22 sen 01:39olke

Adil Məmmədov 60-ı geridə qoydu

Adil Məmmədov 60-ı geridə qoydu
“Həmin məğlubiyyətlər mənə böyük zərbələr vurub”
Adil Məmmədovu ölkə futbolunu yaxından izləyənlər yaxşı tanıyır. “Kəpəz”in sadiq və qocaman azarkeşi dünən 60 yaşını qeyd etdi. “Xəmsə” fanklubunun yaradıcısı və rəhbəri daim Gəncə komandasının yanında olub, isti-soyuq demədən sevimlisini dəstəkləyib. Daim tribunlarda görməyə adət etdiyimiz Adil dayının (əksəriyyət onu məhz belə tanıyır – F.) son illərdə səhhətində problem yaranıb. Bu üzdən stadionlardan bir qədər uzaq düşüb. Dünən yubliyarla əlaqə saxlayıb, 60 ili vərəqlədik.
- Doğum gününüzü təbrik edir, sizə uzun ömür, cansağlığı arzulayırıq.
- Çox sağ ol, bacıoğlu. Allah razı olsun.
- Yubileynizi necə qeyd etmək fikrindəsiz?
- Ailəmlə birgə. Sabah da əməliyyata girməliyəm. Əslində əməliyyat bu günə təyin olunmuşdu. Ancaq həkimdən xahiş etdik və bir gün sonraya saxladılar. Bu gün ailə-uşaq yığışacaq, qeyd edəcəyik. Yeri gəlmişkən, sentyabrın 25-də evliliyimin də 35 ili tamam olur. Odu ki, iki yubileyi bir yerdə keçiririk.
- Hələ ki günortadı. Yəqin ki, günün ikinci yarısında da təbrik mesajları alacaqsız. Bəs bu saata qədər kimlər doğum günü münasibətilə sizi yada salıb?
- Artıq gecədən etibarən uşaqlar “feysbuk” səhifəmdə təbrik ediblər. Təxminən 50-60 belə mesaj almışam. Zəng edənlər də çoxdu. “Kəpəz” də mənə sürpriz hazırlayıb. Dedilər “gələ bilirsənsə, Zaqatalaya gəl”. Ancaq səhhətimdəki problemlə əlaqədar gedə bilmədim. Nə hazırladıqlarını bilmirəm. Yəqin ki, sabah-birisigün göndərərlər.
- Bəs futbolçulardan kimsə təbrik edib?
- Hələ ki futbolçulardan heç kim zəng etməyib. Etibar İbrahimov “vatsap”da yazıb, Elmar Əliyev də mesaj göndərib. Əslində futbolçular tez-tez mənimlə əlaqə saxlayırlar. Ola bilər, başları qarışıqdı. Yəqin zəng edib təbriklərini çatdıracaqlar.
- Geridə qoyduğunuz 60 ilin nə qədərini tribunada keçirmisiz?
- Fanklub rəhbəri kimi 9 ildi stadionlardayam. Ancaq ilk dəfə 10 yaşımda qardaşım məni Moskva “Dinamo”su ilə Gəncə “Dinamo”su arasında keçirilən oyuna aparmışdı. Tribunadan izlədiyim ilk oyun həmin qarşılaşma oldu. Ondan sonra imkan daxilində stadiona gedirdim. Uşaqlarla yığışıb, bir yerdə gedib oyunlara baxırdıq. Fanklub yox idi, sadəcə, tanış uşaqlarla bir yerdə komandamıza dəstək olurduq. Özümüzün də komandamız var idi. O vaxt “Sevinc kuboku” keçirilirdi, ona qatılırdıq. Özüm də futbol oynamışam. Amma böyük futbol qismət olmayıb. Elə uşaq vaxtı oynamaqla vidalaşdım. Zavodda işlədiyim müddətdə isə yığışıb oyunlara baxmağa gedirdik. 2009-cu ildən etibarən “Xəmsə” fanklubunu yaratdıq və artıq fəal olaraq, tribunalardan dəstək nümayiş etdirdik. 80-90 faiz matçları buraxmamağa çalışırdım. Hətta komandamız birinci divizionda oynayanda da onun yanında idik. Elə vaxt olurdu ki, tək gedirdim. Oyuna baxmaq üçün Bakıdan Gəncəyə maşın sürürdüm. Oğlum futbolla məşğul olandan sonra daha da həvəsə gəlmişdim. Sanki gənclik vaxtlarında etmək istədiklərim üzə çıxdı. Elnurun oyunlarına getdikcə, tribunaya daha çox alışdım. Daha sonra “Kəpəz” qayıtdı. Biz də söz verdiyimiz kimi “Xəmsə”ni yaratdıq.
- Dediniz ki, oğlum futbolla məşğul olurdu...
- Ailəmizdən təkcə Elnur futbol oynayırdı. O da axıra kimi getmədi. “Xəzər Lənkəran”ın əvəzedicilərində oynadı, daha sonra “Masallı”da çıxış etdi. Birinci divizionda çempion oldular, elitada bir il oynadı. Daha sonra “Masallı” dağıldı. Elnur yenidən “Xəzər Lənkəran”a qayıtdı, qısa müddət oynadı, ardınca inzibatçı işlədi. “Kəpəz” yarananda doğma komandaya gəldi, məşqlərdə iştirak etsə də, zədə aldı və futbolçu karyerasını bitirdi. Artıq 32 yaşı var və başqa işdə çalışır.
- Özünüz də vurğuladığınız kimi, 9 ildi fəal şəkildə tribunalardasız. İstidə-soyuqda “Kəpəz”ə dəstək olmusuz. Bəlkə də səhhətinizdəki problemin yaranma səbəblərindən biri də tribunalarda olmağınızdı. Buna görə peşman deyilsiz?
- Xeyr. Mən heç vaxt Gəncə, “Kəpəz” uğrunda etdiklərimə görə peşman olmamışam və olmayacam. Çox şadam ki, dostlar, tanışlar, Gəncə sakinləri əməyimizə qiymət verir. Məni Nizami yurdunda görəndə yaxınlaşırlar, hal-əhval tuturlar. Onların hamısından razıyam. Buna görə də peşman deyiləm.
- “Kəpəz”in hansı qələbəsinə ən çox sevinmisiz?
- “Neftçi”ni Bakıda 3:2 hesabı ilə udduğumuz oyunda.
- Bəs sizi ən çox məyus edən məğlubiyyət hansıdı?
- Ən çox məyus olduğum çox oyun olub. Böyük hesabla uduzduğumuz qarşılaşmalar mənə çox pis təsir edib. Çünki 90-cı illərin sonu – 2000-ci illərin əvvəllərində biz başqalarını darmadağın edərdik. Lakin son illərdə üzləşdiyimiz böyükhesablı məğlubiyyətlər mənə böyük zərbələr vurub.
- “Kəpəz”in Avroliqada mərhələ adlaması haqda düşüncələriniz necədi?
- Mən düzünü deməyi xoşlayıram. Azarkeşlər məndən inciməsin, amma “Kəpəz” öz gücünə Avroliqaya vəsiqə qazanmadı. “Zirə”, “İnter” gedə bilmədi, 5-ci yeri tutan komandamıza yol açıldı. İstərdim ki, 1-3-cü yerlərdən birinin sahibi kimi Avroliqaya yollanaq. Bununla belə, mərhələ adlayanda mən də böyük sevinc hissi yaşadım.
- Necə düşünürsüz, “Kəpəz”in ən uğurlu baş məşqçisi kim olub?
- Təbii ki, Mehman Allahverdiyev. Tarixi silmək olmaz. Onun haqqına girə bilmərəm. Başqa birinin adını çəksəm, özüm vicdan əzabı çəkərəm. O kişinin zəhməti böyükdü. 4 ölkə kuboku, 3 çempionluq yaşadıb. Hələ 2-3-cü yerləri tutmağımızı demirəm. Hər şeyi haqqına danışmalıyıq.
- Ürəyinizə yol tapan futbolçularıdan kimlərin adını çəkə bilərsiz?
- Çoxdu... İmamyar və Yadigar Süleymanov qardaşları, Füzuli Allahverdiyev, Rövşən Əhmədov, Mahmud Qurbanov, Yunis Hüseynov, Vidadi Rayev, Elbrus Abbasovun adını çəkərdim. O qədər çoxdu ki, saymaqla bitmir. Elə Şahin Diniyevin rəhbərliyi altında top qovan oyunçulardan da bir neçəsini fərqləndirə bilərəm. Bir sözlə, belə futbolçular kifayət qədərdi.
- Yubileyinizi qeyd etdiyiniz ərəfədə “Kəpəz”in birinci divizionun sonuncusu olması sizə necə təsir edir?
- Açığı, turnir cədvəlinə baxmaqdan çəkinirəm. Çalışıram ki, sıralamaya baxmayım. Təəəssüflənirəm, mənim üçün çox ağırdı.
- Komandanın bu gün “Zaqatala” ilə oyunda (söhbət dünən, matçdan öncə olub - F.) ilk qol və ilk xalla yubileyinizi təbrik edəcəyini gözləyirsiz?
- İnşallah, gözləyirəm. Hətta ən güclü rəqiblə dueldən öncə belə məğlubiyyət haqda düşünmürəm. Həmişə “Kəpəz”ə inanmışam. İlk qol və ilk xal olsa, bunu özümə hədiyyə sayaram. Sizə də təşəkkür edirəm ki, məni yaddan çıxarmırsız.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Bu gün, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb Bütün xəbərlər
Ən çox oxunanlar