18 sen 22:13olke

Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi

Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi
“Baş üstə" deyənlər cərgəsinə qoşulub bir parça çörəyi düşünmək bizlik deyil”
Ötən həftə yığma Millətlər Liqasında Malta səfərindən xal itkisi ilə döndü və nəticədə Qurban Qurbanovla yanaşı, AFFA da tənqid hədəfinə tuş gəldi. Ancaq assosiasiya dərhal gündəmi dəyişdi. Hakimlər və Hakim-İnspektorlar Komitələrinin sədrləri Xaqani Məmmədovla Əli Hüseynov göndərildi. İki komitə birləşdirildi və avstriyalı Frits Stuxlikə etibar edildi. Yeni komitənin strukturu qarşıdakı iki həftə ərzində formalaşdırılmalıdı. Artıq baş katib Elxan Məmmədovun və komitə üzvlüyünə namizəd olan bir neçə şəxsin iştirakı ilə görüş keçirilib. Sabiq hakim Tahir Süleymanov, “persona-non-qrat” elan olunan Anar Salmanov, Hakim-İnspektorlar Komitəsində çalışan Vüsal Əliyev, futbol mütəxəssislərindən Vaqif Sadıqov, Arif Əsədov və başqaları görüşə dəvət olunub. Məlum səbəbdən cəzalanaraq hakimlikdən uzaqlaşdırılan, FİFA referiliyindən məhrum edilən Babək Quliyev iclasda iştirak etməsə də, onun da “əfv”i gündəmdədi. Həftəsonu çempionat matçlarından birində Anar Salmanov və Stuxliklə bir yerdə görüntüləniblər. Özü də bunu təkzib etmədi, ancaq hakimliyə dönməklə bağlı danışmaq üçün tez olduğunu dedi: “Mən komitədəki görüşdə iştirak etməmişəm, çağıran olmayıb. Yeni sədrlə “Bakcell Arena”da qarşılaşdıq. Salmanovla birgə oyuna baxmağa getmişdik, o da gəlib yanımızda oturdu. Tanış olduq, ümumi söhbətimiz oldu, hakimlikdən danışdıq. Başqa heç nə”.
Anar Salmanov isə AFFA-dakı görüş barədə bunları dedi: “Mənə AFFA-nın mətbuat xidmətindən Firuz müəllim zəng vurub çağırdı. Getdim, iştirak etdim. Məndən başqa, Tahir müəllim, Vüsal müəllim və başqaları da var idi. Ümumilikdə 12 nəfər idik. Konvensiya haqda məlumat verildi, yeni komitənin strukturu barədə danışıldı. Amma konkret üzvlüklə bağlı söhbət olmadı. Buna Stuxlik qərar verəcək. Bilmirəm, mən ora seçiləcəm, ya yox, amma Azərbaycan hakimliyinin inkişafına kömək etməyə hazıram. Təkcə mən yox, Babək müəllim də. O, FİFA-nın ikinci kateqoriyasına və istedadlar qrupuna düşən ilk hakimimiz olub. Mən də FİFA hakimi olmuşam. Bu gün üçün hakimliyə dönməyim gündəmdə deyil. Baxmayaraq ki, 37 yaşım var, məsləhət olsa, premyer-liqa oyunlarını idarə edə bilərəm. Ancaq indiki məqamda söhbət Hakimlər Komitəsinə üzv olmaqdan gedir. Məsələyə qarşıdakı günlərdə aydınlıq gələcək”.
Əvəzində Tahir Süleymanov iclasda iştirak etməsinə rəğmən, komitə üzvü olmaqdan imtina edib. Səbəbi ilə bağlı geniş izahat verdi: “Bəribaşdan qeyd edim ki, Azərbaycan hakimlik məktəbi dünya futbol tarixinə öz adını yazdırıb. Çox az ölkənin hakimləri dünya və Olimpiya Oyunlarının finallarını idarə edib. Zəngin hakimlik məktəbimiz var. Hakimlik Azərbaycan futbolunun ruhundadı. Hər 5-6 ildən bir yeni-yeni istedadlarımız üzə çıxır. Müstəqillik illərimizdə böyük perspektiv vəd edən istedadlarımız qərəzli mövqe ilə üzləşdi. Bu sarıdan Əliyar Ağayevin bəxti gətirdi və özünü doğrultmaqda davam edir. Təəssüf ki, son 15-20 ildə hakimlik məktəbi ənənələri dağıdılıb. Bunun da səbəblərini hər kəs bilir. Gedənin arxasınca danışmazlar. Zamanında sözümüzü demişik.
UEFA-nın tövsiyəsinə uyğun iki komitə birləşdirildi. Komitələrlə bağlı qəti addımlar 6-7 klubumuzun çempionluq uğrunda oynadığı vaxtlardan atılmalıydı. İndi isə cəmi 8 komandalı çempionatımız var. Digər tərəfdən, dəyişikliyə qərar verilirdisə, çempionat bitəndən sonra təhlillər aparıb addımlar atmaq lazım idi. Belədə tanışlıq, hazırlıq, UEFA tələblərinə uyğun sistemin tədbiqinə vaxt olacaqdı, hakimlər daha səmərəli hazırlaşa biləcəkdi. Son turda qeydə alınan biabırçı hakim səhvləri təkcə uzun illər bərqərar olmuş bərbad durumun nəticəsi deyil, həm də son məlum dəyişikliklərlə bağlıdı.
Ümumilikdə isə görüşdə hakimliklə bağlı mövcud durum, gələcək perspektivlər haqda geniş fikir mübadiləsi aparıldı. AFFA-nın baş katibi Elxan Məmmədov avstriyalı ilə yanaşı, iştirakçıları təqdim etdi və komitənin tanışlıq xarakterli ilk toplantısı geniş tərkibdə aparıldı. Təcrübəli hakimlərlə yanaşı, Vaqif Sadıqov, Arif Əsədov, Firuz Abdulla və başqa sahələrə cavabdehlik daşıyan şəxslər də iştirakçılar arasında idi.
Avstriyalı mütəxəssis Azərbaycan hakimliyinə nə verə bilər? İlk öncə xüsusi vurğulayım, hakimlik məktəbimizdə bu sahəni qaldıracaq mütəxəssislərimiz var. Dünya, Avropa, keçmiş SSRİ məkanında sayılıb-seçilən hakimlərimiz öz bacarığı, nüfuzu ilə seçilib. Tofiq Bəhramov üzün illər SSRİ hakimlərinin təlim-məşq toplanışlarına davamlı rəhbərlik edib. 20 ilə yaxındı Azərbaycan hakimliyinin "bir aktyorun teatrı"na çevrilməsi hakimlik məktəbimizin, bacarıqlı mütəxəssislərimizin günahı deyil. Azərbaycanın sayılıb-seçilən hakimlik ənənələrini "unudub" UEFA-dan mütəxəssis köməyi diləməyə ehtiyac yox idi. Qeyd etdiyim kimi, öz bacarıqlı mütəxəssislərimiz var. Bu onların günahı deyil ki, on illərdi şans verilməyib. Digər tərəfdən, çətin iqtisadi dönəmdə belə əcnəbi sevgisindən əl çəkilmir. Avstriyalıya ödənilən vəsaitlə Region Liqasının maddi problemlərini həll etmək və ya divizionda bölgə klubu saxlamaq olar.
"Yağ-bal" içində olmuş futbolumuza Gede, Toşak, Starkov, Adams, Nikolov, Afşar, klublara sırınan əcnəbi idman direktorları, Lippert və digər əcnəbilər nə verdilər?! Milliyə futbolçu tapılmır. Milyonlar isə ciblərə axdı. Halbuki klub səviyyəsində uğurlar qazananlar yerli mütəxəssislər, məşqçilərimiz olub. Özümüz özümüzə dəyər verməliyik. Hətta Kollina Ukraynada, Rozetti Rusiyada heç bir ciddi uğur qazanmadılar.
Komitə üzvlüyündən imtina etməyim kimlərəsə qarşı etiraz deyil. İndi olduğu kimi, dəvətlər hər zaman olub. Dəfələrlə görüşlərimiz olub və bundan sonra da olacaq. Biz futbolun müxtəlif sahələrində öz işimizi sübut etmiş insanlarıq. Xırdalı-böyüklü dəvətləri dəyərləndirərək seçim hüququnu hər hər zaman özümüzdə saxlamışıq. Bacarığı olan insanlar üçün vəzifə, pul ikinci dərəcəlidi, əsas insanın özünün özünə dəyər verməsidi. "Bir parça çörək" psixologiyası, "baş əymə" əməliyyatları Azərbaycan futbolunu iflic vəziyyətə salıb. Futboldan xəbəri olmayanlar Azərbaycan futbolunun bütün sahələrini zəbt edib. Onlara baş əyənlər isə daha acınacaqlı durum yaradıb. Futbol işini bacaran şəxsiyyətlərin sayəsində inkişaf edir. Baş əyənlərdə qalibiyyət ruhu ola bilməz. Ona görə də epidemiya halını alan məğlubiyyət ruhu Azərbaycan futboluna aşılanır. Uğur qazananlar isə mühasirəyə alınır, qarşıları kəsilir.
İndi təklif olunan komitə üzvlüyünü 90-cı illərin əvvəllərində, gənc yaşlarımızda dahi Tofiq Bəhramov və digər təcrübəli hakimlərimizlə birgə formalaşdıraraq, inkişaf edərək, təcrübə toplayaq bu günlərə gəlmişik. O vaxtlar indi futbolda olan təsadüflərin bir çoxu bağçaya gedir, məktəbdə əlifbanı öyrənərək futbola “yutbol”, “şutbol” deyirdilər. "Baş üstə" deyənlər cərgəsinə qoşulub bir parça çörəyi düşünmək bizlik deyil”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Bu gün, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Bu gün, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Bu gün, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Bu gün, 19:50 Qələbəyə mane olan səbəblər Bu gün, 19:48 Mahirə çıxış yolları göstərdilər... Bu gün, 19:45 Maltalılar bayram edir Bu gün, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Bu gün, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Bu gün, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Bu gün, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar