25 sen 14:09olke

Portəgizlər məmnun, ağdamlılar məyusdu

Portəgizlər məmnun, ağdamlılar məyusdu
Gerye: “Meydanda təslim olan komanda görməyəcəksiz”
Srağagün Lissabonda keçirilən “Sportinq” – “Qarabağ” matçından sonra hər iki komandanın futbolçuları oyunla bağlı açıqlamalar veriblər.
Rafinya: “Avroliqaya qələbə ilə başlamaq çox vacib idi. Bilirdik ki, "Qarabağ"la oyun asan olmayacaq. Ancaq görüş gözlədiyimizdən də çətin oldu. Rəqib çox yaxşı oyun nümayiş etdirdi. Ona görə də qol imkanları yaratmaqda çətinlik çəkirdik. İlk hissədə hər iki komandanın qol vurmaq fürsəti oldu. İkinsi yarıda qol şansımızı qaçırmadıq və iki dəfə rəqibin qapısına yol tapdıq.Komandama 3 xal qazanmaqda kömək etidiyim üçün şadam. Növbəti oyunlarda köməyimi davam etdirəcəm".
Qara Qarayev: “İlk hissədə rəqibə yüzfaizlik qol şansı vermədik. Əksinə, özümüz bir neçə dəfə onları həyəcanlandırdıq. Hətta "Sportinq"in qapısına penalti təyin etmək olardı. Jeremi Matyenin cərimə meydançasında Filip Ozobiçə qarşı kobud oynadığını düşünürəm. İlk hissədə pis oynamadıq. İkinci yarının ilk 15 dəqiqəsində diqqətli olmağı əvvəlcədən danışmışdıq. Amma anidən oyunçuların yerini itirdik. Belə bir texniki səhv də qolla nəticələndi. Məncə, pis oynamadıq. Miçellə oynamaq mənə rahatdı. Çünki uzun illərdi ispanla birgə çıxış edirəm. Məndən nə istədiyini, onun məndən nə gözlədiyini yaxşı anlayıram. Slavçevlə, düşünürəm ki, son zamanlar pis anlaşmırdıq. Coşqunla da pis alınmadı. Coşqun oynayanda mən bəzən istirahət etmişəm. Onunla nadir hallarda birgə çıxış etmişəm. Miçelin çıxışına gəlincə, zədədən qayıdaraq yaxşı oynamaq çətindi. Formasını yığmağa vaxt lazımdı. İstəmirəm ki, kimsə zədə alsın. Çünki oyun planı dəyişir. Xalqımız, azarkeşlərimiz, "Qarabağ"sevənlər “Arsenal”la oyuna köklənib. Ağır qarşılaşma olacağını bilirik. İngilis futbolu ilə bizim futbol həmişə tərs gəlib. Buna baxmayaraq, uğurlu nəticəyə inanıram. "Arsenal"ın adı bizi motivasiya edir. Bu gün ciddi qrafikdəyik. 3 gündən bir oyun keçiririk. "Arsenal" barədə danışmağa ehtiyac yoxdu. Rəqibin gücü bəllidi. Belə mühitdə oynayanda karyeram üçün qazanc əldə etdiyimi düşünürəm. Həqiqətən də belə ab-havada güclü klublarla oynamaq çox xoşdu. Bu, əlavə stimuldu. Belə suallar mənə dəfələrlə verilib. Belə komandalardan təklif gəlsə, ilk düşüncəm getmək olacaq. Daha yaxşı deməzdim, amma oynaya biləcəyim liqalara getmək istəyirəm. Bu, baş verməlidi. Çünki kimlərəsə yol açmalıyıq. Allah qismət etsə, gedərik, Avropaya yolu açarıq, başqaları üçün də stimul olar. Amma sizə səmimi deyirəm ki, təklif yoxdu. Olsa, birinci sizinlə bölüşərəm. Heç nə yoxdu, məşqimizi edib, oyunlara hazırlaşırıq. Emeqara ilk hissədə yaxaladığı imkanların birindən istifadə etsəydi, daha qapalı oynayacaqdıq. Amma hesabı aça bilmədik. Belə komandalarla oyunda hesabda geri düşəndə qalib gəlmək, qol vurmaq çox çətin olur”.
Vild-Donald Gerye: “Çətin oyun oldu. Ancaq əlimizdən gələni etdik. Bəlkə də bu gün bizim günümüz deyildi. Belə matçlar bizim üçün yaxşı təcrübədi. Meydanda inamlı olduğum doğrudu. Məncə, bu, yaxşı xüsusiyyətdi. Baş məşqçimiz də məşqlərdə ustalığımı artırmaqda mənə çox kömək edir. Elə anlar olur ki, yaxşı oynayıram. Amma əsas məsələ komandamın qalib gəlməsidi. Komanda qalib gələndə də, məğlub olanda da birlikdə olur. Futbol səhvlər üzərində qurulub. Etdiyimiz səhvlər bizi daha da öyrənməyə, növbəti matçlarda təkrarlamamağa kömək olur. Artıq qarşıdakı matçlara köklənməliyik. “Arsenal”la oyuna çıxıb, var gücümüzlə vuruşacağıq. Biz demirik ki, qələbə qazanacağıq. Ancaq bunu deyim ki, meydanda təslim olan komanda görməyəcəksiz”.
Luis Nani: “Çətin oyun oldu. Rəqibimiz çox yaxşı futbol oynadı. Birinci hissədə qol epizodları yaratsaq da, hesabı aça bilmədik. Fasilədən sonra isə bu fürsətdən istifadə etdik və ilk qolu vurduq.Üç xal qazanmağımıza kömək etdiyim üçün şadam. Düzgün yoldayıq və belə də davam edəcəyik. London klubu Çempionlar Liqası səviyyəsindədi. Ancaq biz də "Arsenal”la oyunlarda 6 xal qazanmağa çalışacağıq. İndiki vəziyyətdə futbolda yüzfaizlik favorit və əvvəlcədən udulmuş oyun yoxdu".
Simeon Slavçev: “Bu oyunda azarkeşlər komandasına dəstək oldu və futbolçular da bunu hiss etdi. "Sportinq"in oyunçusu kimi bunu hiss etmədiyim üçün üzgünəm. Amma mən "Qarabağ"ın futbolçusuyam və burda xoşbəxtəm. Çətin oyun olacağını bilirdik. "Sportinq"in çox yaxşı futbolçuları var. İkinci turda oynayacağıma ümid edirəm".
Rəşad Sadıqov: “Ümumilikdə oyun pis keçmədi. Qurban müəllimin bəzi taktiki gedişlərini uşaqlar maksimum yerinə yetirməyə çalışırdı. Sadəcə, nəticədə rəqibin ustalıq səviyyəsi sözünü dedi. Bizim də iki qol imkanımız oldu, amma istifadə edə bilmədik. Rəqib isə əksinə, əlinə düşən fürsətləri qola çevirdi. Bütün qollar səhvlər nəticəsində vurulur. 90 dəqiqə avrokubok oyunlarında səhvsiz oynamaq çətindi. Yenə deyirəm, əsas məsələ ustalıq səviyyəsinin fərqi idi. “Sportinq” son vuruşlarda bizdən dəqiq oldu. Çox adam gözləyirdi ki, bu gün “Qarabağ” aşkar məğlub olacaq. Amma mən inanırdım ki, yaxşı nəticə ilə dönə bilərik. Bunun üçün də son vuruşlarda dəqiq olmaq lazım idi. Təbii ki, rəqib bizdən üstündü. Amma yenə də düşünürdüm ki, bu gün xalla geri dönə bilərdik. Açığı, çətin qurupa düşmüşük. Buna baxmayaraq, qarşıdakı oyunlarımızın gedişindən asılı olaraq, yaxşı nəticə qazana bilərik. Hər oyun fərqli olur. Bu matç isə tam başqa cür alındı. Qrup matçlarında ümumilikdə nə qədər xal qazana biləcəyimiz haqda indidən proqnoz vermək çətindi. “Arsenal”la görüşə iki həftə qalıb. Tam hazır olsam, məşqçilər etimad göstərsə, oynayacam. Əsas odu ki, komandaya xeyir verəsən. Xeyir verməsən, meydanda olmağın mənası yoxdu”.
Bruno Fernandes: “Məqsədimiz ilk görüşdə qələbə qazanmaq idi ki, bu tapşırığın da öhdəsindən iki qol vurmaqla gəldik. İndi çalışmalıyıq ki, növbəti matça kimi bu gün üzə çıxan çatışmazlıqları aradan qaldıraq. Biz topla oynamağı bacarırıq. Ancaq çalışmalıyıq ki, bunu daha yüksək səviyyəyə çatdıraq”.
İnnosent Emeqara: “Matçın sonlarına yaxın bir qədər yorulduq, sona qədər mübarizə aparmağa gücümüz qalmamışdı. Lissabona uzun yolçuluq da sözünü dedi. Fikrimcə, evdə keçirəcəyimiz matçda şansımız bir qədər artıq olacaq”.
Filip Ozobiç: “Yaxşı komandaya qarşı oynayırdıq. Təəssüf ki, uduzduq. Deməzdim ki, ilk yarıda daha yaxşı, fasilədən sonra pis təsir bağışladıq. Sadəcə, səhv etdik və rəqib 2 dəfə fərqləndi. Onlarla mübarizə aparmaq çətindi. Ancaq qarşıda hələ 5 oyun var. Hər bir görüşdə maksimum döyüşmək və mümkün qədər çox xal toplamaq lazımdı. Fikrimcə, bu gün məğlubiyyətə layiq deyildik. Yuxarıda qeyd etdiyim kimi, iki səhv etdik və rəqib bundan yararlandı. O ki qaldı Bakıda baş tutacaq cavab qarşılaşmasına, bu məğlubiyyətin əvəzini çıxmaq iqtidarındayıq”.
Rodriqo Battalya: “Yaxşı futbol sərgilədik. Nəticədən məmnunuq. Bununla belə, çalışmağa davam etməli, irəli baxmalıyıq. Bəzən "Qarabağ" kimi tanımadağımız komandalarla oynamaq çətin olur. Amma biz çoxlu cəhd etdik və qalib gəldik. Avropa Liqasında hədəfimiz hər oyunda qalib gəlmək və mümkün qədər irəli getməkdi".
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar