11 sen 22:45olke

Növbəti mövsümün püşkü atıldı

Növbəti mövsümün püşkü atıldı
Yüksək liqanın Əsasnaməsində yeniliklər var
Şənbə günü Bakı İdman Sarayında futzalla bağlı mühüm tədbir – növbəti mövsümün püşkatma mərasimi baş tutdu. Futzal Federasiyasının ixtiyarına verilən konfrans zalında bu dəfə qələbəlik idi. Bu da təsadüfi deyildi: üç tədbir eyni günə təyin olunmuşdu. Zalın tutumunu nəzərə alıb hər liqanın püşkü ayrı-ayrılıqda atıldı. Beş-on dəqiqəlik fasilə ilə...
Elə federasiya rəhbərliyi də tədbirdə bir neçə rəsmi şəxslə təmsil olundu: vitse-prezident Rəmiş Malıyev, Yarışların Təşkili və Keçirilməsi şöbəsinin əlaqələndiricisi Zaur Hacı-Məhərrəmov, mütəxəssis Fərrux Hüseynzadə və Xosrov Məmmədov. Tədbiri giriş nitqi ilə açıq elan edən mətbuat katibi Mahal Məmmədov daha sonra sözü Malıyevə verdi. Vitse-prezident struktur və vəzifə dəyişiklikləri, eləcə də federasiyanın rəsmi saytının istifadəyə verilməsi barədə danışdı: “Futzal mövsümünün startı ərəfəsində baş tutan bu tədbirdə hər birinizi salamlayıram. Yarış iştirakçılarına uğurlar arzulayıram. Növbəti mövsümə pozitiv dəyişikliklərlə hazırlaşırıq. Bildiyiniz kimi, iyulda iclasımız oldu. Federasiyanın strukturunda dəyişikliklər edildi. Vitse-prezident postuna mən təyin olundum. Zaur Hacı-Məhərrəmov Yarışların Təşkili və Keçirilməsi üzrə əlaqələndirici, Fərrux Hüseynzadə isə mütəxəssis vəzifəsinə gətirildi. İcraiyyə Komitəsinə isə hamının tanıdığı Ağarza Rzayev, Turqay Fərzəliyev və Mahmud Sadıqov üzv seçildilər.
Növbəti mövsümlə bağlı daha bir yenilik Futzal Federasiyasının rəsmi saytının istifadəyə verilməsidi. Təqvim, reportajlar, protokollar, turnir cədvəlləri, video- və foto çəkilişləri məhz saytdan izləyə, əldə edə bilərsiz”.
Əsasnamə, eləcə də tətbiq ediləcək digər yeniliklər barədə isə Zaur Hacı-Məhərrəmov məlumat verdi: “Birinci liqada 16, ikinci liqada 20 komanda qalib adı uğrunda yarışacaq. Hər iki liqada oyunlar iki dövrədən ibarət olacaq və dairəvi sistemlə keçiriləcək. Yüksək liqada isə 7 klub mübarizə aparacaq. Oyunlar dairəvi sistemlə keçiriləcək və dörd dövrədən ibarət olacaq. Yenilik odu ki, yekunda ilk 4 yeri tutan komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Yəni mükafatçılar yarımfinal, 3-cü yer və final görüşləri nəticəsində müəyyən olunacaq. İlk 4 yeri tutan komandalardan “1” ilə “4”, “2” ilə “3” görüşəcək. Qaliblər finalda, məğlublar 3-cü yer uğrunda oyunda üz-üzə gələcək”.
Püşkatma start götürməmiş Malıyev iştirakçıları və jurnalistləri maraqlandıran bəzi sualları cavabladı. Vitse-prezident üzvlük haqqı tələb olunmamasına rəğmən, yüksək liqada komanda sayının azlığına belə münasibət bildirdi: “Doğrudu, yüksək liqada iştiraka görə üzvlük haqqı tələb olunmur. Birinci liqada da həmçinin. Yalnız ikinci liqa iştirakçılarından müəyyən məbləğ (Əsasnamədə bu 300 manat göstərilib - M.) tələb olunur. Yüksək liqada üzvlük haqqı alınmasa da, komandalar müəyyən vəsait xərcləyirlər. Futzalçılara maaş verirlər, legionerlərin sifarişinə vəsait ödəyirlər, məskunlaşma, forma, məşq ləvazimatları və sair üçün pul xərcləyirlər. Ümid edirik ki, növbəti mövsümlərdə yüksək liqada iştirak edən komandaların sayı artacaq”.
Məlum olduğu kimi, ötən mövsüm aşağı liqalarda bir neçə peşəkar futbolçunun iştirakına şərait yaradılmış, bu isə söz-söhbətə, narazılıqlara səbəb olmuşdu. Federasiya rəsmisi qəti şəkildə əmin etdi ki, artıq buna yol verilməyəcək: “Əsasnamədə də qeyd olunub ki, birinci və ikinci liqalar həvəskar status daşıyır. Bu iki liqada peşəkar statuslu oyunçu iştirak edə bilməz”.
Daha sonra püşkatma mərasimi baş tutdu. Bəribaşdan qeyd edək ki, ilk turda “Ekol” məcburi istirahət edəcək. Artıq yüksək liqanın açılış turunun təyinatları da məlumdu:
Xəzər Cənub – Neftçi
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Əli Cəbrayılov.
Hakim-inspektor: Tofiq Şüküürov.
12 sentyabr. Bakı İdman Sarayı. Saat 12.30
Yasamal - Araz
Hakimlər: Yusif Nurullayev, Azər Əsgərov, Anar Fərəcov.
Hakim-inspektor: Şahin Cəfərov.
12 sentyabr. Bakı İdman Sarayı. Saat 14.30
Yasamal İSK - Liman
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Azad Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
12 sentyabr. Bakı İdman Sarayı. Saat 16.30
İlk turun təqvimi açıqlanarkən o da qeyd olundu ki, “Yasamal” – “Araz” oyunu “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq.
Ardınca birinci və ikinci liqaların da püşkü atıldı.
Birinci liqa
1-ci tur
14-15 sentyabr
Sovetski FK - Şərq
Metropoliten - Baku Fire
Yasamal - Abşeron
Çinar Cəbrayıl - U-19
Green Log - Fizuli
Standard - Zəngilan
AZMİU – ADBTİA
Ulduz - Baku Fans
İkinci liqa
1-ci tur
16 sentyabr
Gənclik İK - SAB
Gilan Construction – Hicran
Baku Fire-2 - Borçalı
Dalğa - Atletiko Baku
Xəzər – STAR kargo
Avanqard - Baker Hughes
Baker Tilly – Hövsan
Təbriz – Obolon
Bədr Xocalı – Advokat
Bibiheybət - Rəvan
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi 17-05-2019, 21:10 “Sabah” beş futbolçuya qapını göstərdi 17-05-2019, 21:09 "Neftçi" üç futbolçu ilə vidalaşdı 17-05-2019, 21:08 Renat Dadaşov U-21-dən imtina etdi 17-05-2019, 21:07 İnqilab Məmmədovun ayağı "Qəbələ"yə düşərlidi 17-05-2019, 19:52 150 min manatlıq təsəlli 17-05-2019, 19:51 Kitanovski "Səbail"ə lazım olmadı 17-05-2019, 19:50 Slavik Alxasov "Keşlə"də qaldı 17-05-2019, 19:48 "Neftçi" Benetlə müqavilə müddıtini uzatdı 17-05-2019, 19:47 Medallar şənbə günü paylanacaq 17-05-2019, 19:46 Finalda Naxçıvan – Lənkəran dueli 17-05-2019, 19:44 Cüdo Federasiyası təxribata münasibət bildirdi 17-05-2019, 19:42 Jezniçakın yolunu gözləyirmişlər… 17-05-2019, 18:58 Abdullayevlə Nikolovdan “tikanlı” sözlər 17-05-2019, 18:57 Fiqu könüllülərə səsləndi 17-05-2019, 18:56 “Futbol və Biznes” sammiti keçirildi 17-05-2019, 18:53 Son turun qiyməti 3520 manat oldu 17-05-2019, 18:50 “Sumqayıt” Atilla Yıldırımı yola saldı 17-05-2019, 18:49 Ziyalılar “Qəbələ”yə baş çəkdi 17-05-2019, 18:43 “Traktorsazi” Çempionlar Liqasında olmayacaq 17-05-2019, 18:42 “Arsenal” Mxitaryanın xüsusi şəkildə qorunmasını istəyir 17-05-2019, 18:39 Oqtay Abdullayev hesabat verəcək 15-05-2019, 14:17 “Səbail” “bürünc”ü “Şur”da “yudu” Bütün xəbərlər
Ən çox oxunanlar