19 okt 13:58olke

“Neftçi” 1 qolla zirvəyə yüksəldi

“Neftçi” 1 qolla zirvəyə yüksəldi
Dünən futzal üzrə yüksək liqada 5-ci turun oyunlarına start verildi. Bakı İdman Sarayında baş tutan və “Araz”ın “məcburi istirahət etdiyi” turun ilk oyununda “Yasamal” və “Liman” üz-üzə gəldi. Əsasını legionerlər təşkil edən komandaların duelindən çempionatın daha təcrübəli komandası qalib ayrıldı. Heyətində 9 oyunçu yer alan və bunun 8-i iranlı olan “Yasamal”ın 6 cavabsız qolla gerçəkləşdirdiyi darmadağında 5 futzalçı iştirak etdi. Maraqlıdı ki, matçda sonuncu qolu yeganə azərbaycanlı Tural Lətifov vurdu.
Günün ikinci qarşılaşmasında əzəli rəqiblər üz-üzə gəldi. Canlı yayınlanan “Ekol”la “Neftçi”nin dueli həmişəki kimi güzəştsiz mübarizə şəraitində keçdi. Elə hesab da bunu əks etdirir. Belə ki, bərabərsəviyyəli komandaların görüşündə qalib futzalda nadir hallarda rast gəlinən hesab – 1:0 ilə müəyyənləşdi. “Ekol”un tam yerli futzalçılardan formalaşdığı məlumdu. Bəlkə də “Neftçi”nin baş məşqçisi İlqar Aslanov da jest edərək, start heyətində yalnız yerlilərə yer vermişdi. Halbuki heyətdə Əli Abdullahi, Məhəmməd Katebi, Həmid Abdullahi və Həmid Rza kimi iranlılar var.
İlk 4 turda maksimum nəticə göstərən komandaların görüşündə ərazi üstünlüyünə sahib olan tərəf “Ekol” idi. Hətta 15-ci dəqiqədə Zaur Fərziyevin qırmızı vərəqə almasından sonra azlıqda qalan “şirkət təmsilçisi” bu dəqiqələrdə qapısını toxunulmaz saxlaya bildi. Yeri gəlmişkən, baş hakim Elçin Məmmədovun Zaur Fərziyevə ikinci “sarı”nı göstərdiyi epizoddakı qərarı anlaşılmaz qaldı. Əslində “Ekol”un futbolçusu kobudluğa məruz qalmışdı. “Neftçi” görüşün taleyini həll edən qola 19-cu dəqiqədə imza atdı. Həmid Abdullahinin fərqlənməsinə mane ola bilməyən “Ekol” fasiləyə məğlub yollandı. İkinci hissədə daha fəal çıxış edən Radik Əhmədovun komandası üstünlüyünü qola çevirə bilmədi və beləliklə, mövsümdə ilk məğlubiyyəti ilə barışdı. Hələ ki xal itirməyən “Neftçi” isə zirvəyə yüksəldi.
5-ci tur
Yasamal – Liman 6:0 (3:0)
Yasamal: 15. Omid Xəlili, 7. Sina Camali, 10. Salar Şahnasi, 8. Səid Amini, 6. Həmid Rza Baxşi; 2.Rza Xorasani, 5. Tural Lətifov, 11. Sadiq Cavid, 14. Məhəmməd Zarabadi.
Baş məşqçi: Həsən Mirzəyi.
Liman: 12. Seyid Əhməd Yaqubi, 7. Hüseyn Fatihzadə, 10. Camal Mahmudov, 11. Seyid Məhəmməd Musəvi (k), 77. Zaur Nuruzadə; 1. Əlirza Səfəri, 5. Mahir Dunyamalıyev, 6. Hikmət Hüseynov, 8. Seyid Musəvi, 9. Əhməd Qarani, 99. Həmid Modhuhari.
Baş məşqçi: Zaur Əliyev.
Qollar: S.Camali, 6 (1:0). S.Cavid, 13 (2:0). S.Camali, 19 (3:0). H.R.Baxşi, 27 (4:0). S.Amini, 32 (5:0). T.Lətifov, 40 (6:0).
Vərəqələr: S.Cavid, 13. S.Camali, 27. T.Lətifov, 33. Z.Nuruzadə, 35 – sarı.
Hakimlər: ELÇİN SƏMƏDLİ, Azad Hüseynov, Rahin Heybətov.
Hakim-inspektor: Asim Xudiyev.
17 oktyabr. Bakı İdman Sarayı.
Ekol – Neftçi 0:1 (0:1)
Ekol: 99. Emin Kürdov, 4. Fərid Atakişiyev, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 17. Fərid Ələkbərov; 1. İntiqam Babayev, 2. Radik Əhmədov, 7. Faiq Əliyev, 9. Əsgər Abasov, 14. Zaur Fərziyev, 33. Ələsgər Ələsgərli, 77. Sərxan Məstiyev.
Baş məşqçi: Radik Əhmədov.
Neftçi: 23. Elnur Zamanov, 8. Vahib Xocayev, 10. Rüfət Balakişiyev (k), 14. Vitali Borisov, 94. Oruc Baxşəlizadə; 1. Samir Mehtiyev, 4. Əli Abdullahi, 6. Məhəmməd Katebi, 7. Rəcəb Fərəczadə, 9. Həmid Abdullahi, 11. Həmid Rza, 13. Əjdər Əjdərov, 77. Tural İsmayılov.
Baş məşqçi: İlqar Aslanov.
Qol: H.Abdullahi, 19.
Vərəqələr: Z.Fərziyev, 13. O.Baxşəlizadə, 34. E.Kürdov, 40 – sarı. Z.Fərziyev, 15 – qırmızı (ikinci sarı).
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Fuad Həsənov.
Hakim-inspektor: Murad Məmmədov.
17 oktyabr. Bakı İdman Sarayı.
Tura sabah autsayderlərin, çempionatın xal qazana bilməyən iki komandasının - “Xəzər Cənub”la “Yasamal” İSK-nın dueli ilə yekun vurulacaq:
Xəzər Cənub – Yasamal İSK
Hakimlər: Elçin Məmmədov, Fuad Həsənov, Anar Fərəcov.
Hakim-inspektor: Azad Mütəllimov.
19 oktyabr. Bakı İdman Sarayı. Saat 14.30
1. Neftçi 4 4 0 0 24-10 12
2. Araz 4 3 1 0 24-8 10
3. Ekol 4 3 0 1 29-11 9
4. Yasamal 3 1 1 1 13-8 4
5. Liman 4 1 0 3 17-22 3
6. Xəzər Cənub 3 0 0 3 9-13 0
7. Yasamal İSK 4 0 0 4 10-56 0
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar