05 okt 23:30olke

Şemonayevlə Zərgərov karyerasını bitirdi, başqaları Region Liqasındadı

Şemonayevlə Zərgərov karyerasını bitirdi, başqaları  Region Liqasındadı
Premyer-liqa klub sayının 12-dən 10-a, indi isə 8-ə qədər enməsi bir çox futbolçuların işini çətinə salıb. Bu azmış kimi, birinci divizionda da limit tətbiq olundu ki, əsas heyətdə yalnız 4 təcrübəli futbolçunun xidmətindən istifadə etmək mümkündü. Belədə uzun illərdi premyer-liqada görməyə alışdığımız neçə-neçə futbolçu klubsuz, başqa cür desək, işsiz qalıb.
Elita təmsilçiləri əsasən legionerlərə və əsasən millidə çıxış edən və namizəd göstərilən yerlilərə bel bağlayır. Ona görə də yaşı 30-u haqlamış təcrübəlilərin çoxu kənarda qalmaq məcburiyyətindədi. Birinci divizionda vəziyyət isə acınacaqlıdı. Əsasən əvəzedicilərdən ibarət olan liqada aylıq əməkhaqqı olduqca aşağıdı. Məsələn, vaxtilə onminlər, yüzminlər qazanan futbolçulardan hansısa birinin 500-800 manat qarşılığında top qovacağı inandırıcı deyildi. Futbolsuz qaldılar, amma həmin pula görə canlarını meydanda qoymağa razılıq vermədilər.
Hər iki çempionatın qızğın vaxtı olmasına baxmayaraq, xeyli sayda təcrübəli futbolçu kənarda qalıb. Premyer-liqadan təklif olmasa da, böyük əksəriyyəti futbol oynamaq istəyir. Maraqlıdı, onlar gələcəkləri haqda nə düşünür? Qışa qədər formada qalmaq üçün Region Liqasında, yaxud hansısa başqa yarışlarda iştirak etmək niyyətləri var?
Samir Zərgərov: “Karyeramı bitirmək qərarına gəldim. Premyer-liqadan dəvət olsaydı, oynayacaqdım. Birinci divizionda isə alınmır. Orda verilən maaşla nə ailə saxlamaq olur, nə dolanmaq. Cavanlar üçün sərfəli ola bilər, amma təcrübəlilərə sərf etmir. Baxdım ki, karyeramı başa vursam, yaxşıdı. Bir müddət şəxsi işlərimə və istirahətə vaxt ayıracam. Sonra görək nə olur. Yəqin ki, məşqçi kurslarına yazılaram”.
Aleksandr Şemonayev: “Zədəmi sağaltmışdım, futbol oynamaq istəyirdim. Fərdi məşqlər edir, uşaqlarla futbol oynayırdım ki, formada qalım. Amma premyer-liqadan təklif olmadı. Birinci divizionda oynamaq isə sərf etmir. Ona görə də futbolçu karyeramı bitirib başqa işlə məşğul olmaq qərarına gəldim. Gələcəkdə nə olacağını hələ bilmirəm”.
Tural Cəlilov: “Region Liqasında mübarizə aparan Qusar “Şahdağ”ına razılıq vermişəm. Qışa qədər futbolsuz qalmamaq üçün orda oynayacam. Sonrasına baxarıq. Baxıram ki, digər komandalarda da təcrübəlilər var. Məncə, budəfəki Region Liqası maraqlı olacaq. Açığı, premyer-liqadan təklif olmadı, birinci divizionda da oynamaq istəmədim. Elə maaş verirlər ki, həmin pula Bakıda yaşamağa dəymir. Özüm Xaçmazdanam, Qusara gedib-gəlmək mənə rahatdı. Həftədə iki dəfə məşq olacaq, bir dəfə də oyun. Qışa qədər gözləyəcəm, hansısa yenilik olmasa, çox güman, mən də karyeramı başa vuracam”.
Maraq üçün qeyd edək ki, vaxtilə premyer-liqa təmsilçilərinin heyətində görməyə alışdığımız Vüqar Nadirov, Ceyhun Cavadov, Kamran Abdullazadə ən azı qışa qədər Region Liqasında mübarizə aparacaq “Baku City”nin uğurları üçün tər tökəcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib Bu gün, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” Bu gün, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək Bu gün, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür Bu gün, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda Bu gün, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq Bu gün, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq Bu gün, 17:22 Yurçeviç hesabat verib? Bu gün, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” Bu gün, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun Dünən, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır Dünən, 15:40 “Səbail” bu gün yola düşür Dünən, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq Dünən, 15:33 Gerye “Qarabağ”ı aldatdı Dünən, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq Dünən, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? Dünən, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist Dünən, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı Dünən, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi Dünən, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi Dünən, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı Dünən, 15:14 “Zirə”dən növbəti transferlər Dünən, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir Dünən, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü Dünən, 10:06 Həftənin idman proqramı Dünən, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi Dünən, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı Dünən, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq Dünən, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü Dünən, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı Dünən, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü Dünən, 09:43 Yığmanın heyəti açıqlandı Dünən, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi 13-07-2019, 15:20 “İmarət”dən “Forza Neftçi”nin Moldova səfərinə atmaca 13-07-2019, 15:16 Rəmiş Malıyev “Keşlə”dən və futboldan getdi 13-07-2019, 15:09 “Forza Neftçi” Kişinyovda da tribunaya fişəng keçirdi 13-07-2019, 15:01 “Neftçi” mərhələnin taleyini Kişinyovda həll etdi 13-07-2019, 14:56 “Sperantsa”nın baş məşqçisi boşboğazlıq etdi 13-07-2019, 13:17 “Qəbələ”nin gücü bir hissəyə çatdı 13-07-2019, 13:15 Region Liqasının mükafatçısı üçün tədbir 13-07-2019, 13:09 Aftandil Hacıyev: “Əlbəttə, çalışacağıq, amma çox çətin görünür” Bütün xəbərlər
Ən çox oxunanlar