21 sen 23:06olke

Üzücü başlanğıc

Üzücü başlanğıc
Avropa Liqası
E qrupu, 1-ci tur
Sportinq (Portuqaliya) - Qarabağ 2:0 (0:0)

19. Romen Salin
9. Markos Akuna
22. Jeremi Matye
(6. Andre Pinto, 75)
4. Sebastyan Koates
13. Stefan Ristovski
16. Rodriqo Battalya
8. Bruno Fernandes
86. Nemanya Qudel
21. Rafinya
17. Luis Nani (k)
(77. Covane Kabral, 86)
10. Fredi Montero
(23. Abdulay Diabi, 90+1)
Ehtiyat oyunçular
40. Renan Ribeyro
18. Karlos Mane
25. Radosav Petroviç
76. Bruno Qaspar
Baş məşqçi: Joze Pezeyro
13. Vaqner da Silva
77. Vild-Donald Gerye
52. Yakub Jezniçak
55. Bədavi Hüseynov
5. Maksim Medvedev (k)
(30. Abbas Hüseynov, 62)
2. Qara Qarayev
91. Coşqun Diniyev
(8. Miçel, 58)
17. Abdulla Zubir
(9. Araz Abdullayev, 68)
19. Filip Ozobiç
11. Mahir Mədətov
7. İnnosent Emeqara
Ehtiyat oyunçular
1. Hannes Halldorsson
4. Rahil Məmmədov
25. Ansi Aqolli
28. Con Delarj
Baş məşqçi: Qurban Qurbanov
Qollar: Rafinya, 54 (1:0). C.Kabral, 88 (2:0).
Vərəqə: M.Mədətov, 30 - sarı.
Hakimlər: FRANSUA LETEKSİYE, Kiril Munye, Mehdi Rahmoni, Bertran Yuanno, Frank Şneyder, Kərim Abed (hamısı Fransa).
Hakim-inspektor: Elmir Pilav (Bosniya və Hersoqovina).
UEFA nümayəndəsi: Patrik Filipek (Çexiya).
20 sentyabr. Lissabon. "Joze Alvalade" stadionu. 30098 tamaşaçı.
Yalnız ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
8 (3) qapıya ("çərçivə"yə) zərbə 5 (2)
9 korner 2
4 ofsayd 0
0 vərəqə (qırmızı) 1
11 qayda pozuntusu 18
"Qarabağ" debütdə çətin sınaq qarşısındaydı. Rəqibin Portuqaliyanın ən köklü klublarından biri, zəngin avrokubok təcrübəsinə malik olan “Sportinq” idi. Hər halda, Qurbanovun yetirmələri Bakıya xalla dönmək niyyətini gizlətmirdi. Bəlkə də heyətdəki itkilər olmasaydı, buna daha çox ümid edərdik. Ancaq zədəli Kintana, Slavçev və Sadıqovun adı iştirak ərizəsinə salınmamışdı. Oynaması sual altında olan Miçel isə ehtiyatda idi. Bütün bunlara baxmayaraq, "köhlən atlar"dan əzmkar oyun gözləyirdik. Dəfələrlə "boyundan yuxarı tullanan" "Qarabağ"ın bu dəfə də çətini gerçəkləşdirməsi azərbaycanlı azarkeşlərin əsas arsuzu idi.
İlk təhlükəli vəziyyət 8-ci dəqiqəyə təsadüf etdi. Matye cərimə zərbəsindən topu birbaşa qapıya ünvanlasa da, Vaqner qola imkan vermədi. Bundan sonra "Sportinq"in qapısı qarşısında iki yaddaqalan epizodu izlədik. Əvvəlcə Ozobiç cərimə meydançasında yerdə qaldı, ancaq hakim penalti təyin etmədi. Ardınca isə "Qarabağ" real qol vəziyyəti yaxaladı. Müdafiəçinin kobud səhvindən sonra Emeqara topu ələ keçirsə də, fürsəti qaçırdı. Halbuki Mahirə ötürmə etsəydi, hesab açılacaqdı. 14-cü dəqiqədə Maksimin başla həlledici müdaxiləsi təhlükənin böyüməsinə mane oldu.
Sonrakı 10 dəqiqədə hansısa ciddi həmlənin şahidi olmadıq. 24-cü dəqiqədə Ozobiç irəli şığısa da, rəqib müdafiəçi ilə mübarizədə yerdə qaldı. Bununla belə, fransız hakim qayda pozuntusu qeydə almadı. Cəmi 2 dəqiqə sonra Emeqara cərimə meydançasında topu ələ keçirsə də, qapıya zərbə endirə bilmədi. İki epizodda Gerye komandasını üçün xilaskar rolunu oynadı. O, öncə həlledici müdaxilə ilə Rafinyanın fərqlənməsinə imkan vermədi. Ardınca isə Matyenin qapıya zərbəsindən sonra topun qarşısını sinəsi ilə aldı. İlk yarının son 5 dəqiqəsində "yaşıl-ağlar" iki dəfə "Qarabağ"ın qapısı qarşısında təhlükə yaratdı. Ancaq hər iki halda Vaqner əla oynadı. Braziliyalı əvvəlcə Ristovskidən öncə topa çatıb, onu kornerə çıxardı. Cəmi 1 dəqiqə sonra isə Monteronun dabanla yaxın məsafədən vuruşu zamanı topu ələ keçirməklə matçdakı ən real qol vəziyyətini zərərsizləşdirdi.
Bir sözlə, ilk yarıda "Qarabağ" pis təsir bağışlamadı. Yalnız bəzi anlarda yersiz top itkilərini mənfi hal kimi qeyd etmək olardı. Hər halda, Qurbanovun yetirmələri rəqibdən çəkinmirdi.
İkinci hissə dinamik başladı. Təzyiqi artıran lissabonlular bunun nəticəsi kimi 54-cü dəqiqədə hesabı açdı. Naninin qapı önünə ötürməsini Rafinya dəqiq zərbəylə tamamladı. Əslində çox keçmədən "Qarabağ" "status-kvo"nu bərpa etməyə yaxın idi. Ancaq Emeqara qapıçı ilə üzbəüz epizodda Salini keçə bilmədi.
Bundan sonra Qurbanov ardıcıl iki əvəzetmə gerçəkləşdirdi. Lakin onlardan biri məcburi dəyişiklik idi. Əvvəlcə Coşqunu Miçel əvəzlədisə, zədələnən Maksim yerini Abbasa buraxdı. Ancaq bu rotasiyalar "Qarabağ"ın oyununda elə bir ciddi fərq yaratmadı. Matçın axarı Qurbanovu qane etmədiyindən o, 68-ci dəqiqədə Zubiri Arazla əvəzlədi. Bu dəyişiklikdən sonra "köhlən atlar"ın oyunu bir qədər canlandı. Lakin qonaqlar rəqibin qapısı qarşısında real qol vəziyyəti yarada bilmirdi. Əksinə, meydan sahiblərinin hücumları daha təhlükəli alınırdı. Belə vəziyyətlərdən birində Bədavi yaxşı oynadı. 82-ci dəqiqədə Ristovskinin başla vuruşu zamanı top az fərqlə qapının yanından keçdi. 88-ci dəqiqədə isə azərbaycanlı futbolsevərlərin heç-heçə ümidinin üstündən xətt çəkildi. Bədavinin kobud səhvindən sonra topu ələ keçirən Montero onu Fernandesə ötürdü. Sonuncu daha yaxşı mövqedə olan Kabralı gördü və yenicə meydana çıxan futbolçu topu tora qovuşdurmaqda çətinlik çəkmədi. Sözsüz, belə başlanğıc ağdamlıların hədəflərinə ciddi zərbə vurdu. "Qarabağ"ın oktyabrın 4-də keçiriləcək növbəti oyunda "Arsenal"ı qonaq edəcəyini də xatırladaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Bu gün, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Bu gün, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Bu gün, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Bu gün, 19:50 Qələbəyə mane olan səbəblər Bu gün, 19:48 Mahirə çıxış yolları göstərdilər... Bu gün, 19:45 Maltalılar bayram edir Bu gün, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Bu gün, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Bu gün, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Bu gün, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar