Avropa Liqasının gələn il Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya 4-cü işgüzar səfəri başlayıb. Sentyabrın 14-dək davam edəcək səfər proqaramında qitə futbol qurumunun 40 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan-zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik və başqa məsələlərlə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq.