26 sen 14:14olke

Qurban Qurbanov: “Bundan sonra Mahiri sosial şəbəkələrdə çox az görəcəksiz”

Qurban Qurbanov: “Bundan sonra Mahiri sosial şəbəkələrdə çox az görəcəksiz”
Sənan Qurbanov: “Bu komandanın belə hesabla uduzmaq haqqı yoxdu”
“Qarabağ” – “Qəbələ” oyunundan sonra olduqca məyus görünən qonaqların çalışdırıcısı Sənan Qurbanov mətbuat konfransında bunları dedi:
- Uğursuzluq zolağından çıxa bilmirik. Oyunun gedişində inkişaf olsa da, heç kim bunu başa düşməyəcək. Hamı “Qəbələ”dən qələbə gözləyir. Futbolçular çalışdı ki, nəsə etsin. Bəzən alındı, bəzən alınmadı. Müdafiədə kobud səhvlər buraxdıq. “Qarabağ” kimi komanda belə səhvləri bağışlamır. Hamısı qolla nəticələndi. Çox üzgünəm. Neçə ildi bu klubdayam. Bu komandanın belə hesabla uduzmaq haqqı yoxdu. Çox çalışacağıq. Oyunu təhlil edəcəyik. Cəzalanmalı insanlar cəzalanacaq. Bu komanda yuxarı pillələrə qayıdacaq. Buna söz verirəm.
- Liderdən 9 xal geridəsiz. Hələ də çempionluğa iddia edirsiz?
- Çempionluq deməzdim. Ancaq hər oyuna qələbə üçün çıxırıq. Bu nə dərəcədə alınır, özünüz görürsüz. Qarşımıza çempionluq məqsədi qoymamışıq. Ən azı “Qəbələ”nin adına layiq futbol oynamaq istəyirik.
- Rəqib meydana neçənci heyətlə çıxmalıdı ki, ən azı bir xal qazanasız?
- Sözünüzdən belə çıxır ki, “Qarabağ” meydana 2-ci heyətlə çıxmışdı. Ancaq elə deyil. Meydanda əsas heyət üzvləri vardı. Sonradan oyuna çıxanları da bura əlavə edə bilərik.
- Komandanın uğursuzluq zolağına düşməsinin səbəbkarı kimdi və səbəbləri nədi?
- Komandanın başında mənəm. Birinci özümü günahlandırıram. Ancaq səylə çalışırıq. Yeni oyunçularımız var. Oyun üslubunda dəyişikliklər etmişik. İstəyirik ki, futbolçularımız yeni üslubu tez qavrasın. Əlimizə düşən imkanlardan yararlansaq, fərqli vəziyyət olar.
- Hesabda 0:3 geridə olarkən “va-bank” gedib, meydana ikinci hücumçunu buraxa bilərdiz. Ancaq forvardı müdafiəçi ilə əvəzlədiz. Rasim Ramaldanovu sırf standart vəziyyətlər üçün oyuna qoşduz?
- Ceyms gözlədiyimdən zəif oynadı. Verilən tapşırıqları yerinə yetirə bilmədi. Bəli, Rasimi standart vəziyyətlər üçün meydana buraxdıq.
- Tərlan Əhmədovun yerinizə gətiriləcəyi deyilir. Bu söz-söhbət sizdə təzyiq yaradıb, işinizə mane olur?
- Neçə ildi burdayam. “Qəbələ” üçün nə xeyirlisi olacaqsa, birinci addımı mən atacam. Bu qərarı rəhbərlik verəcək. Onların verəcəyə qərara hörmətlə yanaşacam. Bu məsuliyyətin altına girmişəm. Əlimdən gələn qədər komandaya kömək etməyə çalışacam.
- Düşünmürsüz ki, yayda Baqali Dabo və Filip Ozobiç kimi futbolçuları komandada saxlaya bilməyən rəhbərliyin də bu uğursuzluqda rolu var?
- Onlar keyfiyyətli futbolçulardı. Ancaq onlar indi yoxdu. Sərəncamımızda olan futbolçulara güvənməyə məcburuq. Potensiallarına inanıb komandaya gətirmişik. Hələ ki onları görə bilmirik. Bəlkə zamanla daha yaxşı oynayacaqlar. Hücumda daha kəskin olmaq istəyirik. Əlimizdə olan “material” budu. Onlara sona qədər güvənəcəm.
Daha sonra Qurban Qurbanov mətbuat konfransına gələrək fikirlərini bildirdi və jurnalistlərin suallarını cavabladı:
- Şükürlər olsun, çox vacib qələbə qazandıq. Ağır qrafikə düşmüşük. Üç gündən bir oyunumuz var. Bir az heyətdə rotasiya etdik. Düşünürəm ki, pis alınmadı. Futbolçular bu gün çox istəkliydi. Azarkeşlər üçün çox zövqverici oyun oldu. Sənana və “Qəbələ”yə uğurlar arzulayıram.
- “Qarabağ”ın 2-ci heyətinin “Qəbələ”yə belə üstünlüklə qalib gəlməsi yığmanın baş məşqçisini narahat edir?
- Məyus deməzdim. Bundan əvvəl “Sumqayıt”a çox çətinliklə qalib gəldik. Futbolda belə hesablar olur. İl ərzində maksimum 3 oyunda belə hesab qeydə alınar. Futbolçularımız dəqiq oynadı. Ancaq çempionatımız daha yüksək səviyyədə olsa, buna sevinərik.
- İntizamı sevən məşqçisiz. Mahir Mədətovun sosial şəbəkədə onu tənqid edənlərə qarşı aqressiv mövqe tutması ilə bağlı məlumatınız varmı? Onunla bu haqda söhbət etmisizmi?
- Son vaxtlar Mahirin adı tez-tez hallanır. Sosial şəbəkələrdən istifadə etmirəm. Amma lazım olan məlumatlar mənə gəlir. Əlbəttə, istəmərəm belə hallar olsun. Onunla elə bu səhər söhbətimiz olub. Bundan sonra Mahiri sosial şəbəkələrdə çox az görəcəksiz. “İnstaqram” və “feysbuk” insanların fikrini həddən artıq yayındırır. Normal həyatın çox hissəsi sosial şəbəkələrə gedir. Bu da iş prinsiplərimizə mane olur. İstəmərəm ki, futbolçularım tənqidə kəskin cavab versin.
- Son dəqiqələrdə yaşanan epizoda münasibətiniz necədi? Təmkin Xəlilzadə bu hərəkətinə görə yaxın müddətdə yığmadan kənarda qala bilər?
- Əfsuslar olsun ki, belə hallar olur. Bütün komandaların yerli futbolçularının belə davranışlarına yaxşı baxmıram. Xüsusən söhbət yığma üzvlərindən gedirsə. Başa düşürəm, komanda məğlub olur. Əsəblərini saxlaya bilmirlər. Ancaq düşünməlisən ki, pis davranışın komandaya daha bir zərbə vuracaq. Həm Təmkinin, həm Ürfanın bu addımı tərəfimdən bəyənilmir. Milli üzvləri intizamıyla tam fərqlənməlidi. Futbolçular özləriylə bağlı pozitiv fikir yaratmağı bacarmalıdı.
- Oyundan öncə belə böyükhesablı qələbə gözləyirdiz?
- Mütləq böyükhesablı qələbə qazanmalıyıq və ya qazanacağıq fikri heç vaxt məndə olmayıb. Sənana səbirli olmağı tövsiyə edirəm. Baş məşqçi kimi ilk illərimdə mənə qarşı da antipatiya vardı. Sənan çox istəkli və bacarıqlıdı. Gələcəkdə uğur qazanacaq. Neçə ildi komandada olsa da, heyətdə dəyişikliklər var. Bu oyuna çox ciddi hazırlaşmışdıq. “Qəbələ”nin “Neftçi” və “Sabah”la matçlarını izləmişdik. Arazın ilk hissənin son dəqiqələrində vurduğu qol həlledici oldu.
- Abdullayev mərkəz hücumçusu kimi oynadı. Onu gələcəkdə sırf forvard kimi oynatmağı düşünürsüz?
- Araz universal oyunçudu. Hücumda oynamaq potensialı bundan daha yaxşıdı. Məşqlərdə bunu görmüşəm. Bu gün belə fürsət ələ düşdü. Özünü pis göstərmədi. Müxtəlif mövqelərdə ondan yararlanacağıq.
- “Sportinq”ə məğlubiyyətdən sonra “Qarabağ”ı sərt tənqid edənlər oldu. Buna münasibətiniz necədi?
- Normaldı. Tənqid həmişə olacaq. Bütün rəqibləri düzgün qiymətləndirməyi bacarmalıyıq. Dəfələrlə qeyd etmişəm ki, belə rəqiblərlə oyunda böyüyürük. Ancaq onlar daha çox böyüyür və belə rəqiblərə çata bilmirik. Jurnalistlər də gördü ki, Lissabonda futbol ab-havası necəydi. Onların ən sakit oyunu bizimlə oldu. İlboyu evdə güclü azarkeş dəstəyi altında oynayırlar. Belədə futbolçular daha məsuliyyətli olur. “Qarabağ”ı bütün Azərbaycan sevir. Biz də futbolçularımızı, rəhbərlik də bizi tənqid edir. Tənqid edən azarkeş də bizimdi, tənqid etməyən də.
- Mədətovun oyunu sizi qane edir?
- Bəli, edir. Tənqid etmək azarkeşin haqqıdı. Ancaq məşqdə çəkilən əziyyəti görən olmur. Mahirin zəif dönəmi var idi. Ancaq son vaxtlar ondan razıyam. Həyat tərzi də dəyişib. Son vaxtlar üzərində daha çox çalışır.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Bu gün, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Bu gün, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Bu gün, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Bu gün, 19:50 Qələbəyə mane olan səbəblər Bu gün, 19:48 Mahirə çıxış yolları göstərdilər... Bu gün, 19:45 Maltalılar bayram edir Bu gün, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Bu gün, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Bu gün, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Bu gün, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar