21 sen 23:04olke

Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox!

Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox!
Zaur Hacı-Məhərrəmov: “Belə başa düşdüm ki, onun “Neftçi” ilə peşəkar müqaviləsi yoxdu”
Qəzetimizin ötən sayında Vitali Borisovun futzal millisindən imtina edib mini-futbolu seçdiyini xəbər vermişdik. Joze Alesio da Silvanın Qazaxıstanla sentyabrın 23-də baş tutacaq görüş üçün açıqladığı siyahıya “Neftçi”də top qovan Vitali Borisovu, həmçinin klubsuz Seymur Məmmədovu salacağı gözlənilsə də, bu gerçəkləşmədi. Təbii ki, hər kəs kimi Vitali də seçim etməkdə sərbəstdi. Bundan sonra istəyər mini-futbol oynayar, istəyər basketbol və ya voleybol. 36 yaşı var və bu gün-sabah karyerasını başa vuracaq. Görünür, mini-futbolda ona daha çox pul təklif edirlər, o da futzal millisindən imtina edir. Ya da bir başqa səbəb ola bilər. Əslində onun Zaur Axundovdan küsməsi və etirazını bu yolla bildirməsi versiyası da inandırıcıdı. Konkret istedadlı futzalçının “Ekonomaç”dan ayrıldıqdan sonra “Araz”a qayıdacağı deyilirdi. Ancaq görünür, Axundovla ortaq məxrəcə gələ bilməməsi səbəbindən bu keçid baş tutmadı və “Neftçi”ylə anlaşdı. Mümkündü ki, bununla “məni “Araz” da istəmirsə, mən də millidə oynamıram” demək istəyir. Bizi məsələnin digər tərəfi daha çox maraqlandırır. Borisov Alesioya mini-futbol yığmasında oynamaq istədiyini deyərkən ilginc səbəb göstərib. Əsas gətirib ki, FİFA-nın “pəncərə”sinə düşən yoldaşlıq görüşündə iştirak edəcəyi halda, avtomatik peşəkar oyunçu statusu daşıyacaq. Belədə mini-futbolda çıxış edə bilməyəcək. Bu yerdə sual yaranır: “Neftçi” ilə yüksək liqada çıxış edən Vitali peşəkar oyunçu deyil? Hələ xəbərin izinə düşəndə şübhələrimizi dilə gətirmişdik ki, ola bilsin, təcrübəli futzalçı yeni klubu ilə peşəkar müqavilə bağlamayıb. Mövzuya qayıdacağımıza söz vermişdik və beləliklə, araşdırmamızı davam etdirdik. Şübhəmizdə yanılmamışıq…
Quliyev “iz azdırdı”…
Əvvəlcə mini-futbol yığmamızın baş məşqçisi Elşad Quliyevi aradıq və öyrəndik ki, həftədə üç dəfə olmaqla keçirilən məşqlərə Vitali də qatılır: “Toplanış ilin sonuna planlaşdırılıb, qoy hələ çempionat başlasın, yığmaya namizədlər forma yığsın. Buna baxmayaraq, həftədə üç dəfə olmaqla yığışıb məşq edirik. Məşqlər “Azfar”ın Böyük Şordakı meydanında keçirilir. Borisov da bizimlədi. Onun futzal millisindən imtina etməsi barədə dəqiq nəsə deyə bilmərəm. Bu onun öz seçimidi. Ola bilsin, hansısa səbəbləri var. Bəlkə “Araz”a götürmədiklərinə görə kimdənsə küsüb. Sağ olsun “Neftçi” rəhbərliyi, onu komandaya götürdü. Amma hamımız bilirik ki, “Neftçi” o maaşı vermir axı. Vitali qəpik-quruşa oynamalı futzalçıdı? Futzal Federasiyası belə oyunçuları saxlamaq, maddi təminatı üçün büdcədən müəyyən vəsait ayırmalıdı. Bəyəm çox futzalçımız var? Yeni nəsil yetişmirsə, Vitali kimiləri niyə məhv edirik? Təbii ki, bu mənim öz yanaşmamdı. O ki qaldı onun peşəkar status daşıyıb-daşımaması ilə bağlı məsələyə, “Neftçi”də oynaması onun mini-futbol millisində çıxışına mane olmur. Yəni qışa qədər futzal oynaya bilər. Çünki futzal millisi rəsmi oyunlara gələn il çıxacaq. 2019-cu ildə dünya və Avropa çempionatları, Çempionlar Liqası baş tutacaq. Vitali gələn il futzal millisində çıxış etsə və ya ÇL-də oynasa, mini-futbol oynaması mümkünsüz olacaq”.
…Hüseynov “nala-mıxa vurdu”…
Göründüyü kimi, Elşad Quliyev Vitalinin mini-futbol yığmasına cəlb olunduğunu təsdiqləyir. O məsələnin ikinci tərəfidi ki, futzal millisindən sırf mini-futbola görə imtina etmədiyini, bunun başqa səbəblərinin ola biləcəyini deməklə bir növ “iz azdırdı”. Bir daha vurğulayırıq ki, bizə məsələnin məğzi – peşəkar liqada çıxış edən futzalçının mini-futboldakı məlum qadağadan (qeyd: mini-futbolda son bir ildə həvəskar status daşıyan oyunçular çıxış edə bilər) yayınmasıdı. “Neftçi” Borisovla peşəkar əsasda müqavilə bağlayıbmı? Klubun direktoru Ruslan Hüseynovu dinləyək: “Neftçi” maaşı müqaviləyə əsasən verir. Klubumuzda 37 idman növü var və heç biri müqaviləsiz maaş verə bilməz. Digər oyunçularımız kimi, Vitali üçün də Futzal Federasiyası tərəfindən tələb edilən sənədlər əsasında lisenziya almışıq. Onun özü ilə işçi müqaviləsi imzalanıb. Həm də bildiyimə görə, yanvar ayına qədər peşəkar müqaviləsi olan futzalçı da mini-futbol oynaya bilər”.
…federasiya rəsmisi etiraf etdi
Nəhayət, bizi qane edən izahatı və etirafı Futzal Federasiyasının əlaqələndiricisi Zaur Hacı-Məhərrəmovdan ala bildik. Qurum rəsmisi “yüksək liqa peşəkar liqadısa, çempionatda oynayan futzalçı həvəskar sayıla bilərmi və ümumiyyətlə, onun mini-futbolda çıxış etməsi üçün futzal millisindən imtinasına ehtiyac qalırmı” iradı ilə razılaşdı, bu sahədə boşluq olduğunu etiraf etdi: “Vitalinin seçimi mənə də aydın deyil və açığı, buna görə kefim də pozuldu. İllərlə futzal millisində çıxış edib, birdən-birə belə qərar verməsi qaranlıq qaldı. O ki qaldı onun statusuna, bəli, yüksək liqa peşəkar liqadı. Ancaq biz bu mövsüm üçün komandalardan peşəkar müqavilə tələb etmədik. Daha doğrusu, kimdə varsa, onlardan aldıq. Yəni kimin müqaviləsi varsa, onlara dedik ki, həmin sənədi gətirin. Çempionatın digər iştirakçılarından rəsmi müqavilə tələb etmədik, çünki belədə liqada 3 komanda qalardı. Status peşəkardı, sadəcə, sponsorlara maliyə cəhətdən dəstək olsun deyə, rəsmi müqavilə tələb edilmədi. Bir sözlə, lisenziya qaydalarındakı dərinliyə getmədik. Bunu gələn ilə planlaşdırırıq. Qəzetinizə əvvəlki müsahibəmdə də demişdim, bu mövsüm yeni rəhbərlik üçün təcrübə olacaq. Üzə çıxan boşluqları növbəti mövsüm ərəfəsində həll edəcəyik, illərlə yığılıb qalmasına imkan verməyəcəyik. Bu mövsüm üçün başlıca məqsəd çempionatı başlamaq idi. Problemləri tədricən həll edəcək, tələbləri get-gedə sərtləşdirəcəyik. Mənə maraqlıdı, neçə komanda bu tələblərə uyğun gələcək, lisenziyanın tam şərtləri müqabilində gələn il iştirakçı sayını 8-ə çatdıra bilərikmi? Oyunçularla rəsmi müqavilə tələb etsəydik, “Liman”, “Yasamal”, “Xəzər Cənub”la bağlı əngəllər ortaya çıxacaqdı. Çünki heyətlərində kifayət qədər iranlı oyunçular var. Bəli, mən də sizin kimi belə başa düşdüm ki, Vitalinin “Neftçi” ilə peşəkar müqaviləsi yoxdu. Biz hələ ki klubun üzərinə getməyəcəyik. “Neftçi” çempion olsa, biz bu komandadan müqavilələri tələb edəcəyik. Çünki bizdən fərqli, ÇL üçün FİFA bunu tələb edir. Yeri gəlmişkən, FİFA federasiya qarşısında mütləq şərt qoymur ki, yerli çempionatda rəsmi müqaviləsi olmayan futzalçı çıxış edə bilməz. Milli çempionatlarla beynəlxalq yarışlar üçün lisenziya şərtləri fərqlənir. Amma təbii ki, biz bu məsələni növbəti mövsümdən yoluna qoyacağıq”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar