25 okt 15:26olke

“Qəbələ” Tiraspolda tarix yazdı

“Qəbələ” Tiraspolda tarix yazdı
Növbəti rəqib “Herta”dı
UEFA Gənclər Liqası
1-ci mərhələ, cavab oyunu
Şerif (Moldova) – Qəbələ 1:3 (0:1)

Şerif: 1. Vladislav Lixarev, 8. Yeqor Qliqa (18. Yevgeni Pleşko, 67), 9. Andrey Konoxov, 11. Aleksandr Kuzmenko (k), 19. Aleksandr Osipov, 26. Vsevolod Nixayev, 30. Denis Makaliçi, 31. Danila İqnatov, 39. Vladimir Kovçenko, 90. Vadim Dijnar, 99. Yevgeni Berko.
Ehtiyat oyunçular: 12. Mixail Çioban, 4. Stanislav Ploxotnyuk, 14. Nikolay Stoyanov, 22. İvan Morarenko, 32. Vladislav Qreçul, 33. Yeqor Çesnokov.
Baş məşqçi: Luka Pavloviç.
Qəbələ: 12. Əmrah Zülfüqarlı, 2. Rüstəm Nuruyev, 3. İzzət Müştaqov, 4. Vüsal Məsimov, 6. Faiq Hacıyev, 7. Əli Sadıxov (k) (18. Samir Məhərrəmli, 87), 8. Abbas Ağazadə, 10. Təbriz İsazadə (9. Əli Mürsəlov, 83),11. Samir Qurbanov (16. Nicat Oruclu, 90+3),15. İdris İnqilablı, 17. Rauf Məhərrəmov.
Ehtiyat oyunçular: 1. Elməddin Sultanov, 5. Arsen Ağcabəyov, 13. Nicat Əliyev, 14. Xəyal Muradov.
Baş məşqçi: Emin İmaməliyev.
Qollar: S.Qurbanov, 43 (0:1). V.Nixayev, 53-p.(1:1). S.Qurbanov, 62 (1:2). V.Dijnar, 63-öz qapısına (1:3).
Vərəqə: yoxdu.
Hakimlər: TİMOFEOS KRİSTOFİ, Giorgos Savva, Andreas Mixailidis (hamısı Cənubi Kipr), İon Orlik (Moldova).
24 oktyabr. Tiraspol. “Şerif” stadionunun kiçik arenası.
Birinci hissəyə 1, ikinci hissə 4 dəqiqə əlavə olunub.
İlk oyun - 1:1.
Dünən UEFA Gənclər Liqasının Çempionlar yolunda birinci mərhələnin cavab oyunları keçirilib. “Qəbələ”nin U-19 komandası səfərdə Moldova “Şerif”i ilə qarşılaşıb. Üç həftə əvvəl “doğma divarlar” arasında 1:1 hesablı “sülh”ə razılaşan “qırmızı-qaralar” Tiraspoldakı görüşə mərhələ keçmək iddiası ilə çıxıb.
İlk dəqiqələrdən təşəbbüsə yiyələnən Emin İmaməliyevin yetirmələri böyük üstünlüyə sahib olub. Ardıcıl hücumlar təşkil edən “Qəbələ” fasiləyədək dəfələrlə fərqlənmək imkanı yaxalayıb. Şimallılar yalnız 43-cü dəqiqədə rəqibin müdafiə xəttini yararaq hesabı açmağa müvəffəq olub. Qolun müəllifi Samir Qurbanov olub.
İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Düzdü, meydan sahibləri fasilədən az sonra penalti ilə hesabda tarazlıq yaradıb. Lakin rəqibdən üstün futbol nümayiş etdirən “Qəbələ” daha iki qol vurub. Öncə Qurbanov dublunu rəsmiləşdiribsə, ardınca rəqib futbolçu avtoqola üzülüb.
Beləliklə, səfərdə 3:1 hesabıyla qalib gələn “qırmızı-qaralar” ikinci mərhələyə yüksəlib. Bununla da “Qəbələ” UEFA Gənclər Liqasında mərhələ adlayan ilk klub kimi adını ölkə futbolunun tarixinə yazdırmağı bacarıb.
Artıq komandanın ikinci mərhələdəki rəqibi də müəyyənləşib. “Qırmızı-qaralar” “Herta” ilə üz-üzə gələcək. Almaniya millisinin sabiq futbolçusu Mihael Hartmannın baş məşqçisi olduğu Berlin klubu Polşa təmsilçisi “Lex”i üstələyib. 3 həftə öncə öz meydanında 2:0 hesabı ilə qalib gələn rəqib səfərdə də üstün olub - 3:2. Qeyd edək ki, ikinci mərhələnin oyunları noyabrın 7-si və 28-də baş tutacaq. “Qəbələ” ilk oyunu evdə, cavab görüşünü “Herta”nın meydanında keçirəcək.
RƏŞAD

Reaksiya
Emin İmaməliyev: “Oyunun çətin keçəcəyini bilirdik. İlk qarşılaşma “Şerif”in yaxşı komanda olduğunu göstərmişdi. Evdə keçirdiyimiz görüşdə heç-heçə etdik. Bu qarşılaşmadan sonra oyunu və rəqibi təhlil edib, güclü və zəif tərəflərin müəyyənləşdirdik. Ən əsası isə futbolçularımız verilən tapşırıqları yerinə yetirdilər, qələbə üçün lazım olan hər şeyi etdilər. Deməzdim ki, səfərdə evdəkindən daha yaxşı oynamışıq. Həmin oyunda da, xüsusilə ikinci hissədə qol imkanlarımız çox oldu. Cavab oyununda rəqib daha çox arxada oynadığından onları təzyiq altında saxlayıb, səhv buraxmağa məcbur etdik. İlk qol da bunun nəticəsi idi. Arxaya ötürmə zamanı topu ələ keçirib hesabı açdıq. Digər iki qolumuz da pressinq sayəsində vuruldu. “Şerif” yaxşı komandadı. Həm müdafiədə, həm də hücumda oynamağı bacarır. Bu gün biz daha güclü oynadığımız üçün qalib gəldik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar