26 sen 14:23olke

Bosançiç “Keşlə”ni Zaur Axundova görə tərk edib

Bosançiç “Keşlə”ni Zaur Axundova görə tərk edib
Şura sədri nə etdiyinin fərqində deyil
Transfer çalışmalarını vaxtında yoluna qoya bilməyən və bununla da bəzi futbolçuların keçidini tələm-tələsik həll edən “Keşlə” yayda buraxılan səhvlərin acısını çəkməkdədi. Sezar Meza Kolli ilə Pərdis Fərcad-Azadın gedişi, bu azmış kimi, Adrian Skarlatake kimi təcrbübəli müdafiəçinin kollektivdən ayrılması özünü açıq-aşkar göstərməkdədi. Ümidlər vaxtilə “Partizan”, “Srvena Zvezda”, “Boavişta”, “Slovan” kimi komandaların formasını geymiş Miloş Bosançiçə idi ki, ötən həftə onunla da yollar ayrıldı.
Futbolçuların “qaranquş”a dönməsinin səbəbkarı, təbii ki, klubun Müşahidə Şurasının rəhbəri Zaur Axundovdu. “Keşlə”yə gəldiyi gündən Zaur Svanadzeni yola salıb Ramiz Məmmədovu gətirən, bir müddət sonra onu göndərib Yuri Maksimova bel bağlayan, bu yay Maksimova qapını göstərib Mladen Milinkoviçə könül verən Axundov faktiki klubu poliqona çevirib. Ürəyi istəyəni edir. Nə istədiyini isə özündən başqa bilən yoxdu. Təsəvvür edin, Milinkoviç ötən ilin oktyabrından bu yana dördüncü baş məşqçidi. Bir peşəkar klub üçün dünyada analoqu olmayan hadisələr arasında öndə gedənidi.
Əldə etdiyimiz bilgiyə görə, Axundov təkcə baş məşqçilərin gəliş-gedişini həll etmir. Eyni addımı futbolçulara münasibətdə də göstərir. Pərdisin yola salınmasını istəyənlərin başında şura sədri dururmuş. Maksimov ağzını açan kimi başqan ona dəstək olub. Və belədə hücumçu ilə yollar ayrılıb. Skarlatake isə birbaşa Zaur bəyin göstərişindən sonra qapını arxadan bağlamağa məcbur olub. Rumın futbolçunun 1-ci turda “Sabah”la oyunda penaltiyə səbəbkar olması Axundovun şübhələrini artırdığından, o, Milinkoviçə Adrianı sıxma-boğmaya salmağı tapşırıb. Sonrakı proses məlumdu. Ehtiyatda qalmaqdan məmnun olmayan müdafiəçi rəhbərliyə yaxınlaşaraq getmək istədiyini bildirmişdi.
Rəhbərin tilovuna bu dəfə Bosançiç düşüb. 4-cü turda “Neftçi”yə yenilgidən sonra komandadaxili iclasda Zaur Axundov olduqca sərt danışıb. Bəzi futbolçulara, xüsusən də yüksəködnişlilərə dişinin dibindən çıxanı deyincə, ən çox maaş alanlardan biri kimi Miloş ona kəskin etirazını bildirib. Halbuki serbiyalı həmin görüşdə oynamamışdı. Amma yenə də sözün özünə atıldığının fərqinə varıb. Zaur bəyə bir-iki kəlmə eşitdirən Bosançiç “Keşlə”ni tərk etmək istədiyini bildirib və çantasını toplayıb. Bu isə o deməkdi ki, baş məşqçi və futbolçularla oyuncaq kimi davranan Zaur Axundov komandanın bu durumda olmasının əsas səbəbkarlarından biri, bəlkə də birincisidi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Bu gün, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Bu gün, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Bu gün, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Bu gün, 19:50 Qələbəyə mane olan səbəblər Bu gün, 19:48 Mahirə çıxış yolları göstərdilər... Bu gün, 19:45 Maltalılar bayram edir Bu gün, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Bu gün, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Bu gün, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Bu gün, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar