05 okt 20:51olke

“Qarabağ” oynadı, “Arsenal” qolları sıraladı

“Qarabağ” oynadı, “Arsenal” qolları sıraladı
Avropa Liqası
Qrup mərhələsi, 2-ci tur
Qarabağ – Arsenal (İngiltərə) 0:3 (0:1)
13. Vaqner da Silva
25. Ansi Aqolli
52. Yakub Jezniçak
55. Bədavi Hüseynov
5. Maksim Medvedev (k)
2. Qara Qarayev
(6. Simeon Slavçev, 84)
8. Miçel
17. Abdulla Zubir
19. Filip Ozobiç
(9. Araz Abdullayev, 67)
11. Mahir Mədətov
(28. Con Delarj, 61)
7. İnnosent Emeqara
Ehtiyat oyunçular
1. Hannes Halldorsson
4. Rahil Məmmədov
30. Abbas Hüseynov
91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov

19. Bernd Leno
31. Sead Kolaşinats
18. Naço Monreal (k)
(11. Lukas Torreyra, 46)
5. Sokratis Papastatopulos
16. Rob Holdinq
12. Ştefan Lixtştayner
4. Məhəmməd Elneni
29. Metteo Qenduzi
17. Aleks İvobi
(9. Aleksandr Lakazett, 71)
55. Emil Smit-Rou
(10. Məsut Özil, 65)
23. Danni Uelbek
Ehtiyat oyunçular
26. Emiliano Martines
2. Eektor Belyerin
20. Şkodran Mustafi
34. Qranit Caka
Baş məşqçi: Unay Emeri
Qollar: S.Papastatopulos, 4 (0:1). E.Smit-Rou, 53 (0:2). M.Qenduzi, 80 (0:3).
Vərəqlər: M.Medvedev, 33. R.Holdinq, 43 – sarı.
Hakimlər: DAVİDE MASSA, Filippo Meli, Alessandro Kostanso, Fabiano Preti, Daniele Doveri, Mixael Fabbri (hamısı İtaliya).
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya).
UEFA nümayəndəsi: İştvan Huşar (Macarıstan).
4 oktyabr. Bakı. Olimpiya stadionu. 63412 tamaşaçı (68700 yerlik)
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
12 (4) qapıya (“çərçivə”yə zərbə) 13 (4)
9 qayda pozuntusu 9
1 vərəqə (qırmızı) 1
6 korner 4
6 ofsayd 1
Dünən Avropa Liqasında qrup mərhələsi çərçivəsində 2-ci turun görüşləri keçirildi ki, qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən “Qarabağ” da növbəti oyununa çıxdı. E qrupunda mübarizəyə “Sportinq”lə səfərdə keçirdiyi oyunla start verən Qurban Qurbanovun komandası bu dəfə evdə İngiltərə nəhənglərindən “Arsenal”ı sınağa çəkdi. Təkcə qrupun yox, turnirin əsas favoriti olan London təmsilçisi ilə Bakı Olimpiya Stadionundakı görüş anşlaqla baş tutdu. Ardıcıl 5-ci dəfə qrupa düşən Qurban Qurbanovun yetirmələrinin oyununa maraq bir yana, rəqibin adı da azarkeşləri cəlb edirdi.
Sözsüz, ağdamlıların adlı-sanlı rəqibi büdrətməsi inandırıcı görünmürdü. “Arsenal” Bakıya 7 oyunluq qələbə seriyası ilə gəlmişdi. Bu azmış kimi, azarkeşlərini sensasiya ilə sevindirmək arzusunda olan çempion “topçular”la oyuna da itkilərlə çıxdı. Bu mənada Vild-Donald Geryenin yoxluğu xüsusi qeyd olunmalıdı. İndiyədək İngiltərə klublarından xal ala bilməyən “Qarabağ” üçün matç tarixi əhəmiyyət kəsb edirdi. Belə ki, ağdamlılar avrokuboklarda 100-cü, evdə 50-ci sınağına çıxmışdı.
Təəssüf ki, təmsilçimiz “Arsenal”ın erkən qol həvəsini “qursağında qoya” bilmədi. Hərçənd 3-cü dəqiqədə rəqibin bir həmləsini önləməyi bacarmışdıq. Monreal Maksimi keçib qapı qarşısına paralel ötürmə etsə də, Vaqnerin toxunuşu təhlükənin böyüməsinə imkan vermədi. Bununla belə, “Arsenal” künc zərbəsindən sonra hesabı açdı. Monrealın ötürməsindən sonra Papastatopulos “Qarabağ”ı meydanın mərkəzinə dəvət etdi. Ancaq start həyəcanı keçdikcə Qurban Qurbanovun yetirmələri Unay Emerinin komandasını tez-tez narahat etməyə başladı. 9-cu dəqiqədə Emeqara Ozobiçin ötürməsindən sonra rəqib meydanına şığısa da, “Arsenal”ın müdafiəsi etibarlı oynadı. 16-cı dəqiqədə əks-hücumda ingilisləri cəzalandıra bilərdik. Ansi ilə Zubirin paslaşmasından sonra sonuncu nə qapını nişan ala bildi, nə də dəqiq ötürmə verdi. İki dəqiqə sonra Smit-Rou çoxgedişli kombinasiyanı dəyərləndirə bilmədi. Kolaşinatsın ötürməsi sürətli alındığından, gənc forvard topa yetişmədi.
27-ci dəqiqədə “Qarabağ” yüzfaizlik imkanı əldən verdi. Əla təşkil olunan hücumdan sonra Mahir iki gözəl hərəkətin ardından cərimə meydançasında qapıya zərbə endirdi. Onun sol ayaqla vuruşunu Leno cəld reaksiya ilə zərərsizləşdirməyi bacardı. Bir dəqiqə sonra Mədətov yenidən diqqət mərkəzinə düşdü. Zubirin uzaq dirəyin önünə havalandırdığı topu Mahir yıxılaraq tora qovuşdurmaq istəsə də, hədəfə düşə bilmədi. Bu epizodda yan xətt hakimi də ofsayd işarə etmişdi.
39-cu dəqiqədə “Qarabağ” daha bir inanılmaz imkanı boşa verdi. Daha doğrusu, zədəli Petr Çexin yoxluğunda “çərçivə”yə keçən Leno “Arsenal”ı yüzfaizlik qoldan xilas etdi. Əvvəlcə Aqollinin zərbəsi alınmadı, ancaq rəqib təhlükəni uzaqlaşdıra bilmədi və top Ozobiçin qarşısına düşdü. Onun qüvvətli zərbəsini Leno dəf etməyi bacardı. Start həyəcanını nəzərə almasaq, “Arsenal”dan daha inamlı görünən “Qarabağ” fasilə ərəfəsində “status-kvo”nu bərpa edə bilərdi. Belə ki, 43-cü dəqiqədə Qaranın ideal ötürməsini rəqibin cərimə meydançasında sinəsi ilə saxlayıb zərbə endirən Maksim toru yandan silkələdi.
“Qarabağ” ikinci hissəyə qolla başladı. 48-ci dəqiqədə Emeqaranın ara ötürməsindən sonra Mahir qapıçıyla təkbətək çıxıb topu tora qovuşdursa da, yan xətt hakimi haqlı olaraq ofsayd bayrağını qaldırdı. Beləliklə, qol qeydə alınmadı. Fasilədən sonra inamlı çıxışını davam etdirən “Qarabağ” 50-ci dəqiqədə qol vurmağa borclu idi. Ancaq Zubirin mükəmməl ötürməsindən sonra qapıçı ilə növbəti dəfə üzbəüz qalan Mahir topu saxlaya bilmədi. Bir qədər sonra “vurmayana vurarlar” prinsipi işə düşdü. 53-cü dəqiqədə müdafiəmiz azlıqda yaxalandı. İvobinin ötürməsindən sonra qapıçı ilə üzbəüz qalan Smit-Rou topu onun qoltuğunun altından tora qovuşdurdu.
Həm özü oynayan, həm də rəqibin oynamasına imkan yaradan “Arsenal”ı bir saatın tamamında meydanın mərkəzinə dəvət etmək olardı. Ozobiçin cərimə meydançasına asmasını Jezniçak Emeqaranın önünə atdı. Ofsayd olmadığını görən hücumçunun qapıçının yanından atmaq istədiyi top son anda Lenonu “sığortalayan” Papastatopulosun ayağından geri döndü.
Qurbanovun əvəzetmələri də işə yaramadı. Mahiri əvəzləyən Delarj və Ozobiçin yerinə meydana çıxan Araz oyunu gücləndirə bilmədi. Əksinə, 3-cü qol məhz Delarjın səhvindən sonra vuruldu. Onun ünvansız ötürməsini ələ keçirən londonlular 80-ci dəqiqədə əks-hücum təşkil etdilər və hesabı darmadağın həddinə çatdırdılar. Hərçənd 85-ci dəqiqədə “Qarabağ” qrupda qol hesabını aça bilərdi. Zubirin uzaqdan zərbəsindən sonra Leno topu əla reaksiya ilə tirin üstündən aşıra bildi. Beləliklə, “Qarabağ” ilk iki oyunu xal bir yana, qol belə vura bilmədən başa vurdu. Amma insafən, adlı-sanlı rəqibinin qapısı qarşısında bir neçə dəfə qol imkanı əldə edən təmsilçimiz cəsarətinə görə alqışlanmalıdı. Məsələ ustalıqda, səviyyə fərqindədi...
MİRAĞA

Reaksiyalar
Tahir Gözəl: “Qarabağ” bu gün Azərbaycanın və klubun adına layiq oyun sərgilədi. Fikrimcə, yekun nəticə oyunun gedişatını əks etdirmədi. Komandamızın möhtəşəm oynadığını düşünürəm. Bu gün “Qarabağ” öz çıxışı ilə həm “Arsenal”ın, həm də bu oyunu izləyən azarkeşlərin rəğbətini qazandı. Bu gün çatışmayan nəticə oldu. Rəqibin adını da unutmayaq. Məqsədimiz Qarabağ adını dünyaya eşitdirməkdi. Buna nail olmaqda davam edirik. Bu cür möhtəşəm stadionda dünyanın adlı-sanlı komandalarını qonaq edirik. Azərbaycana gəlişimin səbəbi tək bu oyun deyildi. Onsuz da ayın 15 gününü burda oluram. İşlərlə bağlı gəlib-gedirəm. Bu oyunun heç vaxt unudulmayacağını düşünürəm. Xüsusilə də birinci hissə əla idi. Daha səviyyəli futbolçular almaq? Bilirsiz, “Qarabağ”ın gəlirləri çox məhduddu. Gəlirlərin 90 faizi, bəlkə də daha artığı bir sponsorun üzərindədi. Əlavə gəlirlərimiz demək olar ki, yoxdu. Azarkeşlərimizin çoxu qaçqınlardı. Baxın, bu gün stadion tam doldu. Xərcləri çıxanda, yerdə 300-350 min manat qaldı, ya yox. Heç bir futbolçunun maaşı eləmir. Ona görə də bu gün əlimizdəki imkanlarla maksimumu etməyə çalışırıq. Qarşımızdakı klubların yarım milyard büdcəsi var. Biz onlara heç vaxt çata bilməyəcəyik. Hədəfimiz sırf olaraq bu rəqibləri udmaq deyil. Əsas məqsəd Azərbaycan ruhunu, müstəqilliyini, mübarizə əzmini və ən əsası, Qarabağ həqiqətlərini dünyaya tanıtdırmaqdı. Sizi inandırım ki, bizi alqışlayırlar. O vaxt çexiyalı hakim qolumuzu qeydə almayanda, italyan jurnalistlər həqiqəti yazıb bizi dəstəkləyirdi”.
Rəşad Sadıqov: “Tahir bəyin dedikləri ilə tək mən yox, futbolu az da olsa anlayan hər kəs razılaşar. Bəli, mən də o fikirdəyəm ki, hesab oyuna görə olmadı. Çoxsaylı qol imkanlarımız oldu. Beynəlxalq görüşlər bir tərəfə, bəlkə öz çempionatımızda belə bu qədər qol fürsəti yaxalamırıq. Son zərbə, son ötürmə - bunlar çatmırdı. Bunu ustalıq səviyyəsi ilə bağlamaq olar. Elə epizod var idi ki, topu saxlayıb, üç metrdən qol vurmaq lazım idi. O cür adi epizodlarda həyəcanlanıb topu istədiyimiz kimi ram edə bilmirdik. Bu oyun qorxulu yuxu kimi keçdi. Üçüncü qola qədər pis oynamırdıq. Ondan sonra rəqibə boşluqlar verməyə başladıq. Kənarda olsam da, matçı sakit izləyirdim. İlk hissədə bir-iki vəziyyəti boşa verəndən sonra içimdəki hiss yaxşı nəticə ilə ayrıla bilməyəcəyimizi deyirdi. Bu cür rəqiblərlə görüşlərdə qol şanslarını boşa verirsənsə, yaxşı mənada nəyəsə ümid etmək çətin olur. Azarkeşlər sağ olsunlar. Gəldilər, dəstək verdilər. Bu gün möhtəşəm idilər. Onları sevindirmək istəyirdik. Alınmadı”.
Ansi Aqolli: “Nəticəni kənara qoysaq, pis oyun olmadı. “Arsenal” kimi güclü rəqibə qarşı ən yaxşı oyunlarımızdan birini sərgilədik. Şansları dəyərləndirə bilsəydik, hər şey başqa cür ola bilərdi. Bu cür oyunlarda təcrübə sözünü deyir. Təbii, bizim də güclü futbolçularımız var. Məhz buna görə də rəqibdən aşkar geri qalmırdıq. Sadəcə, qol vəziyyətlərində təcrübə sözünü deyir. Xal qazanmağa nə çatmadı? Təbii ki, lazım olan qol”.
Qara Qarayev: “Hər şeydən əvvəl siz jurnalistlərə və bu gün stadionu dolduran azarkeşlərə minnətdarlığımı bildirirəm. Sizin sayənizdə oyuna olan maraq artdı və yekunda tərəfdarlar bu cür möhtəşəm ab-hava yaratdılar. Məncə, pis oynamadıq. Elə indicə öyrəndim ki, statistik göstəricilərdə “Arsenal”dan heç də geri qalmamışıq. İlk yarıda Maksimlə Mahirin, həmçinin Filipin, fasilədən sonra Emeqara ilə Mahirin qol şansları olsa da, qol vura bilərdik. Qol vura bilsəydik, bəlkə də hər şey fərqli olacaqdı. O səviyyəyə çatmaq üçün dayanmamalıyıq, daim işləməliyik. İnşallah, növbəti görüşlərdə istədiyimiz qolları vurarıq. Miçelin oyununun alınmadığını deməzdim. Rəqib hücumlarını cinahlardan qururdu ki, belədə asmalardan istifadə edirdi. Xüsusən ilk yarıda bu taktikadan yararlanırdılar. Belədə Miçellə mənim üzərimə “qara iş” çox düşürdü. Qurban Qurbanov oyundan əvvəl “heç nə yoxdu, rahat olun, azarkeşlərə maraqlı oyun göstərin” deyib dəstəkləmişdi. Oyundan sonra da təşəkkürünü bildirdi, təbrik etdi. Amma bəzən mübarizə əzmi qələbə qazanmağa kifayət etmir. “Arsenal” da elə-belə komanda deyil. “Arsenal”la “Sportinq”dən 6 xal geri qalmaq böyük fərqdi. Buna baxmayaraq, dayanmaq olmaz. Son oyuna qədər döyüşməliyik”.
Maksim Medvedev: “Bu gün rəqibdən çəkinmədik. Öz oyunumuzu sərgiləməyə çalışırdıq. Hücum qurmaq, qol vurmaq üçün əlimizdən gələni etməyə çalışırdıq. Bunun sayəsində çox sayda qol fürsəti yaxaladıq. “Arsenal” kimi komandaya qarşı bu cür oynamaq hər komandanın işi deyil. Vacib olan o idi ki, rəqibin adından qorxmadıq. Halbuki bizimlə müqayisədə başqa səviyyədə komandadı. Uduzmağımıza baxmayaraq, ruhdan düşmürük, irəli boylanırıq. Nəticə o qədər də vacib deyil. Əsas odu, “Arsenal”ı Bakıya gətirib, o cür futbolçuların azarkeşlər qarşısında oynamasına imkan yaratdıq. İlk qol kuryoz alındı. O futbolçu özü də bilmədi ki, top harasına dəyib qapıdan keçdi. Diqqətsizliyə yol verdik. İvobini saxlamaqda çətinlik çəkdiyimi deməzdim. Sadəcə, fərdi ustalığı ilə seçilən oyunçudu. Həm də hücuma da dəstək verməyə çalışırdım deyə, bəzən cinahımda boşluqlar olurdu, güc itirirdim. O ki qaldı azarkeşlərin Mahiri fitə basmasına, bunu normal qarşılamıram. Mahir gənc futbolçudu, indidən bu cür təzyiq etsələr, gələcəkdə bacarığını ortaya qoya bilməyəcək. Əksinə, ona dəstək vermək lazımdı. Biz təcrübəli futbolçular bu cür rəqiblərlə oynayanda az da olsa həyəcanlanırıqsa, 21 yaşlı futbolçuda həyəcanın olması normaldı. Məsutun alqışlanması isə normaldı. Böyük futbolçudu və çox sayda azarkeşləri var. Türk olması da müəyyən rol oynayır. Futbolkamı öz azarkeşlərimizə verdim. “Arsenal”ın futbolçularından heç kimdən forma almadım. Belə şeydən uzaq dururam”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar