09 okt 14:19olke

Elvin Yunuszadənin “Ərzurumspor”a keçidi son anda alınmayıb

Elvin Yunuszadənin “Ərzurumspor”a keçidi son anda alınmayıb
“Çox güman, iki-üç günə yerli klublardan biri ilə anlaşacam”
Ötən mövsüm “Qarabağ”ın heyətində Çempionlar Liqasının qrupunda çıxış edən və növbəti dəfə ölkə çempionatında qızıl medala qovuşan Elvin Yunuszadənin futbolsuz qalması təzadlı məqamdı. Müdafiəçi avqustun əvvəlində qəzetimizə verdiyi açıqlamada karyerasını Avropada davam etdirəcəyini desə də, sonradan xəbər-ətər çıxmadı.
Düşünmək olardı ki, formada qalmaq üçün azı qış fasiləsinə qədər premyer-liqada oynayar, özünü yaxşı tərəfdən göstərər. Lakin bu da baş vermədi. Halbuki elita iştirakçılarının yarısı onu heyətində görməyi arzulayır. Elvinin gözdən uzaq düşməsi müəyyən şayiələrin gəzməsinə səbəb olub. Bəziləri Yunuszadənin futboldan doyduğunu və buna görə də başqa işlə məşğul olmaq istədiyini deyir, amma böyük əksəriyyətin fikrincə, pulu karyeradan üstün tutduğuna görə premyer-liqada az maaşa oynamaq istəmir. Ən dolğun cavabı özündən ala bilərdik. Elə bu məqsədlə təxminən iki həftədi səbəbkardan müsahibə götürmək istəsəm də, ortaya hər dəfə bir problem çıxırdı. Nəhayət, şənbə günü söhbətləşə bildik ki, Elvin bilmədiyimiz bir çox maraqlı açıqlamalarla yadda qaldı.
- Səs-sorağın gəlmir, özün də gözə dəymirsən. Haralardasan, nə işlə məşğulsan?
- Buralardayam, Bakıda. Formada qalmaq üçün fərdi məşq edirəm, dincəlirəm.
- Deyəsən, premyer-liqadakı 6-7 il səni çox yorub. İstirahətin çox uzun çəkdi.
- Yordu deməzdim. Sadəcə, belə alındı.
- Avqustun əvvəlindəki söhbətimiz zamanı ayın sonuna qədər Avropa klublarından biri ilə müqavilə bağlayacağını demişdin. Həmin söhbətin axırı necə oldu?
- Avropdan yüzdəyüzlük təklifim var idi. Danışıq aparmışdıq, böyük ölçüdə razılaşmışdıq. Qalmışdı müqavilə bağlamaq. Bu an ortaya “Ərzurumspor” variantı çıxdı. Fikirləşdim ki, superliqada oynamaq daha əlverişli olar. Hər nə qədər olmasa da, qardaş ölkədi, dilimiz, mentallığımız eynidi. Onlarla da bütün şərtləri müzakirə etmişdik. Hətta pasportumu da göndərmişdim. Bilet məsələsini həll etməliydilər ki, Türkiyəyə uçum. Hətta Şehiç də mənə yazdı ki, baş məşqçi səni soruşur, haqqında maraqlanır. Ona görə də başqa təkliflərə “yox” dedim. Tərslikdən avqustun son günündə “Ərzurumspor”a keçidim də son anda alınmadı.
- Niyə?
- Prezident son anda şərtlərdə dəyişiklik etdi deyə alınmadı. Konkret prezidentlik söhbət idi.
- Yəqin ki, maliyyə şərtlərində razılaşmamısız. Bildiyimə görə, Azərbaycan təmsilçiləri də səninlə danışıq aparıb, amma maaş az olduğuna görə “yox” demisən.
- Gizlətmirəm, yayda məni heyətində görmək istəyən komandalarımız var idi. Sadəcə, həmin vaxt qətiyyətli idim, karyeramı xaricdə davam etdirmək istəyirdim. Ona görə də yerli klubların təkliflərinə isti yanaşmırdım. Və açıq şəkildə deyirdim ki, xaricdə oynamaq istəyirəm. Maaş söhbəti də olmamışdı.
- Klubsuz qalmısan və bu da sənin ziyanına işləyir. Nə etmək fikrin var?
- Dekabra, yəni birinci dövrənin sonuna qədər burda oynamaq istəyirəm. Sağlıq olsun, qış fasiləsində yenidən legioner həyatı yaşamaq üçün əlimdən gələni edəcəm.
- Madam ki, burda oynayacaqsan, avqustun sonunda “Ərzurumspor”a keçidin baş tutmayanda səninlə maraqlanan “Keşlə”, yaxud “Sabah”dan biri ilə anlaşa bilərdin.
- O vaxt iş dolaşıq idi, seçim qarşısında qalmışdım. Bəzi ölkələr var idi ki, onlarda “transfer pəncərəsi” açıq idi. Türkiyə variantı alınmayandan sonra həmin ölkələrdən birinin təmsilçisi ilə anlaşa bilərdim.
- Belə başa düşdüm ki, qışa qədər karyeranı Azərbaycanda davam etdirmək istəyirsən.
- Bəli. Bir neçə təklif almışam, çox güman, iki-üç günə yerli klublardan biri ilə anlaşacam. Özüm də vaxt itirmək istəmirəm. Oynamaq lazımdı.
- “Sabah”la “Keşlə”lə variantları çoxdan var. Deyəsən, “Qəbələ”ylə “Zirə” də maraqlanır.
- (gülür) Bu haqda nəsə deməyim düzgün olmaz. Çünki məsələyə nöqtə qoyulmayıb. Müqavilə bağlanan kimi həmin klub xəbər yayacaq.
- Hazırda yığmada mərkəz müdafiəçisi qıtlığı müşahidə olunur. Vaxtında yerli klublardan biri ilə anlaşsaydın, indi bəlkə də Farer adaları və Malta ilə oyunlara hazırlaşırdın. Yəqin ki, peşmansan...
- Əlbəttə, yığmada çıxış etmək hamı kimi mənim üçün də fəxrdi, adamda qürur hissi yaradır. Amma indiyə qədər klubsuz qaldığıma görə peşman olduğumu deməzdim. Hər bir işdə xeyir var. Həm də qərarı özüm vermişəmsə, peşman olmağa dəyməz. Siz bir tərəfini deyirsiz, başqa tərəfi də var axı. Deyək ki, avqustun son günlərində bizimkilərdən biri ilə anlaşardım, bir neçə gündən sonra danışıq apardığım xarici klublardan biri müqavilə bağlamağa çağırardı. Məncə, ən böyük peşmanlıq bu olardı.
- Çempionat oyunlarında gözə dəymirsən. Deyəsən, stadiona getməklə aran yoxdu.
- Nadir hallarda gedirəm. Əsasən televizor qarşısında izləməyi üstün tuturam. Məncə, belədə daha effektli olur.
- Futbol oynadığın dönəmdə çempionatın səviyyəsi haqda ağızdolusu danışmağın normaldı. Çünki sən də həmin birinciliyin üzvü sayılırsan. Maraqlıdı, premyer-liqaya azarkeş kimi necə qiymət verə bilərsən? Kənardan necə görünür?
- Şəxsi fikrim belədi ki, ötən mövsümlə müqayisədə bu il çempionat daha maraqlı keçir. “Neftçi”ylə “Qarabağ”ın dartışması kənardan maraqlı görünür. Hər iki komandanın azarkeşləri çoxdu deyə, bu komandaların mübarizəsi ajiotaja səbəb olur. Düzdü, ötən mövsüm “Qəbələ” var idi. Amma bu dərəcədə rəqabət hiss olunmurdu. İnşallah, “Qəbələ” “qara zolaq”dan çıxıb özünə gəlsin, məncə, mübarizə daha da qızışacaq. Çempionluğa üç komandanın iddia etməsi premyer-liqaya rəng qatacaq.
- Amma alt pillələrdə durum o qədər də ürəkaçan deyil.
- Belə deməzdim. Əksinə, orda vəziyyət daha maraqlıdı. Məsələn, “Sabah”, “Səbail” və “Sumqayıt”ın xalı eynidi. Halbuki mövsümün əvvəlində üst pillələrdə “Zirə”ylə “Keşlə”nin olacağı təxmin edilirdi. Amma bu gün əksini görməkdəyik. Belə olması bir tərəfdən maraqlıdı. “Zirə”ylə “Keşlə” son sıralarda yer alsalar da, yaxşı heyətləri var. Bu vəziyyətdən çıxmaq üçün bacarıqlı məşqçilərə sahibdilər. Görərsiz, çempionatın gedişində bundan da maraqlı mübarizəyə şahidlik edəcəyik.
- “Neftçi”nin çempionluğa iddia etdiyini dedin. İndiki durumu görəndə futbolçu kimi yetişməyində əvəzsiz rolu olan komandaya qayıtmaq haqda düşündüyün an olub?
- Dediyim kimi, yayda bütün diqqətimi legioner həyatı yaşamağa ayırmışdım. Amma alınmadı. İndiki vəziyyətdə isə ölkə daxilindən istənilən sərfəli təklifi dəyərləndirəcəm.
- Bu sualı daha öncə verməliydim, unutdum. “Qarabağ”dan ayrılmağın kifayət qədər maraqlı oldu. Ötən mövsüm Qurban Qurbanovun əsas heyətdə yer verdiyi futbolçulardan idin, çıxışın pis alınmırdı. Yəni zəif oyuna görə kənarlaşdırılmağın inandırıcı deyil. Görünür, səbəb intizamsızlıq olub. Hər halda, yatıb qaldığına görə toplantıya gecikməyin yığmanın düşərgəsindən kənarlaşdırılmağınla nəticələnmişdi.
- Bu cür söhbətlər hardan çıxır, kim danışır, anlamıram. Çempionatın sonunda Qurban Qurbanovla oturub söhbət etdik. O da bildirdi ki, xaricdə oynamağım mümkündü və məsləhətdi. Çünki özü də bilirdi ki, belə bir istəyim var. İndiyə qədər premyer-liqada və kubokda, səhv etmirəmsə, 10 “qızıl” qazanmışam. Bu da kifayət qədər yaxşı göstəricidi. Bu qədər medal qazanmışamsa, lazım olan təcrübəni toplamışamsa, deməli, Avropaya getməyin vaxtıdı. Oyun planında da heç bir problem yox idi. Ötən mövsüm çempionatda 22 oyunu 90 dəqiqə oynamışdım. Qış fasiləsindən sonrakı 14 matçın hamısında 90 dəqiqə mübarizə aparmışdım. Çempionlar Liqasında da 3 oyun keçirmişdim. Məncə, pis göstərici deyil. Qurban müəllimə futbolçu kimi lazım olmasaydım, bu qədər şans verməzdi.
- Ona görə intizamsızlıq məsələsi ön plana çıxır.
- Söhbət hansı intizamsızlıqdan gedir axı? Yatıb qalmaq, iclasa gecikmək, məncə, intizamsızlıq deyil. Hər bir insanın başına gələ biləcək işdi. Bir var bilə-bilə edəsən, bir də var yatıb qalasan, yaxud saatın zəngini eşitməyəsən. Bunun da cəzasını almışam. Ya əvəzedici komandaya göndərilmişəm, ya pul cəriməsi kəsilib. Günahım olub, bunu da anlayışla qarşılamışam. Baş məşqçiyə, yaxud kiməsə mən tərəfdən hörmətsizlik və ya başqa nəsə olmayıb. Nə meydanda, nə də ondan kənarda. Dediyim kimi, “Qarabağ”dan ayrılmağının əsas səbəbi legioner həyatı yaşamaqla bağlı idi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar