16 okt 17:54olke

Samir Abasov sabiq komandasını üstələdi

Samir Abasov sabiq komandasını üstələdi
“Xahiş edirəm, təxribatçı suallar verib, mənim ağzımı açdırmayın”
Millinin Millətlər Liqasındakı oyunlarına görə premyer-liqada yaranan fasilədən yararlanan “Sumqayıt” və “Zirə şənbə günü “Kapital Bank Arena”da yoxlama oyununda üz-üzə gəldi. Qonaqlardan fərqli, meydan sahibləri bu matça çox sayda itkilərlə çıxmışdı. “Kimyaçılar”dan Süleyman Süleymanov, Yusif Nəbiyev, Süleyman Əhmədov, Elvin Dəmirov U-21-in, Bəxtiyar Həsənalızadə isə əsas yığmanın düşərgəsində olduğundan Nazim Süleymanov onların xidmətindən yararlana bilmədi. Yığmaya dəvət olunanlarla yanaşı, Atilla Yıldırım, Əli Babayev və Əfran İsmayılov da müxtəlif səbəblərdən yoxlama oyununda meydana çıxanlar arasında yox idi.
Təxminən 50-yə yaxın azarkeşin izlədiyi qarşılaşmaya meydan sahibləri daha fəal başladı. “Kimyaçılar” daha sürətli oyun nümayiş etdirir, topa daha çox nəzarət edir, rəqib qapısı önündə yaddaqalan təhlükəli vəziyyətlər yaradırdı. Bu yöndə xüsusilə zədədən yeni dönən Elvin Məmmədovla Aleksey İsayev daha fəal idi. Bu yerdə onu da qeyd edək ki, tamaşaçılar arasında Alekseyin anası da var idi. Bugünlərdə oğluna baş çəkmək üçün Rusiyadan Azərbaycana gələn xanımın, yoldaşlıq oyunu olmasına baxmayaraq, oğluna görə çox həyəcan keçirirdiyi ilk baxışdan hiss olunurdu. Yarım saatın tamamında meydan sahibləri Elvinlə hesabı açmağa yaxın oldu. Lakin təcrübəli yarımmüdafiəçinin “9-luğ”a göndərdiyi zərbəni Kamal Bayramov gözəl seyvlə kornerə çıxarmağı bacardı.
Fasilədən sonra hər iki baş məşqçi meydana yeni oyunçular buraxmağı lazım bildi ki, onların da çoxu gənclər idi. Bu isə istər-istəməz oyunun keyfiyyətinin aşağı düşməsinə səbəb oldu. Buna baxmayaraq, ilk hissədən fərqli, tamaşaçılar ikinci yarıda 3 qol gördü. Əvvəlcə Mirsahib Abbasov qonaqları hesabda önə keçirdi. Mehdi Cənnətovun çıxışda yol verdiyi kobud səhvdən yararlanan Abbasov çətinlik çəkmədən topu tora qovuşdurdu. Çox keçmədən “qartallar” hesab arasındakı fərqli iki topa çatdırdı. Cənnətov bu dəfə də kobus səhvlə yadda qaldı. Çempionat oyunlarında inamlı təsir bağışlayan qolkiper şənbə günü baş tutan görüşdə heç özünə bənzəmirdi. İkinci qolda qapıçı topu oyuna daxil etmək istəyərkən “mərmi”ni rəqibə “bağışladı”. Vüsal İsgəndərli isə qapının yiyəsiz olduğunu görüb təxminən 35 metrdən boş qapını dəqiq nişan aldı. Son dəqiqələrdə Nicat Qurbanov gözəl qolla hesab arasında fərqi azaltsa da, “ağ-göylər”in bundan artığına gücü çatmadı və qarşılaşma meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatdı.
Oyundan sonra “Zirə”nin baş məşqçisi Samir Abasova yaxınlaşıb həm oyunla bağlı fikirlərini öyrəndik, həm də bizi maraqlandıran başqa suallara cavab tapmağa çalışdıq.
- Öncə başa çatan matçla bağlı fikirlərinizi bilmək istərdik.
- Oyunun statusundan asılı olmayaraq, qələbə qazanmaq həmişə xoşdu. İnşallah, davamı gəlsin. Deyəsən, yavaş-yavaş futbolçular mənim onlardan nə istədiyimi anlamağa başlayıblar. Ötən tur da “Qəbələ” üzərində qələbəyə sevinmişdik. Bu gün zədəyə görə bəzi oyunçuların xidmətindən istifadə edə bilmədim. Əvəzində ikinci komandamızda çıxış edən gəncləri sınadım. Zədə sindromu bizə çox çətinlik yaradır. Ona görə də “Sumqayıt”la matçı da zədəsiz başa vurmağımız ürəyimcə oldu. İkinci hissədə əsas heyətin üzvlərini əvəzləməyim məhz onları zədədən qorumaq üçün atılmış addım idi. Gənclərimizlə də maraqlanıram. Hər həftə ikinci komandanın baş məşqçisindən futbolçularla bağlı məlumat əldə edirəm. Ancaq ən yaxşısı onları iş başında görmək idi ki, onu da bu gün etdik.
- Ehtiyat qüvvə özünü necə göstərdi? Bu gün meydana buraxdığınız gənclərlə “kəşfiyyata yollanmaq” olar?
- Gənclərin çoxu elə fikirləşir ki, gündə bir dəfə məşq etməklə futbolda çox şeyə nail ola bilərlər. Çoxu da özünü premyer-liqada oynamağa hazır sayır. Ancaq reallıq tam əksini göstərir. Aralarında az da olsa, gələcək üçün ümid verənlər oldu. Onlara yenə şans verəcəm. Bəziləri isə ümidləri doğrultmadı. Nə məşqlərə yanaşmaları, nə də meydanda nümayiş etdirdikləri oyun xoşuma gəldi. İndi bu haqda danışmaq istəmirəm. Qış fasiləsində çox suallara aydınlıq gələcək.
- Məndə olan məlumata görə, artıq indidən transfer siyahısını hazırlayırsız. Dövrələrarası fasilədə “Zirə”də çox dəyişiklik olacaq?
- Dəyişiklik qaçılmazdı. Hazırladığım siyahıda həm yerlilər, həm də legionerlər yer alıb. Artıq onların oyunlarını izləməyə başlamışam. İndidən transfer siyahısının tutulmasının müstəb tərəfi ondan ibarətdi ki, maraq dairəmizdə olan oyunçunu yaxından təqib edib, müsbət və mənfi tərəfləri müəyyənləşdirmək olur. Məncə, 3-5 günə legioner haqda tələsik qərar verməkdənsə, belə daha yaxşıdı. Yerlilərə gəlincə, bu yöndə işimiz bir qədər çətindi. Maraq dairəmizdə olanların, demək olar ki, hamısının başqa klublarla müqaviləsi var.
- Yeni transferlər əlavə vəsait deməkdi. Rəhbərlik qışda planlaşdırdığınız keçidlər üçün istədiyiniz pulu xərcləməyə hazırdı?
- “Zirə”ni istədiyim səviyyəyə çatdırmaq üçün vaxtla yanaşı, mənə səviyyəli oyunçular lazımdı. Onu da başa düşürəm ki, tələblərimi yerinə yetirmək üçün bir qədər gecdi. Yayda büdcənin müəyyən hissəsi xərclənib. Ancaq qış fasiləsində bu gün bizim üçün vacib olan mövqelərə yeni oyunçular dəvət olunacaq. Rəhbərliklə bu barədə söhbətim olub və istəklərimə isti yanaşıblar. Hamımız bir məqsəd ətrafında birləşmişik. Hamımız “Zirə”ni daha yüksək zirvələrdə görmək istəyirik. Ən pis halda 2-3 yeni transfer olacaq.
- Yoxlama görüşü üçün niyə məhz “Sumqayıt”ı seçdiz? Bu ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmaq istəyi idi, yoxsa...
- Xahiş edirəm, təxribatçı suallar verib, mənim ağzımı açdırmayın. Onsuz da yaxşı mənada dediyim sözləri də sonradan başqa yerə yozurlar. Elə götürək Ömər Paşayev məsələsini. “Neftçi” ilə matçda 90 dəqiqə ancaq bizim ehtiyat oyunçular skamyasına tərəf baxıb, bir addım belə texniki zonanı tərk etməyə imkan vermirdi. Mən də mətbuat konfransında zarafatla “deyəsən, Ömər ancaq bir tərəfi görür” söyləmişdim. İnanın Allaha, burda pis niyyətli heç nə yox idi. Ancaq bu sözə görə mənə xəbardarlıq olundu. Sonra da mətbuatda yazıdılar ki, Ömər gözündəki problemə görə müalicə olunacaq və mövsümün sonuna kimi hakimlikdən müvvəqəti uzaqlaşıb. Odu ki, məni təxribata çəkmə. Yoxlama görüşü üçün biz əvvəlcə “Neftçi”yə müraciət etdik və “yox” cavabı aldıq. Sonra “Səbail”lə əlaqə saxladıq. Onlar artıq “Qəbələ” ilə razılaşmışdı. Onlardan sonra “Sumqayıt”a müraciət etdik. Sağ olsunlar ki, bizə müsbət cavab verdilər. “Sumqayıt”la oyun alınmasaydı, U-19-la qarşılaşmağı planlaşdırmışdıq. Yəni sabiq komandamla yoxlama görüşünü başa yerə yozmaq lazım deyil.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar