Yazarlar
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

“Qarabağ”da heç kim yaxasını kənara çəkməsin!

Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb”

“Elxan Məmmədov kimdi, nə matahdı ki, bu qədər tənqidin qarşılığında postundan tərpənmir?”

Azərbaycan bodibildinqçiləri Buxarestə yollandı

İTV Mircavadovu çağırdı, millət Elxan Məmmədovu istədi

İdman jurnalistləri AFFA-dan ədalətsizliyə aydınlıq gətirməyi tələb edir

“İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik

Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış

Şok: “Topaz” premyer-liqaya sponsorluq etmək istəmir!

“Şüvəlan” FK bəyanat yaydı

Gerye “Qarabağ”ı aldatdı

Özünüzü dolayın, bəylər…

KİVDF yenə ədalətsiz qərar verdi

AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir?
07 okt 15:35olke
Məsut Özil BOS-da alqışlandı

"Arsenal"la oyunda anşlaq yaşanacağı gözlənilən idi. Metronun "Koroğlu" stansiyasından Olimpiya stadionuna gedən piyada yolunun hələ lap başlanğıcında bəndlər salınmışdı. Belə ki, polislər oyuna can atanları hissə-hissə buraxırdılar. Bu da basırıq yaranmaması üçün idi. Stadiona girişdə isə hər kəs ciddi yoxlamadan keçirdi. Fərqi yoxdu, jurnalist və ya azarkeş. Elə maşınları da eyni tərzdə "süzgəcdən keçirirdilər". Yeri gəlmişkən, stadionun ətrafındakı yollarda tıxac, qarışıqlıq hökm sürürdü. Bu üzdən avtomobillə gələnlərin işi daha çətin idi. Bütün bu çətinliklər fonunda kiminsə növbəti oyunda stadionun yolunu tutmaması qeyri-adi sayılmamalıdı.
Bilet axtaranlar
Hər dəfə "qara bazar"ın oyun günü peydə olduğunu qeyd edirik. Bu dəfə stadiona təxminən saatyarım öncədən yollandığımdan müşahidə aparmaq üçün vaxtım çox idi. İki dəfə qulağıma "bilet, bilet" səsi gəldi. Bunlardan birində iki yeniyetmənin əlindəki 2 bileti satmaq istədiyini gördüm. Ancaq bunu "qara bazar" kimi dəyərləndirmək olmaz. Ola bilər, özləri üçün aldığı bileti satmaq qərarına gəliblər. Əksinə, stadiona gedən yolda 4 nəfər bilet axtarırdı. Görünür, "qara bazar"ın olacağını düşünən həmin azarkeşlər bilet almağı lazım bilməyib. "Onsuz da satan olacaq" ehtimalı ilə stadiona təşrif buyuranların imdadına çatan yox idi.
Rəqib azarkeşlər
Əvvəlcədən də "Arsenal"ın dəstəksiz qalmayacağını xəbər vermişdik. İngilis fanatlar qonaqlar üçün ayrılmış sektorda öz yerlərini almışdılar. Ancaq onların sayının 700 olacağı deyilsə də, az görünürdülər. Özü də alman azarkeşlərdən fərqli olaraq "topçular"ın fanatları heç bir çılğınlıq göstərmirdi. Oyunboyu, demək olar, onların səsini eşitmədik. London klubunu dəstəkləyənlər təkcə həmin sektordakılar deyildi. Başqa yerlərdə də pərakəndə və ya 3-4 nəfər "Arsenal" formasında olan azarkeş gözə dəyirdi.
Qardaş dəstəyi
Hələ bir gün öncə Məsut Özilin "instaqram"dakı paylaşımı ölkəmizdə böyük maraqla qarşılanmışdı. Türk futbolçu Olimpiya stadionundakı şəklini paylaşaraq "Axşamınız xeyir, Bakı, Azərbaycan" yazmış, "Qarabağ"ı, Ağdamı da xüsusi vurğulamışdı. Onun bu şəklinə 700 min bəyənmə gəlmişdi. Özil meydana çıxarkən stadion canlandı. Məsut 4-cü hakimin yanına gələndən oyuna qoşulana qədər bir neçə dəfə azarkeşlərin alqışını qazandı. Hətta tribunadakılar onun adını xorla səsləndirməyi də unutmadı. Təbii, Almaniyada məlum olaylardan sonra təzyiqə məruz qalan futbolçuya bu cür yanaşma anlaşılan idi. O, rəqib komandanın heyətində çıxış etsə belə, qardaş dəstəyinə irad bildirmək yersizdi. Bir futbolçunun rəqib arenada bu cür alqışlanması özü də futbolun gözəlliklərindən biridi. Yeri gəlmişkən, oyundan sonra Özilin meydanı tərk edərkən formasını azarkeşlərdən birinə atdığını da qeyd edək.
Hər şey istənilən səviyyədə deyildi
Düzdü, "Qarabağ" hücumları artırdıqca tribunalarda da coşqu hiss olunurdu. Bu mənada xüsusən "İmarət" fəallıq göstərirdi. Lakin dəstək o qədər də yüksək səviyyədə deyildi. Xüsusən rəqibin qollarından sonra bir müddət stadiona sükut çökürdü. Halbuki həmin anda futbolçuların dəstəyə daha çox ehtiyacı olurdu. Doğrudu, azarleşləri də müəyyən mənada başa düşmək olar. Tutaq ki, komandandan qələbə gözlədiyin anda topu öz qapında görürsən. O durumdan çıxmaq vaxt tələb edir və bu zaman futbolçular dəstəksiz qalırdı. Ümumiyyətlə, belə rəqiblə dueldə tribunalardan gələn səs heyrətləndirici deyildi. Hə, stadionun akustikasının da bunda müəyyən rolu var.
Arzuolunmaz mənzərə
Oyunun sonlarında təmsilçilərimiz məğlub olarkən gördüyümüz mənzərə yenə təkrarlandı. Azarkeşlər final fitini gözləmədən tribunaları tərk etdilər. Hətta 3-cü qoldan sonra, demək olar, stadionun yarısı boşaldı. Halbuki bu cür oyunların hər bir dəqiqəsini izləmək azarkeşlər üçün maraqlı olmalıdı. Ancaq nədənsə bizdə nəticə çox şeyi dəyişir. O başqa məsələ ki, "vaxtında evimə çatım" düşüncəsi də bu məsələdə əsas səbəblərdən biridi.
Qonaqlardan əl çəkmədilər
Matçdan sonra avtobusların yanına 50-yə yaxın azarkeş yığılmışdı. Onlar "Arsenal"lılarla şəkil çəkdirmək istəyirdilər. "Qarabağ"ın mühafizəçiləri həmin fanatları ərazidən uzaqlaşdıra bilmədi. Özillə Lakazetr gələndə isə azarkeşlər onlara tərəf axışdılar. Bununla belə, "Arsenal"ın mühafizəçiləri azarkeşlərin arzusunu gözündə qoydu. Bu arada paltardəyişmə otağından ən gec çıxan Hannes Halldorsson oldu. O artıq avtobusun getdiyini görüb, təkbaşına stadionu tərk etmək məcburiyyətində qaldı.
FARİZ
Şərh yaz