiz? Bir də cavab oyununda meydana çıxması mümkün olacaq?
- V.S.: Bu gün o zədəlidi. Sağlam olsaydı, buna uyğun qərar qəbul olunacaqdı. Cavab görüşünə hazır olub-olmayacağını isə indidən deyə bilmirəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar