21 sen 00:22olke

Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək”

Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək”
Joze Peseyru: “Qarabağ” təəccübləndirməyi bacaran komandadı”
Qurban Qurbanovun mətbuat konfransının Bakı vaxtı ilə saat 21.30-da başlaması nəzərdə tutulsa da, biz azərbaycanlı jurnalistlər saat 20.50-də “Joze Alvalade”nin giriş qapısındaydıq. Mühafizəçilərin yoxlamasından və müəyyən sorğu-sualdan sonra konfrans zalına daxil ola bildik. Möhtəşəm stadionda gördüklərimi və yaradılan şərait haqda Bakıya qayıdandan sonra qələmə alacağım təəssürat yazımda nəzərinizə çatdıracam. Bu gün onu qeyd edim ki, Qurbanovun mətbuat konfransında nadir hallarda görə biləcəyimiz hadisə yaşanmışdı. Belə ki, sorğu-sualda tək biz yox, yerli media mənsubları - “A Bola”, “Record” kimi tanınmış nəşrlərdən olan həmkarlarımız da iştirak edirdi. Jurnalistlər önünə Qurban Qurbanovla yanaşı, Filip Ozobiç də çıxdı.
Öncə baş məşqçi matçla bağlı fikirlərini bildirdi: “Qrupda ilk oyuna çıxacağıq. Bizi ciddi rəqibə qarşı oyun gözləyir. “Sportinq” kifayət qədər təcrübəyə malik komandadı. Bir az problemlərimiz var. İstənilən halda matça yaxşı hazırlaşmışıq. Rəqibi yaxından tanımağa çalışmışıq. Fikrimcə, hər birimiz üçün maraqlı oyun olacaq”.
Ardınca söz Ozobiçə verildi: “Sportinq”in yaxşı futbolçulara sahib güclü komanda olduğunu bilirik. Baş məşqçi bizə rəqibin üstün və zəif cəhətləri haqda məlumat verib. Bizim işimiz həmin tapşırıqları yerinə yetirməkdi. Bacarsaq, sərfəli nəticəyə imza ata bilərik”.
- “Sportinq”in hansı keyfiyyətlərini xüsusi qeyd edə bilərsiz?
- Q.Q.: Təbii, bu gün üstünlük “Sportinq”in tərəfindədi. Öz meydanlarında çox aqressiv və fəal oynayırlar. Bunları bilirik. Sözsüz, bizim üçün ağır olacaq. Rəqibi yaxından tanımağa çalışmışıq. Futbolçuların bacardığının ən yaxşısını meydanda qoyacağına inanıram.
- Meydana çıxması sual altında olan Miçellə Rəşadın durumu nə yerdədi? Sabah onları meydanda görə biləcəyik?
- Q.Q.: Rəşadın oynamayacağı dəqiqdi. Bu haqda artıq qərar verilib. Miçelin meydana çıxıb-çıxmayacağı isə sabah bilinəcək. İndi dəqiq söz deyə bilmərəm.
- “Sportinq” “doğma divarlar” arasında xoş təsir bağışlayır. Üstəlik, sənin də dediyin kimi, güclü komandadı. Bakıya azı 1 xalla qayıtmaq üçün nəyə ümid edirsiz? Yəni nə köməyinizə çata bilər?
- F.O.: Bəli, rəqib yetərincə güclü komandadı. Amma biz bura yaxşı nəticə dalınca gəlmişik. İstəyimizə çatmaq üçün son dəqiqəyə qədər meydanda əlimizdən gələnin ən yaxşısını edəcəyik.
- Rəqib “Qarabağ” haqda geniş məlumata sahib deyil. Bu sizin üçün üstünlük sayıla bilərmi?
- Q.Q.: Məlumatsız olduqlarını düşünmürəm. Ola bilsin, komandadan kənarda haqqımızda eşitməyiblər, “Qarabağ” haqda bilgiləri azdı. Bəlkə də klub saytı “Qarabağ”ı Ukrayna təmsilçisi kimi təqdim etdiyinə görə bu sualı verdiz. Əlbəttə, belə hallar olmalı deyil. Hər bir klub rəqibin hansı ölkəni təmsil etdiyini və hansı komanda olduğunu bilməlidi. Bu gün baş məşqçilərinin açıqlamaları ilə tanış oldum. Başa düşdüm ki, bizi lazımi qədər təhlil ediblər, izləyiblər. Hətta oyun üslubumuzu da incələyiblər. Belə deyim, lazım olan məlumatlara sahibdilər.
- Siz eyni zamanda həm də millinin baş məşqçisisiz. Bu yaxınlarda Azərbaycan yığması Kosovo və Malta ilə oyunlar keçirib. “Sportinq”i təhlil etməyə vaxtınız olub?
- Q.Q.: Çətindi. Bu haqda mənə çox sual verilib, cavablamışam. Millidə və “Qarabağ”da çalışmaq mənim üçün məsuliyyətdi, şərəfdi. Vaxtım az olsa da, rəqibləri təhlil etməyə çalışıram. İşimi sevə-sevə görürəm və bundan zövq alıram.
- Bas Dost oynamayacaq. Buna görə rahat yata bilərsiz?
- Q.Q.: Əfsuslar olsun ki, “Sportinq” bir oyunçudan asılı deyil. Belələrinin sayı çoxdu. Daim işimizi düzgün görüb, rahat yatmağa çalışırıq. Rəqib kollektiv futbol sərgiləyir. Konkret kimdənsə asılı olduqlarını düşünmürəm.
- Simeon Slavçev zədəli olsa da, Lissabona gəlib. Onunla danışmısız, faydalı məlumatlar ala bilmisiz?
- Q.Q.: Slavçevin bu oyunda iştitak etməsini çox istərdim. Lakin zədəyə görə oynaya bilməyəcək. Çox nadir hallada futbolçulardan məlumat alıram. Bu gün burda deyilsə, inanmıram ki, əlində dəqiq bilgi olsun. Həm də xeyli vaxtdı “Sportinq”də deyil. Ona görə də ehtiyac görmədim.
- “Sportinq”də rəhbər dəyişikliyi baş verib. Bu amil xeyrinizə ola bilər?
- Q.Q.: Dəyişiklik olanda istək artır. Üstəlik, bu komandanın heyətində aqressiv futbolçular var. Fikrimcə, sabah daha istəkli və aqressiv olacaqlar. Əksinə, rəhbər dəyişikliyi əleyhimizə işləyə bilər.
- “Qarabağ” Azərbaycanın işğal olunmuş bölgəsini – Ağdamı təmsil edir. Bunun sizin üçün əhəmiyyəti nə qədərdi?
- Q.Q.: Bu cür böyük turnirlərdə iştirak etmək işğal altında olan torpaqlarımızı tanıtmaq yolunda yaxşı vasitədi. Baş məşqçi kimi əlimə yaxşı fürsət düşübsə, bundan maksimum yararlanmağa çalışıram. İndiyə qədər çox ölkələrdə olmuşuq. Ümid edirəm ki, getdiyimiz yerlərdə həmin torpaqların bizə məxsus olduğunu biliblər. Bundan sonra da bu cür qalacaq.
- Bu komandanı çalışdırmaq sizin üçün nə dərəcədə əhəmiyyətlidi?
- Q.Q.: Düzdü, 10 ildi bu komandadayam. İndiyə qədər məsuliyyətli işləməyə çalışmışam. Zamanla bundan da artığını etməyə çalışacağıq.
- “Qarabağ” səhvən Ukraynanın komandası kimi təqdim olunub. Sizə elə gəlmir ki, bu, təsadüf yox, təxribatdı?
- Q.Q.: Belə olduğuna inanmıram. Heç inanmaq da istəmərəm. Bu cür böyük klublarda ancaq texniki səhv ola bilər. İlk dəfədi Portuqaliya təmsilçisi Azərbaycan komandası ilə qarşılaşır. Ola bilsin, bunun nəticəsidi.
- Gəlişindən sonra Riçard Almeydanı layiqincə əvəz edəcəyini gözləyirdilər. “Şerif”lə oyunda qol vurdun və get-gedə öz oyununu tapdığını görürük Bu cür gözləntilər səni sıxmır ki? Sabah meydanda ən yaxşı kimi səni görə bilərik?
- F.O.: Riçard yaxşı futbolçudu. Hər zaman oyununu bəyənmişəm. Onun öz keyfiyyətləri var, mənim öz cəhətlərim. Komandanın bir parçası kimi əlimdən gələnin ən yaxşısını etməyə çalışacam.
35 dəqiqəlik mətbuat konfransından sonra sıra “Qarabağ”ın oyunöncəsi son məşqinə çatdı. İlk 15 dəqiqəsini izləyə bildiyimiz hazırlıqda diqqətimizi çəkən əsas məqam Rəşad Sadıqovun, ümumiyyətlə, meydanda olmaması idi. Kapitan nə kollektiv, nə də fərdi çalışmalarda iştirak etdi. Miçel əvvəldən kollektivlə birgə hazırlaşsa da, digər zədəlilər – Dani Kintana ilə Simeon Slavçev bir qədər sonra onlara qoşuldu. Məşqə baxdığımız müddətdə ciddi heç nə görə bilmədik. Çünki futbolçular toplu çalışmalara start verəndə biz arenanı tərk etdik.
Yeri gəlmişkən, dünən Bakı vaxtı ilə saat 16.30-da rəqib komandanın baş məşqçisi Joze Peseyru jurnalistlər önünə çıxmışdı. Portəgiz mütəxəssis komanda ilə bağlı bir çox sualları cavablasa da, bizim üçün maraqlı olan fikirləri bunlar idi: “Qarabağ” təəccübləndirməyi bacaran komandadı. Bunu ötən mövsüm Çempionlar Liqasında bir daha sübut etdilər. Bu komanda son beş ildə ölkəsinin çempionu olub və o vaxtdan bu yana hər il avrokubokların qrupunda oynayır. Qrupda bizi yarımfinalda mübarizədən kənarlaşdıran “Atletiko” ilə oyunlarda məğlub olmamışdılar. Rəqib topla davranmağı, oyuna nəzarət etməyi sevən komandadı. “Qarabağ”ı tanıyır, özümüzün nəyə qadir olduğumuzu bilirik. Bu oyun üçün planımız və tapşırığımız var. Ən əsası rəqibə hörmətlə yanaşmalıyıq... “Sportinq” ötən avrokubok mövsümündə yarımfinala yüksələcəkdi. Qarşımızı “Atletiko” kəsmişdi. Bu isə o deməkdi ki, yaxşı şeylər etməyi bacarırıq. Bunun üçün isə ilk oyuna qələbə ilə başlamalı və ən əsası rəqiblərimizlə müqayisədə daha çox qol vurmalıyıq. Bəzən top fərqi həlledici rol oynayır. Sonda azarkeşləri stadiona səsləyirəm. Ümid edirəm ki, sabah onların dəstəyi möhtəşəm olacaq”.
HƏBİB, Lissabon
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar