30 sen 20:13olke

Stuxlik futzal referilərindən birini “kəsdi”, ikisinə vaxt verdi!

Stuxlik futzal referilərindən birini “kəsdi”, ikisinə vaxt verdi!
Xəbər verdiyimiz kimi, AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlik cümə axşamı Bakı Olimpiya Stadionunda FİFA referiləri, referi köməkçiləri və beynəlxalq dərəcəli hakim kimi namizədliyi müzakirə olunan hakimlərdən fiziki hazırlıq üzrə test götürüb. Qitə futbol qurumunun müvafiq təlimatlarına uyğun təşkil olunan testin götürülməsində avstriyalıya UEFA-nın Hakimlər Komitəsinin üzvü Kiros Vassaras kömək edib. Çox güman, nəticələr gələn həftə açıqlanacaq. Ancaq biz artıq futzal hakimlərinin nəticələri ilə bağlı bilgi əldə etmişik.
Əvvəlcə onu qeyd edək ki, futzal üzrə yüksək liqanın son turunda iki qarşılaşmaya təyinatlar son anda dəyişdirilmişdi. Həm “Liman” – “Neftçi”, həm də “Xəzər Cənub” – “Ekol” matçını Elçin Məmmədov idarə etdi. Əslində mərkəzi qarşılaşmada Yusif Nurullayev, “Xəzər Cənub”la “Ekol”un duelində isə Elçin Səmədli baş hakim funksiyasını yerinə yetirməliydi. Təyinatların son anda dəyişdirilməsi məhz Stuxlikin imtahan istəyi ilə bağlı idi. Xaqani Məmmədovun dövründə, adətən, imtahana cəlb olunmayan futzal hakimləri, daha doğrusu, FİFA referiləri “yenilik”dən həyəcanlanmış və “hazırlaşmaq üçün” təyinatlarının ləğv edilməsini istəmişdilər. Avstriyalı onların bu istəyini yerinə yetirmişdi. Buna baxmayaraq, sentyabrın 27-dəki normativlərə nə Yusif Nurullayev, nə də Elçin Səmədli qatılıb. Əldə etdiyimiz bilgiyə görə, Xaqani Məmmədovun sürücüsü olan Nurullayev zədəli olduğunu bəhanə edib. Səmədli isə “onsuz da bu il karyeramı başa vuracam, imtahana nə ehtiyac var”, - deyə özünə əziyyət verməyib. Yalnız Ramil Namazov imtahanda iştirak edib, o da normativi yerinə yetirə bilməyib. Başqa sözlə, gənc referi imtahandan “kəsilib”. Prinsipcə, onun məsələsi aydındı, “kəsilibsə”, təyinat almayacaq. Səmədli ilə Nurullayevə isə xəbərdarlıq olunub və ikiaylıq möhlət verilib. Stuxlikin bu müddətdə onlara yüksək liqada təyinat verilməyəcəyi ilə bağlı mesaj çatdırdığı deyilir.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar