25 okt 18:31olke

Azərin kumiri yoxdu

Azərin kumiri yoxdu
“Gələcəkdə İspaniyada legioner həyatı yaşamaq istərdim”
Hazırda Rusiya premyer-liqasında çıxış edən "Ufa"nın şərəfini qoruyan, əslən azərbaycanlı futbolçu Azər Əliyev "Realnoe vremya"ya müsahibə verib. 24 yaşlı hücumçu rusiyalı həmkarımızla söhbətdə futbola gəlişindən, Bakının gözəl şəhər olmasından danışmaqla yanaşı, xoşladığı təamlardan da söhbət açıb.
- Azər, niyə məhz futbolu seçdin? Səni bu idman növünə kim gətirib?
- Heç kim məni xüsusi olaraq bu idman növünə yönəltməyib. Ola bilsin, bu mənə atamdan keçib. Atam futbolu çox sevir. Özü məşğul olmayıb, oynamayıb, amma uşaqlıqdan bu idman növünün vurğunudu. Bu il dünya çempionatının bir neçə oyununu canlı izləməklə uşaqlıq arzusunu gerçəkləşdirib. Çox şadam ki, onun istəyini həyata keçirə bilmişəm.
- Sənin əsas vətənin haradı? Nə vaxtsa Azərbaycanda olmusan, Bakını bəyəndin?
- Gürcüstanın Bəzəkli kəndində doğulsam da, Rusiyanın Krasnoyarsk şəhərində böyümüşəm. Azərbaycanda sonuncu dəfə 2015-ci ildə olmuşam. Çox gözəl ölkədi, hamıya orda olmağı məsləhət görürəm. Bakı sürətlə inkişaf edən böyük meqapolisdi.
- Azərbaycan mədəniyyətindən sənə ən çox doğma olan nədi?
- Azərbaycan mətbəxi. Xüsusilə də anamın hazırladığı yeməklər.
- Azərbaycan futbolunda vəziyyət necədi? Ümumiyyətlə, oranın futbolunu izləyirsən?
- Azərbaycanda futbola, o cümlədən infrastruktura böyük sərmayələr qoyulur. Klublar Avropa arenalarında layiqincə çıxış etməyə başlayıblar. "Qarabağ" və "Qəbələ" kifayət qədər güclü heyətlərə malik komandadı.
- Vətənində nərd çox populyardı. Oynaya bilirsən? Komanda yoldaşlarına nərd oynamağı təklif etmisən? Necə düşünürsən, bəxt oyunda əsas amildi?
- Nərd oynamağı bacarıram, ancaq həvəskarı deyiləm. Məncə, hər şey özündən asılıdı. Bəxt isə müəyyən qədər təsirini göstərə bilər. Ancaq bunsuz da ötüşmək olmur. Məsələn, olur ki, forvardın bəxti gətirmir, bir neçə yüzfaizlik qol vəziyyətini boşa verir. Ancaq bir qol vurduqdan sonra hər şey dəyişir. Komandada da belədi. Kollektiv böyük əzmlə məşq edir, yaxşı oyun göstərmək üçün səylə çalışır. Lakin hardasa nəsə alınmır, sadəcə, bəxt səndən üz döndərir. Ümid edirəm ki, uğur yanımızda olacaq və biz yenidən yüksək yerlər uğrunda mübarizəyə qoşulacağıq.
- Karyeranda vurduğun ən yaxşı qol hansıdı? Bir də kumirin var?
- Fikrimcə, künc zərbəsindən birbaşa "Luç"un qapısından keçirdiyim qolu ən yaxşı saymaq olar. Heç vaxt kumirim olmayıb. Amma əvvəllər Zinəddin Zidanın, indi isə Lionel Messinin oyununu bəyənirəm. Aparıcı klublardan “Real”a simpatiyam var. Gələcəkdə İspaniyada legioner həyatı yaşamaq istərdim. Lakin onu da yaxşı başa düşürəm ki, bunun üçün bir qədər də “artırmalıyam”. Gücümü İspaniya və ya İtaliya çempionatlarında sınamaq imkanı yaransa, düşünmədən gedərəm.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər Dünən, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək Dünən, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi Dünən, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi Dünən, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə Dünən, 11:22 “Səbail”i Qəbələdə əzdilər Dünən, 11:18 Emil Balayev əla başladı, pis bitirdi Dünən, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi Dünən, 11:13 Sürprizlər turu Dünən, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi Dünən, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi Dünən, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı Bütün xəbərlər
Ən çox oxunanlar