13 sen 23:04olke

Şans qazanmayanlar ümidini itirmir

Şans qazanmayanlar ümidini itirmir
Rəhman Hacıyev: “Baş məşqçi düzgün bildiyini edib”
Millətlər Liqasının ilk iki oyunu üçün Qurban Qurbanovun yığmaya dəvət etdiyi bəzi futbolçular nə Kosovo, nə də Malta ilə matçda meydanda göründülər. Bəxtiyar Həsənalzadənin adı, ümumiyyətlə, heç bir qarşılaşmada “23-lüy”ə salınmamışdısa, Namiq Ələsgərov Kosovo, Ruslan Qurbanov Malta ilə oyunda eyni aqibətlə üzləşdi. Cavid Hüseynov, Rəhman Hacıyev, Məhəmməd Mirzəbəyov, Coşğun Diniyev, Rahid Əmirquliyev, Rahil Məmmədov və qapıçılar Emil Balayevlə Şahruddin Məhəmmədliyev isə hər iki qarşılaşmanı ehtiyat oyunçular skamyasından izlədi. Geridə qalan iki oyunla bağlı bu futbolçuların da fikirlərini öyrənməyi lazım bildik.
Öncə “Sumnqayıt”ın müdafiəçisi, ilk dəfə ölkənin əsas komandasının düşərgəsinə cəlb olunan Bəxtiyar Həsənalızadə ilə əlaqə saxladıq: “23-lük”dən kənarda qalmağım baş məşqçinin qərarı idi və ona da hörmətlə yanaşıram. Ola bilsin, Qurban müəllim hansısa nüansları nəzərə alaraq məni kənarda saxladı. Əas odu ki, 2 həftəyə yaxın millinin düşərgəsində oldum, yığma üzvləri ilə birgə hazırlıq keçdim. Milli komandaya dəvət almaq hər bir futbolçu üçün xoşdu. Bu dəfə “23-lüy”ə düşməsəm də, ümid edirəm ki, qarşıdakı oyunlarda baş məşqçi meydana çıxmağıma şərait yaradacaq. Oyunlara gəlincə, məncə, Kosovo ilə matç normal keçdi. Xüsusilə ikinci yarıda komandamız rəqibdən daha üstün oyun sərgilədi və fərqlənmək üçün də imkanlarımız var idi. Sadəcə, bundan yararlana bilmədik. Maltaya isə qələbə üçün yollanmışdıq. Meydan sahibləri ilk oyunda uduzduqlarına görə doğma meydanda ən azı 1 xal qazanmaq istəyirdilər. Ona görə də matça bir qədər aqressiv başladılar. Yəqin ki, oyunu izləmisiz. Özünüz də gördüz ki, keyfiyyət baxımından biz onları üstələyirdik. Ancaq maltalılar xal qazanmaq üçün hər şey etdilər. İkinci yarıda vaxtı uzatmaq naminə yeri gəldi-gəlmədi özlərini yerə atır, xırda toxunuşdan sonra sanki ağır zədələniblərmiş kimi meydanda qıvrılırdılar. İki oyunda qələbə qazana bilməsək də, düşünürəm ki, növbəti qarşılaşmalarda maksimum nəticə qazanmaqla qrupdan çıxa bilərik. Milliyə dəvət alacağammı? Çempionat oyunlarında özümü yaxşı tərəfdən göstərə biləsəm, yəqin ki, Qurban müəllim yenə dəvət göndərəcək. Belə deyək, hər şey özümdən asılıdı”.
Millinin son oyunlarında daim əsas heyətdə görməyə adət etdiyimiz Məhəmməd Mirzəbəyov da Millətlər Liqasının ilk iki turunu texniki zonadan izləyən oyunçular arasında oldu. Mirzəbəyov bizimlə söhbətdə meydana çıxmağa hazır olduğunu bildirdi. Ancaq son qərarın baş məşqçiyə aid olduğunu söylədi: “Ehtiyas duyulacağı halda meydana çıxmağa hazır idim. Ancaq Qurban Qurbanov heyətlə bağlı fərqli qərar verdi ki, bu da baş məşqçi kimi onun səlahiyyətindədi. Ümid edirəm ki, növbəti görüşlərdə oynamaq şansım olacaq. Mən hər zaman yığmada var gücümlə mübarizə aparıb, komandaya faydalı olmağa çalışmışam. Oyunlara gəlincə, bilirəm ki, hər kəs bizdən daha yaxşı nəticə gözləyirdi. Özümüz də inanırdıq ki, hər qarşılaşamada maksimum nəticə qazana biləcəyik. Ancaq nə Kosovo, nə də Malta ilə görüşdə istədiyimiz oyunu göstərə bildik. Bunda başqa, məşqçilik heç nə yoxdu. Qurban müəllim hər iki rəqibi yetərincə yaxşı incələyib bizə ətraflı məlumat vermişdi. Sadəcə, yenə deyirəm, oyunumuz alınmadı. Xüsusilə Malta ilə oyunda qalib gəlməyə borclu idik və fərqlənmək üçün imkanımız da oldu. Ancaq alınmadı. İdman xoşbəxtliyi sanki bizdən üz döndərmişdi. Qarşıda hələ 4 oyun var, qrupu lider kimi başa vurmaq şansını da saxlayırıq. Çalışacağıq həmin qarşılaşmalarda qələbə qazanıb həm baş məşqçimizi, həm də azarkeşlərimizi sevindirək. Çox istərdim ki, azarkeşlərimiz bizdən küsməsin və növbəti matçlarda bizi dəstəkləsinlər”.
Güclü zərbələri və texnikası ilə seçilən Rəhman Hacıyevin iki matçda sonradan meydana çıxacağını düşünənlərin sayı çox olsa da, yarımmüdafiəçi də “Neftçi”dən olan komanda yoldaşı kimi hər iki görüşü ehtiyat oyunçular skamyasından izlədi. Ancaq Rəhman özü bunu faciə saymadı və gələcəyə ümidlə baxdığını söylədi: “Heyəti, kimin ilk dəqiqələrdən meydana çıxacağını, kimin sonradan, əvəzetmədən oyuna qoşulacağını baş məşqçi müəyyənləşdirir. Ona görə də Qurban müəllimin seçiminə hörmətlə yanaşıram. Baş məşqçi düzgün bildiyini edib. Kosovo və Malta ilə qarşılaşmalarda meydana çıxmamağım dünyanın sonu deyil. Bundan nəticə çıxarıb, üzərimdə daha çox işləyib ideal formada olmalıyam ki, rəqabətdən qalib ayrılım. Belədə heç şübhəsiz, yığmanın çalışdırıcısı mənə oynamaq şansı yaradacaq. İki görüşdə qeydə alınan nəticə hamı kimi bizi də məyus etdi. Bəlkə də hamıdan çox biz futbolçular qələbə qazana bilmədiyimizə görə məyus olduq. Çalışacağıq ki, növbəti oyunlarda qalib gəlib yolumuza davam edək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar