25 sen 20:13olke

Elbrus İsmayılov çarəsizdi…

Elbrus İsmayılov çarəsizdi…
“Ən azı gələn ilə kimi “Energetik” adlı komanda olmayacaq”
Vaxtilə premyer-liqada, birinci divizionda çıxış edən “Energetik” bu gün artıq Region Liqasında mübarizə aparmaq iqtidarında deyil. “Nur şəhəri”nin təmsilçisi maliyyə probelmi səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Son illər AFFA-nın apardığı “uğurlu” siyasətin nəticəsi kimi ölkənin “futbol qəbiristanlığına” daha bir klub əlavə olundu.
Ötən sayımızda “Energetik”in kapitanı Ruslan Həmidovun sportinfo.az saytına verdiyi açıqlama ilə sizləri tanış etmişdik. “İşıqçılar”ın futbolçusu “Azərenerji”nin yeni rəhbəri Baba Rzayevin Mingəçevirə səfəri zamanı onunla ayaqüstü söhbət etdiklərini bildirib. Komanda yoldaşları ilə birgə üzləşdikləri problem barədə Rzayevə məlumat verən futbolçular müsbət cavab eşidəcəklərinə ümid etdikləri halda, qarşı tərəf işlərin çoxluğu səbəbindən komandaya vəsait ayırmayacağını söyləyib.
Ötən sayımızda məsələ ilə bağlı klubun vitse-prezidenti Elbrus İsmayılovla danışmaq istəsək də, zənglərimiz cavabsız qalmışdı. Ancaq dünən onunla əlaqə saxlaya bildik. Elbrus bəy söylənilənləri təsdiq etdi: “Bir neçə gün öncə Baba Rzayevin müşavirlərindən biri ilə bu haqda söhbət etdim. Məndən sonra isə futbolçular Baba müəllimin özü ilə görüşüblər. Hamımıza eyni sözləri deyilib. Bildirdilər ki, “Azərenerji” Mingəçevir SES-də yenidənqurma işləri aparacağından, komandaya vəsait ayıra bilməyəcəklər. Rəhbərlik elə deyəndən sonra bizə nə edə bilərik”.
Ötən mövsüm Region Liqasında çıxış edən əksər komandaları təmsil etdikləri bölgənin İcra Hakimiyyətləri və ya Gənclər və İdman İdarəsi maliyyələşdirirdi. Belə nümunələr kifayət qədərdi. “Azərenerji” “Energetik”ə pul ayırmaq gücündə deyilsə, onda qoy şəhərin müvafiq qurumları kluba sponsorluq etsin. Region Liqası premyer-liqa deyil ki, komandanı saxlamaq üçün külli miqdarda vəsait tələb olunsun. Eyni sözlər ölkənin 4-cü şəhərinin iş adamlarına da aiddi. Necə ki, ötən mövsüm “Energetik”lə eyni liqada çıxış edən “Şəki”nin maliyyələşməsində rayonun imkanlı şəxsləri də müəyyən rol oynamışdılar. Məsələn, “Əliəhməd” halvasını istehsal edən şirniyyat evinin rəhbərliyi komandanın hesabına müəyyən qədər pul köçürməklə yadda qalmışdı.
Bu fikirləri Elbrus bəyin də diqqətinə çatdırdıq. Vitse-prezident məsələyə belə reaksiya verdi: “Hazırda Mingəçevirin ica başçısı postu boşdu. Bildiyiniz kimi, ölkə başçısının sərəncamı ilə Niyazi Bayramov Gəncənin icra başçısı təyin olunub. Şəhərin Gənclər və İdman İdarəsinin isə o qədər imkanı yoxdu ki, komandanı maliyyələşdirsin. İş adamlarına gəlincə... Heç kimə zorla deyə bilmərik ki, komandaya pul ayır. Odu ki, artıq əlimizi hər yerdən üzmüşük. Ən azı gələn ilə kimi “Energetik” adlı komanda olmayacaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Bu gün, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Bu gün, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Bu gün, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Bu gün, 19:50 Qələbəyə mane olan səbəblər Bu gün, 19:48 Mahirə çıxış yolları göstərdilər... Bu gün, 19:45 Maltalılar bayram edir Bu gün, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Bu gün, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Bu gün, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Bu gün, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar