03 okt 19:13olke

“Malta ilə oyunun iştirak ərizəsində yer almamağım mənim üçün xəbərdarlıqdı”

 “Malta ilə oyunun iştirak ərizəsində yer almamağım mənim üçün xəbərdarlıqdı”
Ruslan Qurbanov söz verdi
“Procter & Gamble” şirkəti ilə AFFA arasında tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimində iştirak edən yığma üzvü Ruslan Qurbanov bu şirkətin ən məşhur məhsul çeşidlərindən olan "Gillette"in reklam çarxına çəkilib. Qurbanov jurnalistlərin suallarını cavablayarkən həm bununla bağlı təəssüratını bölüşdü, həm də yığma və "Səbail"dəkı durumuna toxundu.
- Adətən, məşhur brendlərin reklam çarxlarında dünya ulduzlarını görürük. "Gillette"in reklam çarxına çəkilən, bugünkü tədbirdə iştirak edən Ruslan Qurbanov təəssüratını necə bölüşərdi?
- Sözsüz, çox xoş hisslərdi. Açığı, məni reklam çarxına çəkilməyə dəvət edəndə, ilk olaraq təəccübləndim. Xahiş etdilər ki, belə bir reklam çarxı var, orda çəkilərdin. Əlbəttə, imtina etmədim. "Gillette" və onu istehsal edən “Procter&Gamble” şirkətinə, AFFA-ya minnətdaram. Onları əməkdaşlıq münasibətilə təbrik edirəm. Həqiqətən, dediyiniz kimi belə reklamlarda, adətən, böyük futbolçuları görürük. Mənə ikiqat xoşdu ki, məni seçdilər.
- Millinin əsas heyət oyunçularından sayılmırsan, ancaq seçim sənin üzərində edilib...
- Belə olmasaydı da, inciməzdim. Ümumiyyətlə, həyatda heç vaxt incimirəm. Bu, AFFA-nın seçimidi və ona hörmətlə yanaşıram. Mən yox, başqa futbolçu da ola bilərdi. Təbii ki, özüm heç nə xahiş etməmişdim. Mənə zəng edib xahiş etdilər.
- Maraqlıdı, bunadək "Gillette" istifadə etmisən?
- Açığı, yox. Adətən, bərbərxanada təraş olunmuşam.
- Ancaq bundan sonra "Gillette"dən istifadə edərsən...
- Əlbəttə. Burda hədiyyə də etdilər. Bundan sonra ancaq "Gillette"! Başqa necə ola bilər? Başqalarına da "Gillette"i tövsiyə edirəm.
- Keçək klub karyerana. "Səbail" son turda "Neftçi" tərəfindən darmadağın olundu. Aydındı ki, rəqib güclüdü. Ancaq 0:4 çox deyil?
- Həqiqətən "Neftçi” hazırda yüksəlişdədi və "Qarabağ”la layiqli mübarizə aparır. Komanda birinci pillədə qərarlaşıb. Bu rəqibə uduzmaq bizim üçün həqiqətən üzücü oldu. Hətta indiyədək həmin görüşdən ayrılmamışam, hələ də onun təsiri altındayam. Bu matşı yaxşı təhlil etməyimiz lazımdı. Növbəti oyunumuz "Sumqayıt"ladı. "Neftçi” ilə qarşılaşmada buraxdığımız səhvlərə yol verməməliyik. Fikrimcə, qollardan üçünü özümüz özümüzə vurduq. 4-cü qolda isə ustalıq səviyyəsi hiss olunurdu. Çox gözəl qol alındı.
- Hazırda karyerandan nə dərəcədə razısan? "Səbail”də son vaxtlar əsas heyətdə yox, sonradan meydana çıxırsan. Millinin son qarşılaşmasında isə, ümumiyətlə, adın protokola daxil edilmədi…
- Klubda ehtiyata düşməyim müvəqqətidi. Növbəti matçda əsas heyətdə oynayacam. Hər zaman start "11-liy"inə düşmək üçün mübarizə aparacam. Bir-iki oyuna sonradan qoşulmağım baş məşqçinin qərarı idi. Deməli, belə lazım bilib. Üstəlik, Ağabala Ramazanov qayıdıb. O, zədə səbəbindən uzun müddət oynamayıb. Baş məşqçi hamıya şans vermək istəyir. Növbəti görüşlərdə təkcə məni yox, hər birimizi ehtiyatda görə bilərsiz. Baş məşqçinin seçiminə hörmətlə yanaşıram. Yığmaya gəlincə, buna da baş məşqçi qərar verir. Qurban Qurbanovun da qərarına hörmət edirəm. Malta ilə oyunun iştirak ərizəsində yer almamağım mənim üçün xəbərdarlıqdı. Yəqin nəyisə düz etməmişəm. Bunu götür-qoy edirəm.
- Yəqin ki, nəyi düz etmədiyini yaxşı bilirsən...
- Bəli. Bunu özüm yaxşı bilirəm ki, nəyi düz etməmişəm. Yəqin ki, bunu bir daha təkrarlamaram.
- "Səbail"də baş məşqçiniz Aftandil Hacıyev müsahibələrinin birində deyib ki, Avropa Liqasına düşmək uğrunda mübarizə aparacağıq. Səncə, bu heyətlə həmin vəzifəni yerinə yetirmək mümkün olacaq?
- Klub qarşımıza Avropa Liqasına düşmək vəzifəsini qoymayıb. Çempionatda zəif komanda yoxdu. Gördüyünüz kimi, hər komanda bir-biriylə başabaş oynaya bilər. Əlbəttə, Avroliqaya düşməyi çox istərdik. Amma bunun çox çətin olacağını başa düşürük. İlk "5-lik”də olmaq üçün əlimizdən gələni edəcəyik.
- Bugünkü tədbirdə bəyan edildi ki, səninlə Mahir Mədətov millidə qol vursaz, bunu “Procter & Gamble” şirkətinə həsr edəcəksiz. Qarşıdan isə Farer adalarıyla səfər matçı gəlir ki, bu, Millətlər Liqasında qrupda 1-ci yeri tutmaq uğrunda mübarizədə ididamızı saxlamaq baxımından həlledici olacaq. Gözləntin nədi?
- Həm Farer adalarıyla, həm də bundan 3 gün sonra Maltayla ev matçı həlledici olacaq. İlk iki qarşılaşmada Bakıda Kosovo ilə 0:0, səfərdə isə Malta ilə 1:1 hesablı heç-heçə etmişik. Qarşımıza qrupdan çıxmaq məqsədi qoymuşuqsa, Farer adaları və Maltanı məğlub etməyə məcburuq. Hərçənd Farer adaları çox yaxşı komandadı. İndi bütün komandalar futbol oynamağı bacarır. Azərbaycan xalqını, siz jurnalistləri, ümumiyyətlə, hər kəsi sevindirməyi həqiqətən çox istəyirik. İlk iki görüşdə qeydə alınan heç-heçəni özümüz üçün ağrılı qəbul etdik. Çünki hamı bizə böyük ümid bəsləyirdi. Söz veririk ki, xalqımızın sevinməsi üçün əlimizdən gələni edəcəyik.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar