03 mar 13:33olke

Zaur Axundovun İcraiyyə Komitəsi üzvlüyünə namizədliyi irəli sürüldü

Zaur Axundovun İcraiyyə Komitəsi üzvlüyünə namizədliyi irəli sürüldü
“Ən böyük istəyimiz futzal akademiyasının yaradılmasıdı”

AFFA-nın martın 16-da təşkil olunacaq növbəti Hesabat Konfransında İcraiyyə Komitəsində hazırda vakant olan 1 yerə seçki keçiriləcək. Nizamnaməyə əsasən İK üzvlüyünə namizəd AFFA-nın üzvü və ya dolayı üzvü tərəfindən Konfransın keçiriləcəyi tarixdən ən azı 15 gün əvvəl baş katibliyə təqdim olunmalıdı. Sahə Futbol Federasiyası İctimai Birliyi tərəfindən hazırda Futzal Federasiyasının prezidenti vəzifəsində çalışan Zaur Axundovun İK üzvlüyünə namizədliyi irəli sürülüb. Zaur bəy həm bu, həm də başqa məsələlərlə bağlı AFFA-nın saytına danışıb.
- AFFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə yeganə namizədsiz. Platformanızla bağlı nə deyə bilərsiz?
- Əlbəttə, mənim üçün yenilikdi. Eyni zamanda, Azərbaycanda qeyri-olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanı ilə təltif edilməyim məsuliyyətimi bir qədər də artırır. Hamımızın bir məqsədi var - Azərbaycanda futbolun inkişafı, milli komandaların və klublarımızın uğur qazanması, istər daxili, istərsə də ölkəmizə həvalə edilən yarışların, turnirlərin yüksək səviyyədə təşkil edilməsi, uşaq futbolunun inkişafı, kütləviliyin artırılması, azarkeşlərin futbola yaxın olması. Bunlar AFFA-nın prioritetləridi və işimizi də bu istiqamətdə davam etdirəcəyik.
- Namizədliyiniz Sahə Futbol Federasiyası tərəfindən irəli sürülüb. Bu qurumda da Futzal Federasiyası ilə yanaşı, bir neçə federasiya yer alır. Deməli, fəaliyyət sferanız bir qədər də genişlənəcək. Həmin federasiyaların problemləri ilə tanışsız?
- Sahə Futbol Federasiyası Mahir Məmmədovun rəhbərliyi altında üzərinə düşən işləri görür. Biz də müntəzəm həmin federasiyalarla görüşürük, bacardığımız köməyi edirik. Bu proses davam etdiriləcək. Aydın məsələdi ki, iş olan yerdə həlli vacib məsələlər də olur. İstər AFFA, istərsə də Sahə Futbol Federasiyası yaranan problemləri mümkün qədər həll edir, yoluna qoyur, federasiyalara lazım olan dəstəyi göstərir. Həmin federasiyaların qazandıqları uğurlu nəticələr də var. Çimərlik futbolu millimiz Avropanın B divizionundan A divizionuna yüksəldi. Futzal yığmamız ardıcıl 4 dəfə Avropa, ötən il isə dünya çempionatının final mərhələsində iştirak etdi.
- Bəs futzalla bağlı hansısa təklifləri səsləndirməyi düşünürsüz?
- Futzala buna qədər də lazımi diqqət göstərilirdi. 2008-ci ildən – federasiyaya prezident seçiləndən sonra müəyyən işlər görmüşük. Nəticə ortadadı: millimiz dünya reytinqində ilk “10-luq”dadı, ardıcıl 4 dəfə Avropa çempionatının final mərhələsinə qatılmışıq. Bu nəticələri bir qədər də yaxşılaşdırmağı düşünürük.
- Millidən söz düşmüşkən, Miltinyonun yanvarda istefa verəcəyini gözləyirdiz?
- Kolumbiyadakı dünya çempionatından sonra Miltinyo ilə dəfələrlə söhbətimiz oldu. Böyük oğlunun problemləri var idi və məşqçimiz narahat olduğunu deyirdi. Dekabrda ailəsi problemin bir qədər də dərinləşdiyini ona bildirdi. Nəticədə Miltinyo həm AFFA, həm də mənimlə görüşüb, dekabrdan sonra yaranacaq fasilədə geri dönməyəcəyini bildirdi. Hazırki məşqçimiz də peşəkar insandı. O, uzun müddət millimizdə oynayıb, eyni zamanda Miltinyonun köməkçisi işləyib. Vaxtımız az olduğunundan və Avropa çempionatının əsas seçmə mərhələsinin oyunlarının Bakıda keçiriləcəyini nəzərə alaraq, seçimimizi Biro Jadenin xeyrinə etdik.
- Baş məşqçinin bu postda ilk işi olması narahatlığa əsas verirmi?
- Yaxşı futzalçı və məşqçi fərqli anlayışlardı. O ağıllı, peşəkar oyunçu olub, futzalı bilir. Ölkəmizə qədər Rusiyada, Braziliyada çıxış edib, böyük təcrübəsi var. Bu seçmə mərhələ onun üçün bir imtahan olacaq. Özü də başa düşür ki, azarkeşlər və AFFA rəhbərliyi qarşısındakı ilk imtahanı məşqçi karyerasında ciddi rol oynayacaq. Hədəfimiz birinci yeri tutaraq ardıcıl 5-ci dəfə AÇ-nin final mərhələsinə yollanmaqdı.
- Baş məşqçi artıq ilk toplanışını keçirib. Razı və narazı qaldığı məqamları sizə bildiribmi?
- Əlbəttə, hazırlıq dövründə də onunla tez-tez görüşürdük. Hər bir baş məşqçinin öz məşq üslubu, işə yanaşma metodu var. İlk toplanışdan sonra o, komandanın 60-70 faiz hazır olduğunu söylədi. Aprelə qədər bir ay vaxtımız var. Onun hazırlıq proqramı ilə tanşıq və martın sonuna qədər komandanın lazımi səviyyəyə çatacağını düşünürük.
- Yoldaşlıq oyunlarının keçirilməsi nəzərdə tutulubmu?
- İki yoldaşlıq oyunu keçirəcəyik. Martın 29-u və 30-da Moldova millisi ilə Bakı İdman Sarayında qarşılaşacağıq. Ona qədər isə çempionatımızda çıxış edən klubların üzvlərindən qurulmuş komanda ilə üz-üzə gələcəyik.
- Yığmamızın yer aldığı qrupdakı rəqiblər haqda nə deyə bilərsiz?
- Bu gün Avropada futzal çox inkişaf edib. Zəif komanda yoxdu. Xüsusilə də bizə qarşı əksər komandalar ikiqat güclə oynayır. Macarıstan yığmasına artıq 4-5 ildi braziliyalı mütəxəssis rəhbərlik edir. Komanda ötən il Serbiyada keçirilən AÇ-nin final mərhələsində çıxış edib. Bosniya və Hersoqovinada da futzalı çox sevirlər. Albaniya isə ilk seçmə mərhələdən vəsiqə qazanıb. Təbii ki, hər bir iştirakçının məqsədi gələn il Sloveniyada keçiriləcək AÇ-nin finalında iştirak etməkdi. Ona görə oyunlar asan keçməyəcək. Maraqlı qarşılaşmalar izləyəcəyik və azarkeşlərimizi aprelin 8-i, 9-u və 11-də Bakı İdman Sarayında keçiriləcək oyunlara dəvət edirik.
- Top-komandalara qarşı köklənmək asandı. Qrupumuzda belə rəqibin olmaması arxayınlıq yarada bilər?
- Arxayınlıq bizə hər zaman problem yaradır. Razıyam, güclü rəqibə qarşı futzalçılar motivasiya olur, çünki hansı komandaya qarşı oynayacaqlarını bilirlər. Heç vaxt imkan verməmişəm ki, oyunçularımız hansısa rəqibə yuxarıdan aşağı baxsın. Yenə də profilaktik söhbətlər aparılır. Bu yolverilməzdi. Heyətə 2-3 gənc oyunçu də dəvət etmişik ki, gələcəkdə oynamaq imkanı qazansınlar.
- Milli tapşırığın öhdəsindən gəlsə, final mərhələsinə də Biro Jade ilə yollanacaq?
- Zamanı qabaqlamaq istəmirəm. Final mərhələsinə vəsiqə qazanmaq, Biro Jade də daxil olmaqla, hamımızın istəyidi. Biro ilə müqaviləmiz mayın sonuna qədər nəzərdə tutulub. Əlbəttə, birinci yeri tutması onun üçün yaxşı şans ola bilər. Burda hər şey nəticə ilə ölçülmür. Bəlkə komanda birinci yeri tutdu, amma oyun planında biz istəyəni vermədi?! Taktiki, fiziki hazırlıq, nizam-intizam nəzərə alınacaq və yekunda AFFA rəhbərliyi ilə Biro Jadenin statusu haqda söhbət edəcəyik.
- Çempionatda keyfiyyəti artırmaq üçün yeni planlar hazırlanırmı?
- İntriqa, mübarizə yenə var. Ən azı 3 komanda bir-biri ilə rəqabət aparır. Təbii ki, biz də keyfiyyəti artırmaq üçün əlimizdən gələni edirik. Çempionatımız sabit keçir. Hazırda isə 45 komanda müxtəlif liqalarda yarışır.
- Oyunların canlı yayınlanması üçün danışıqlar aparılırmı?
- Mövsümün sonuna qədər mərkəzi oyunların “CBC Sport” telekanalında yayınlanması nəzərdə tutulub.
- Əksər bölgələrimizdə futzal oyunlarını keçirmək üçün idman kompleksləri var. Bəs komandaların yaradılması üçün hansı addımlar atılacaq?
- Hər il bir bölgə komandası çempionatımızda iştirak edir. Bunu kütləviləşdirmək isə yalnız bizdən asılı deyil. AFFA bölgələrdə futzalın inkişafı ilə bağlı bütün təkliflərə dəstək verir və bunda maraqlıdı. Amma bölgələrdə də lazımi insanlar müəyyən addımlar atmalıdı. Onlar işlərin 10 faizini üzərlərinə götürsələr, qalan 90 faizini AFFA, Futzal Federasiyası həll etməyə hazırdı. Biz həmin təkanı gözləyirik.
- İlk dəfə ölkəmizdə FİFA-nın təşkilatçılığı ilə futzal hakimləri və hakim-inspektorları üçün seminar keçirildi. Kateqoriya verən məşqçi kurslarının təşkili ilə bağlı necə, plan varmı?
- Bu gündəmdədi. Ən böyük istəyimiz futzal akademiyasının yaradılmasıdı. AFFA rəhbərliyi ilə bunu müzakirə edəcəyik. Nail olsaq, futzalın inkişafına böyük təkan veriləcək. Futzal ölkəmizdə ənənələri olan idman növüdü və hər zaman maraqla qarşılanıb. Akademiya eyni zamanda millinin bazası rolunu oynayacaq. Orda bir neçə zalın tikilməsi və aşağı yaş qruplarından ibarət bölmələrin yaradılması planlaşdırılır. Nəticədə həm millimiz, həm də məşqçilərimiz qazanmış olacaq. Bakı İdman Sarayı isə əsas millimizin rəsmi oyunlarını keçirəcəyi məkan kimi qalacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27Divizionun iddialıları, demək olar, hazırdı 13:24Mübariz Mənsimovun milyonlarını “yeyən” əcnəbi məşqçilər 13:21Mikayıl Nərimanoğlu jurnalistləri günahkar çıxardı 13:17“Əl-Sadd” stadionuna buraxılmayanlar “Futbol+”ə danışdı 13:16“Təyyarəçilər” intizamsız futbolçu ilə yolları ayırdı 13:13Maşallah Əhmədovun şikayətinə baxılacaq 13:10AVF reqlamenti niyə dəyişib? 13:09Kamil Nurəhmədov İmişlidə darıxır 11:46Şirdanov komandasını AZAL və “Kəpəz” səviyyəsində görür 11:44Mahmud Qurbanov yığmanın çıxışını dəyərləndirdi 11:37Elçin Məmmədov ad çəkmədi 11:36Mikayıl Nərimanoğlu doğum gününü yığmanın düşərgəsində qeyd edib 11:34Lənkəranlıları ölkə futboluna bəxş edə bilməyən “Xəzər Lənkəran” 11:31Kvekveskiri Apellyasiya Arbitraj Tribunalına təşəkkür etdi 11:29Rafael Ağayev uğurunun sirrini açıqladı 11:28“Azərreyl” sindromu qırsa da... 11:26Çempionatda mübarizə qızışır 11:24İlk gündə qazancımız bir “bürünc” oldu 11:23 Bütün xəbərlər
Ən çox oxunanlar