05 okt 20:54olke

Qurbanov: “Azarkeşlər möhtəşəm idi”

Qurbanov: “Azarkeşlər möhtəşəm idi”
Oyun başa çatandan sonra hər iki komandanın baş məşqçinin iştirakı ilə ənənəvi mətbuat konfransı keçirildi. Öncə media nümayəndələrinin qarşısına "Arsenal"ın çalışdırıcısı Unay Emeri çıxdı. İspan mütəxəssis birbaşa suallara cavab vermək istədiyini bildirdi.
- Bu oyunda çox böyük çətinliklə üzləşdiz. Qələbə qazandığınıza görə özünüzü xoşbəxt sayırsız?
- Çətin oyun oldu. Bizim üçün hər matç önəmlidi. Bu gün çox güclü rəqiblə səfərdə qarşılaşdıq. “Qarabağ” iddialı komandadı. Bu gün çox əziyyət çəkdik. Amma yekunda lazım olan nəticəni qazana bildik.
- Smiti əvəzlədikdən sonra ona nə dediz?
- Hər oyunçu hiss etməlidi ki, ona şans verilir. Xüsusən də akademiyanın yetirmələri. Smit həftə ərzində yaxşı hazırlaşmışdı. Oyundan sonra ona dedim ki, daha cəsarətli oynasaydı, epizodların birində qol vəziyyəti yarada bilərdi.
- Bu gün onu hansı keyfiyyətlərinə görə ilk dəqiqələrdən meydana buraxdız?
- Həm hücumda, həm də hücuma keçid fazasında özünü yaxşı tərəfdən göstərə bilir. Sağ ayağından yaxşı istifadə edir. Ən çox da məşqdə tapşırıqlarıma diqqətlə qulaq asır. Hər matça belə yanaşsa, mənim üçün çox yaxşı olar.
- “Qarabağ” sizi nə ilə təəccübləndirdi?
- Fərqli oyunlarını təhlil etmişdik. Həm avrokubokda, həm də daxili çempionatda. “Sportinq” və “Şerif”lə matçlarını izləmişdik. “Sportinq”lə qarşılaşmanı ən yüksək formada keçirmişdilər. “Atletiko” ilə görüşlər də yadımızdadı. Biz də çalışdıq ki, onlar yüksək keyfiyyətlərindən yararlana bilməsinlər.
- Monrealın əvəzlənməsi zədə ilə bağlı idi və Obameyanqın durumu nə yerdədi?
- Monreal taktiki dəyişiklik idi. Obameyanqın durumu isə hələ bəlli deyil. Həftəsonu çempionat oyunumuz var. Bütün futbolçularımızı həmin görüşə hazır etməyə çalışacağıq. Qonaqların baş məşqçisinin ardından konfrans salonuna "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov daxil oldu. 46 yaşlı mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşdü.
- Bəli, məğlub olduq. Dünəndən bu oyun barədə futbolçularla çox danışırdıq. İstəyimiz rəqibdən çəkinmədən yaxşı oyun göstərmək idi. Bunu bacardıq. Amma qol epizodlarında rəqib ustalıq cəhətdən bizi üstələdi. Azarkeşlər möhtəşəm idi. Böyümək üçün bəzən belə böyükhesablı məğlubiyyətlər lazım olur. Qalib gəlmək üçün də qol vəziyyəti yaratmağı bacarmalısan. Bu gün ustalıq çatmadı ki, qol imkanlarından maksimum yararlanaq. Hər birimiz üçün maraqlı oyun və böyük təcrübə oldu.
- İlk dəfə “Qarabağ”ı bu qədər pressinq edən gördük. Bu əvvəlcədən düşünülmüş addım idi, yoxsa oyunun gedişində buna qərar verdiz?
- Bəli, düşünülmüş addım idi. Emerinin komandasını nə zaman üçlü müdafiə ilə oynatdığı yadıma gəlmir. Fərqli formada hazırlaşmışdıq. Amma oyun ərəfəsində rəqibin start heyətinə diqqət yetirdikdə dəyişikliyin olduğunu gördük. Buna baxmayaraq, taktiki baxımdan dəyişiklik etməyə qərar verdik. Rəqibi öz cərimə meydanında qarşılamağı lazım bildik. Kimlər üçünsə gözlənilməz olsa da, futbolçular üçün tanış sistem idi. Oyunçular verdiyim tapşırıqları düzgün yerinə yetirdilər.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar