12 okt 22:54olke

“Uğur” Region Kubokunda zəif heyətlə oynayıb

“Uğur” Region Kubokunda zəif heyətlə oynayıb
Qəzənfər Abbasov: “Komanda fizki cəhətdən “çatdıra” bilmədi”
Region Liqasının 2017/2018 mövsümünün qalibi olan Sumqayıt “Uğur”u UEFA-nın iki ildən bir həvəskarlar arasında təşkil etdiyi Region Kubokunda çıxışını başa vuraraq çərşənbə axşamı vətənə dönüb. Xatırladaq ki, Qəzənfər Abbasovun baş məşqçisi olduğu komanda turnir çərçivəsində keçirdiyi ilk oyunda meydan sahibi Ukraynanın “Lvov Region”una 0:4 hesabı ilə uduzdu, Təmsilçimiz növbəti qarşılaşmada da meydanı başıaşağı tərk etdi. Bu dəfə İspaniya “Kastilya”sı 2:0 hesablı qələbəni bayram etdi. “Uğur”, nəhayət, sonuncu görüşdə “şeytanın qıçını qıraraq” qol hesabını açsa da, yenə qələbəyə həsrət q aldı. Finlandiyanın “Şərq Regionunun yığma komandası”na 1:2 hesabı ilə məğlub olan təmsilçimiz mübarizəni dayandırdı.
Dünən Qəzənfər Abbasovla əlaqə saxlayıb, turnirlə bağlı fikirlərini öyrəndik.
- AFFA-nın təşkil etdiyi Region Liqasında rəqib tanımayan “Uğur” Lvovda keçirdiyi hər üç görüşdə məğlub oldu. Komandanız rəqiblərdən çox zəif idi?
- Bizim problem hələ səfərə çıxmamış başladı. Heyətdə yer alan aparıcı oyunçularımızın heç biri turnirə yollana bilmədi.
- Səbəb nədi?
- UEFA-nın tələbi. Qitə futbol qurumunun şərtlərinə əsasən tunirdə yalnız həvəskarlar çıxış edə bilər. Yəni hansısa oyunçu nə vaxtsa, lap 6 aylıq həvəskar müqaviləyə qol çəkibsə, turnirdə iştirakı qeyri-mümkündü. Məhz bu qayda üzündən Ruslan Poladov, Mikayıl Rəhimov, Sabir Allahquliyev kimi təcrübəli futbolçularımızı Lvova apara bilmədik.
- Ancaq Ukraynadakı yarışda meydana çıxanlar arasında vaxtilə paşəkar komandaların şərəfini qorumuş Musa Rəhimov, Nahid Mehrəliyev, Vurğun Həsənzadə kimi oyunçular var idi.
- Açığı, onları da yarışa buraxmaq istəmirdilər. Ancaq bir məsələ var ki, onlar artıq bir dəfə “Şərurspor”un heyətində Region Kubokunda iştirak ediblər. Bunu əldə bayraq tutub UEFA-ya məktub göndərdik. Qitə futbol qurumu bizə razılıq verəndən sonra həmin oyunçuları Ukraynaya apardıq. Onlar da getməsəydi, vəziyyətimiz lap ağır olardı.
- Rəqiblərin heyətində yer alanların da hamısı həvəskar futbolçular idi?
- Maraqlananlar istəsələr, “youtube” kanalında hər üç qarşılaşmanı izləyə bilərlər. Vallah, onlara həvəskar deməyə adamın dili gəlmir. İstər Ukrayna təmsilçisinin futbolçuları, istərsə də ispanlar çox asanlıqla bu gün bizim premyer-liqada oynaya bilərlər. Mükafatçılar sırasına düşməsələr də, ortabablardan biri olarlar. “Kastilya” Lvova 35 nəfərlik nümayəndə heyəti ilə gəlmişdi. Həkimlər, inzibatçılar, klub rəsmiləri və 18 futbolçu. Tək onların yükü 2 ton idi. Hətta meyvə şirəsini, yemək bişirəcəkləri yağları belə özləri ilə gətirmişdilər. “Kastilya” bu gün həvəskarlar arasında çıxış etsə də, İspanıyanın ən köklü klublarından biridi. “Lvov Region”un düşərgəsində də güclü futbolçular var idi. Finlandiya klubu isə, demək olar ki, bizimlə eyni səviyyədə idi. Mənim ehtiyat oyunçular skamyamda oyunu gücləndirə biləcək futbolçular olsaydı, bəlkə də nəticə qazana bilərdik. Səfərə 18 oyunçu ilə yollanmalı idik. Son anda bir futbolçumuza işdən icazə vermədilər, biri isə yeni iş tapdığından gedə bilmədi. Ehtiyat oyunçularımızın hamısı gənclər idi və bu günə kimi bizim daxili çempionatda cəmi 3-5 oyuna çıxıblar, ya yox. Ona görə də komanda fizki cəhətdən “çatdıra” bilmədi. İspanlarla keçirdiyimiz görüşdə qollar 75-ci dəqiqədən sonra vuruldu. Finlandiya komandası ilə qarşılaşmada son dəqiqələrə qədər hesab 1:1 olsa da, son saniyələrdə standart vəziyyətdən fərqlənərək, qələbə qazandılar. Yenə deyirəm, səviyyə baxımından həm ispanlardan, həm də ukraynalılardan çox geri qalırıq.
- Turnirə azarkeş marağı necə idi?
- Yüksək səviyyədə. Yerli komanda ilə ilk oyunumuz canlı yayınlansa da, tribunalarda 5 mindən çox azarkeş var idi. Ümumiyyətlə, təşkilatçılıq baxımından hər şey yüksək səviyyədə idi. Hər üç komanda “Varşava” otelində məskunlaşmışdı.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar