05 okt 20:34olke

“Pele” özünü “Qəbələ”də daha yaxşı hiss edir

“Pele” özünü “Qəbələ”də daha yaxşı hiss edir
“Bizimkilərin yaşları artsa da, “uşaqlıq çuxası”ndan çıxa bilmirlər”
“Qəbələ”nin Futbol Akademiyası 10 ildən artıqdı ki, fəaliyyət göstərir. Bu illər ərzində akademiyada karyerasını başa vuran bir çox tanınmış futboçular məşqçilikdə ilk addımlarını atıblar. Onların bəziləri sonradan müxtəlif klublara və ya yığmalara üz tutsalar da, aralarında bu gün də “Qəbələ”də çalışanları var. Namiq Əliyev də məhz belələrindəndi. 2009-2011 aralığında futbolçu kimi “qırmızı-qaralar”ın uğurları üçün tər tökən “Pele” ləqəbli yarımmüdafiəçi 2013-cü ildən şimallıların aşağı yaş qruplarını çalışdırır. Ötən mövsüm akademiyanın U-13, bir il əvvəl isə U-12 komandasını ölkə çempionu etməyi bacaran 38 yaşlı mütəxəssis 2018/19 “futbol ili”ndən yenidən U-13–ün “sükanı arxasındadı”.
Namiq bəylə görüşümüz 13 yaşlıların məşqindən sonra baş tutdu. Bir saat ərzində futbolun incəliklərini yetirmələrinə başa salmağa çalışan “Pele” bəzən özü də onlara qoşulub topla keçidlər edir, qapıya zərbələr endirirdi. Hiss olunurdu ki, bəzi həmkarları kimi məşqi “yola vermir”, əksinə can-başla çalışır, uşaqlara gələcəkdə tanınmış futbolçu olmağın yollarını başa salır. Onunla söhbətə də elə bu mövzudan başladıq.
- Məşqinizi izlədim. Çox böyük həvəslə çalışırsız...
- Bu peşəni seçmişiksə, işimizi vicdanla yerinə yetirmək borcumuzdu. Başqa cür ola da bilməz. 12-13 yaş elə dövrdü ki, uşağa bütün xırdalıqları başa salmaq lazımdı. Topla düzgün rəftar, topu saxlamaq və ötürmə vermək, zərbə texnikası – hamısı bu yaş dövründə onlara aşılanmalıdı. Fiziki və taktiki hazırlıq yönündə çatışmazlığı yaş ötdükcə artırmaq olar.
- “Qəbələ”nin aşağı yaş qrupları ilə artıq iki dəfə ölkə çempionu olmusuz. Adətən uğur qazanan məşqçiyə növbət mövsümdə daha yuxarı yaş qruplarını çalışdırmaq həvalə olunur. Ancaq siz, kobud səslənsə də, “yerinizdə sayırsız”...
- Əvvəlcə onu bildirim ki, bizim akademiyada əsas məqsəd çempion olmaq yox, futbolçu yetişdirməkdi. Əsas komandadan başqa heç bir yaş qrupundan nəticə tələb olunmur. İşimizi də bunun üzərində qurmuşuq. O ki qaldı yenidən U-13-ü çalışdırmağıma, bu rəhbərliyin qərarıdı və ona hörmətlə yanaşıram. Yuxarıda vurğuladığım kimi, uşaqlarla çalışmaq daha çətin və məsuliyyətli işdi, nəinki yuxarı yaş qruplarında.
- “Qəbələ” ilə dəfələrlə beynəlxalq turnirlərdə iştirak etmisiz. Bizim futbolçularla avropalı həmyaşıdları arasında hansı fərqi hiss etmisiz?
- Demək olar ki, böyük fərq yoxdu. Sizə bir nümunə göstərim: bu il İtaliyada təşkil olunan turnirdə iştirak etmişik. Yarışa Avropanın müxtəlif ölkələrini təmsil edən 32 komanda qatılmışdı. Sonda 4-cü pilləni tutsaq da, ən azı bürünc mükafatçı ola bilərdik. Sadəcə, təşkilatçılar və hakimlər bizə qarşı haqsızlıq etdilər. Həmin yarışda “Qəbələ”nin U-13 komandası avroplaı həmyaşıdlarından heç də pis təsir bağışlamadı. Əksinə, bir çoxlarından üstün idik.
- Çox maraqlıdı, sizə qarşı niyə haqsızlıq etsinlər ki?
- Açığı, turnirdən sonra bu haqda çox düşündüm. Sonda belə qərar gəldim – bu mənim subyektiv fikrimdi – təşkilatçılar Azərbaycandan gələn, qitədə çoxlarının tanımadığı komandanın ilk “üçlük”də yer almasını qəbul edə bilməzdilər. “Udineze”, “Uimbldon”, “Hayduk”, “Bolonya”, “Srvena Zvezda” kimi köklü klubların arasında “Qəbələ”nin mükafatçılar sırasına düşməsi turnirin imicinə xələl gətirə bilərdi. Onu da xatırladım ki, sözügedən yarış artıq 20 ildi keçirilir və hər dəfə də çox tanınmış klublar orda iştirak edir.
- 13 yaşlı uşaqlarımız Avropadakı həmyaşıdları ilə başabaş mübarizə aparır. Ancaq nədənsə böyük futbola keçid ərəfəsində bunun tam əksini görürük. U-17, U-19, U-21 yığmalarımız, adətən, böyükhesablı məğlubiyyətlərlə bizi məyus edir. Nədi bunun səbəbi?
- Səbəblər çoxdu. Ancaq ən başlıcası mentallıqla bağlıdı. Bizimkilərin yaşları artsa da, “uşaqlıq çuxası”ndan çıxa bilmirlər. Baxırsan ki, 18 yaşı olur, ancaq hələ də özünü 15 yaşlı kimi aparır. Daha başa düşmürlər ki, 15 yaşdan fərqli, 18-19 yaşda başqa rejim gözləməlidilər, “artırmaq” üçün daha çox məşq etməlidilər. Saatyarımlıq məşq prosesi ilə inkişaf etmək qeyr-mümkündü.
- Siz də o yaşda elə olmusuz?
- Biz indikilərdən daha məsuliyyətli idik. 80-cı ildə doğulanlardan qurulmuş yığmanın nəticələrinə diqqət yetirin. Bizim U-18 komandamız İtaliya ilə səfərdə heç-heçə etmişdi. Uelsi öz meydanında yenmişdik. Bu günə kimi yalnız bizim şərəfini qoruduğumuz yığma Türkiyəni doğma azarkeşləri qarşısında udub. İtaliya ilə oyundan sonra 6-7 futbolçuya bu ölkənin aparıcı klublarından təklif gəlmişdi. Ancaq rəhmətlik Fuad Musayev qarşı tərəfdən elə transfer pulu istədi ki, hamısı geri çəkildi. İtalyanlar bizi hazır futbolçu kimi yox, istedadı olan, perspektiv vəd edən xam material kimi əldə etmək istəyirdi. İndi də dünyanın aparıcı klublarının skautları hər tərəfi dolaşır, istedadlı uşaq və gəncləri aşağı yaş qruplarına dəvət edir. Təbii ki, həmin gənclərin transferinə simvolik məbləğ ödənilir. Musayev isə bizi dünya ulduzlarının qiymətinə satmaq istəyirdi. Fərhad Vəliyev, Emin İmaməliyev, Sənan Qurbanov, Aftandil Hacıyev, Ayxan Abbasov həmin yığmanın üzvləri idi. Əksəriyyəti də bu gün müxtəlif klublarda məşqçi kimi çalışır.
- Sumqayıtda yaşasaz da, “Qəbələ”də çalışırsız. Doğma şəhərin təmsilçisindən iş təklifi almadığınıza görə evdən uzaq düşmüsüz, yoxsa özünüz belə seçim etmisiz?
- Eyni vaxtda həm “Sumqayıt”dan, həm də “Qəbələ”dən iş təklifi almışdım. Ancaq seçim zamanı “qırmızı-qaralar”a üstünlük verdim. Çünki futbolçu kimi bu klubun şərəfini qoruduğumdan yerli əhali xətrimi çox istəyirdi. Bundan başqa “Qəbələ” rəhbərliyi daim uşaq futboluna xüsusi diqqət ayırıb, gənc və yeniyetmələrin inkişaf etməsi üçün əla şərait yaradıb. Sumqayıt doğma şəhərimdi. Lakin bu gün üçün “Qəbələ”də özümü daha yaxşı hiss edirəm.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar