13 sen 23:00olke

“Araz” mövsümə xal itkisi ilə başladı

 “Araz” mövsümə xal itkisi ilə başladı
İran, yoxsa Azərbaycan çempionatı?
Dünən futzal üzrə yüksək liqada yeni – 2018/19 mövsümünə start verildi. Bakı İdman Sarayında keçirilən turun açılış oyununda debütant “Xəzər Cənub” və “Neftçi” komandaları qarşılaşdı. Dövlət himni səsləndirildikdən sonra oyuna başlayan komandaların mübarizəsini “İran derbisi” də adlandıra bilərik. Xüsusilə debütant “Cənub Xəzər” heyətini 99 faiz iranlılardan formalaşdırıb. Cənub təmsilçisinin 12 oyunçusundan 11-i (?!) sərhədin o tayındandı, üstəlik, baş məşqçisi də iranlıdı. “Neftçi”də isə qonşu ölkədən 5 futzalçı çıxış edir. Ümumiyyətlə, ilk turda 4 komandanın heyətində 32 iranlı futbolçu iştirak etdi ki, bu da böyük əksəriyyət deməkdi. “Araz”a keçəcəyi deyilən, ancaq “ağ-qaralar”ın heyətində peyda olan təcrübəli Vitali Borisovun da yüksək liqaya dönməsi oyuna rəng qatmaya bilməzdi. Bundan başqa, karyerasını bitirəcəyi gözlənilən Rəcəb Fərəczadə də “Neftçi”yə kömək edir.
Qarşılaşma gərgin keçdi. Matça debütant yaxşı başlasa da, hesabı elitanın təcrübəli komandası açdı. Katebi 7-ci dəqiqədə “9-luğ”u nişan almaqla həm də yeni mövsümdə ilk qolu vurdu. İkinci qol da İrandan dəvət olunan legionerin ayağına yazıldı. Dörd dəqiqə sonra Həmidrza adını tabloya yazdıran oyunçu oldu. Ruhdan düşməyən Lənkəran təmsilçisi 12-ci dəqiqədə fərqi minimuma endirdi. Şahnazian komandasını sevindirən futzalçı oldu. Hissənin sonuna 5 dəqiqə qalmış nominal meydan sahibləri cərimə limitini doldurduğuna görə “Neftçi” 10 metrlik zərbə vurmaq hüququ qazandı. Bu dəfə Abdollahı qapını dəqiq nişan almaqla fərqi 2 topa çatdırdı. Hissənin başa çatmasına 38 saniyə qalmış “Xəzər Cənub” rəqib torunu silkələdi və komandalar fasiləyə 1 top fərqli nəticə ilə yollandı.
İkinci hissəyə də “Neftçi” qolla başladı. Bu dəfə təcrübəli Rəcəb Fərəczadə hesabı dəyişdi. Çoxgedişli kombinasiyadan sonra qapıçı ilə üzbəüz qalan futzalçı üçün işini sona çatdırmaq çətin olmadı. Debütant isə nəticə ilə barışmayaraq sona qədər mübarizəni davam etdirdi. Hətta oyunun əksər hissəsində üstünlüyə sahib olduqlarını da qeyd edə bilərik. Qarşıdakı dəqiqələrdə də komandalar qarşılıqlı qollarla oyunda sürətin düşməsinə imkan vermədi. Yeri gəlmişkən, Hamed Abdollahi 35-ci dəqiqədə fərqlənməklə mövsümün ilk dublunu rəsmiləşdirdi, son 1 dəqiqədə 3 qol vuran Pənahande isə het-trik etməklə yadda qaldı. Onu da qeyd edək ki, o, hər üç qolu 10 metrlik zərbədən vurdu. Bununla belə, bu qollar “Cənub Xəzər”in yenilgidən xilasına kifayət etmədi – 6:8.
Günün ikinci oyununa hər iki komanda itkilərlə çıxmışdı. Ötən mövsümdən cəzalı olan Xətai Bağırov “Araz”a kömək etmirdisə, “Yasamal” İrandan gələn digər oyunçularının yolunu gözləyirdi. Xüsusilə də ötən mövsüm çempionatı bombardirlər yarışında ikinci pillədə başa vuran Mortoza Cahandostun yoxluğu ciddi itki sayılırdı. Viza məsələsi ilə bağlı futzalçı ancaq oyundan sonra Bakıya çatacaqdı.
Hesab erkən açıldı. Künc zərbəsindən sonra Çovdarov effektli zərbə ilə toru silkələdi. Sonrakı dəqiqələrdə də “Araz”ın üstünlüyü hiss olunurdu. Ancaq “Yasamal” da hadisələri sakit seyr etməklə kifayətlənmirdi. 7-ci dəqiqədə Behzad Amaninin zərbəsindən sonra Oktay topu qapı xəttinin üzərindən qaytardı. Nominal meydan sahiblərinin növbəti hücumu da təhlükəli alındı. Bu dəfə Sadiq hədəfdən yayınmaqla hesabı bərabərləşdirmək fürsətini boşa verdi. Əvəzində Emin Mikayılov debüt oyununda qol müəllifi oldu. Rusiya vətəndaşlığı daşıyan, amma əslən azərbaycanlı olan futzalçı vurduğu qolla Bakıya əbəs yerə gəlmədiyini göstərdi. Təbii ki, braziliyalıların yoxluğu hər addımda hiss olunurdu. Xüsusilə də çoxgedişli kombinasiyaların qurulması, publikanı həyəcanlandıracaq fintlərin kasadlığı bunu söyləməyə əsas verirdi. 13-cü dəqiqədə Kənanın qüvvətli zərbəsi dirəyin yanından meydanı tərk etdi. Hissənin başa çatmasına 3 saniyə qalmış “Yasamal” Seidlə fərqi minimuma endirdi. Təbii ki, bu qol ikinci hissənin daha gərgin keçəcəyinə işarə idi. Fasilədən sonra Ramiz dərhal fərqi artırmağa yaxın oldu. Amma əla reaksiya nümayiş etdirən Xəlili topu kornerə çıxarmağı bacardı. İki dəqiqə sonra İsanın qapıya paralel hava ötürməsini Kənanın tora qovuşdurmasına isə qapıçı da mane ola bilmədi. 32-ci dəqiqədə Atayev özü fərqləndi və hesabı 4:1-ə çatdırdı. Ancaq təzyiqi artıran “Yasamal” məğlubiyyətdən qurtulmağı bacardı. Əvvəlcə Omid Şahnasinin tirdən dönən zərbəsini gözəl tamamlamağı bacardı. Bir dəqiqə keçməmiş Jamali oyunda gərginliyi son həddə çatdıran qola imza atdı. 35-ci dəqiqədə “Yasamal” rəqibini müdafiədə azlıqda yaxalasa da, Sadiq Rövşən səddini keçə bilmədi. Ancaq iranlı 37-ci dəqiqədə istəyinə çatdı. Bu dəfə o, əla aşırma zərbə ilə Rövşəni toru tordan çıxarmağa göndərdi. Son saniyələrdə “Yasamal” daha bir qol vursa da, Cavid qapıçıya qarşı kobud oynadığına görə hakim qolu qeydə almadı. Beləliklə, son illərin dəyişməz çempionu yeni mövsümə xal itkisi ilə başladı.
Tura “Yasamal” İSK – “Liman” görüşü ilə yekun vuruldu. Turun son oyununu debütantların dueli kimi də səciyyələndirmək olar. Heyətini əsasən İrandan dəvət edilən legionerlərdən quran “Liman”dan fərqli, “Yasamal” İSK yerli futzalçılara güvənib. Bu komandada diqqəti çəkən məqam baş məşqçi postunun Azərbaycan futzalında silinməz izlər buraxan Mahir Eyniyevə tapşırılmasıdı. Onun rəhbərliyi altında oynayanlar arasında isə oğlu Məhəmməd Eyniyev də yer alıb. Hesab erkən açıldı. Seyid Mohammad Musevi 40-cı saniyədə rəqib torunu silkələməklə komandasının mövsümdəki ilk qolunun müəllifi oldu. “Yasamal” İSK növbəti qolun vurulmaması üçün 5 dəqiqə dözdü. İnsafən, bu komanda da əlini yanına salıb dayanmamışdı. Müəyyən həmlələr qurmağa çalışırdı. Ancaq legionerlərin üstünlük təşkil etdiyi “Liman” 6-cı dəqiqədə növbəti qolu vurdu. Növbəti dəfə hesab 18-ci dqiqədə dəyişdi. Seyidi komandasının üstünlüyünü 3 topa çatdırdı.
İkinci hissədə “Liman” fərqi artımağı bacardı. Lənkəran təmsilçisi ardıcıl 5 qol vurdu ki, “Yasamal” İSK yalnız bundan sonra rəqib qapısına yol tapdı.
Xəzər Cənub – Neftçi 6:8 (2:3)
Xəzər Cənub: 13. Səid Talib Kərimi, 10. Mehdi Pənahande (k), 77. Əli Mikaili, 19. Şahin Nami, 11. Şahab Şahanazian; 12. Omid Nabat, 7. Mohamed Ahadi, 9. Fərid Mazahevi, 21. Mohammed Reza Rahi, 15. Hadi Rezvan, 37. Məsud Nasirzade, 6. Taleh Ağayev.
Baş məşqçi: Bəhram Movin.
Neftçi: 23. Elnur Zamanov, 8. Vahib Xocayev, 10. Rüfət Balakişiyev (k), 14. Vitali Borisov, 94. Oruc Baxşəliyev; 1. Samir Mehtiyev, 6. Mühəmməd Katebi, 7. Rəcəb Fərəczadə, 9. Hamed Abdollahi, 11. Həmidrza Povrjavid, 12. Alvandi Amirhosseyin, 13. Əjdər Əjdərov, 77. Tural İsmayılov, 4. Ali Abdollahi.
Baş məşqçi: İlqar Aslanov.
Qollar: M.Katebi, 7 (0:1). H.Povrjavid, 11 (0:2). Ş.Şahnazian, 12 (1:2). H.Abdollahi, 17 (1:3). O.Nabat, 20 (2:3). R.Fərəczadə, 23 (2:4). H.Rezvan, 34 (3:4). H.Abdollahi, 35-p. (3:5). V.Xocayev, 36 (3:6). V.Xocayev, 38 (3:7). V.Borisov, 39 (3:8). M.Pənahande, 39-p. (4:8). M.Pənahande, 40-p. (5:8). M.Pənahande, 40-p. (6:8).
Vərəqələr: V.Borisov, 14. R.Fərəczadə, 15. M.Pənahande, 35. O.Nabat, 39. M.Katebi, 40 – sarı. M.Katebi, 40 – qırmızı.
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Əli Cəbrayılov.
Hakim-inspektor: Tofiq Şükürov.
12 sentyabr. Bakı İdman Sarayı.

Yasamal - Araz 4:4 (1:2)
Yasamal: 15. Omid Xəlili, 9. Omid Oraz (k), 8. Seid Amani, 4. Behzad Amani, 10. Salar Şahnasi; 2.Reza Xorosani, 5. Tural Lətifov, 11. Sadiq Cavid, 7. Sina Jamali.
Prezident: Orxan Allahverdiyev.
Araz: 12. Rövşən Hüseynli, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 17. İsa Atayev, 20. Kənan Manafov;1. Kamran Hacıyev, 9. Oktay Rüstəmli, 10 Nihad İsmayılov, 13. Emin Mikayılov, 14. Elşən İbramxəlilov, 15. Adəm Həbibov, 18. Adil İsmayılov, 19. Ruzigar İbrahimzadə.
Baş məşqçi: Joze Alesio da Silva.
Qollar: R.Çovdarov, 2 (0:1). E.Mikayılov, 9 (0:2). S.Amani, 20 (1:2). K.Manafov, 24 (1:3). İ.Atayev, 32 (1:4). O.Orazi, 33 (2:4). S.Jamali, 34 (3:4). S.Cavid, 37 (4:4).
Vərəqələr: E.İbramxəlilov, 15. S.Cavid, 17. İ.Atayev, 31. A.Həbibov, 32. S.Şahnasi, 32 – sarı.
Hakimlər: Yusif Nurullayev, Azər Əsgərov, Anar Fərəcov.
Hakim-inspektor: Şahin Cəfərov.
12 sentyabr. Bakı İdman Sarayı.
Yasamal İSK – Liman 3:12 (0:3)
Yasamal İSK: 13.Ceyhun Nağıyev (k), 7. Tərlan Məmmədov, 5. Vüsal Cəfərov, 3. Anar İsayev, 10. Məhəmməd Eyniyev; 22. Zaur Mustafayev, 4. Əleyhman Məmmədli, 9. Nihad Mahmudov, 17. Elmar Kamahov, 77. Bəxtiyar Əhmədov.
Baş məşqçi: Mahir Eyniyev.
Liman: 12. Seyid Əhməd Yaqubi, 4. Vahid Seydi, 8. Seyid Musəvi, 9. Əhməd Qarani, 11. Seyid Mohammad Musəvi (k); 1. Əlireza Safari, 3. Əhməd Muhammad, 5. Mahir Dunyamalıyev, 6. Hikmət Hüseynov, 7. Hosseyin Fatihzadeh, 10. Camal Mahmudov, 77. Zaur Nuruzadə. Baş məşqçi: Zaur Əliyev.
Qollar: S.Musəvi, 1 (0:1). H.Fatihzadeh, 6 (0:2). V.Seydi, 18 (0:3). S.M.Musəvi, 24 (0:4). H.Fatihzadeh, 25 (0:5). H.Fatihzadeh, 26 (0:6). H.Fatihzadeh, 26 (0:7). V.Seidi, 27 (0:8). N.Mahmudov, 28 (1:8). S.M.Musəvi, 33 (1:9). M.Eyniyev, 34 (2:9). S.M.Musəvi, 36 (2:10). V.Seydi, 38 (2:11). N.Mahmudov, 38 (3:11). A.Qarani, 39 (3:12).
Vərəqələr: A.Qarani, 6. S.Musəvi, 12. H.Fatihzadeh, 34 – sarı.
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Azad Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
12 sentyabr. Bakı İdman Sarayı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar