11 sen 22:37olke

Küləkli havada maraqsız oyun

Küləkli havada maraqsız oyun
Zaur Axundov canlı izlədi, Vaqif Cavadov oğlu ilə gəldi...
Yığmaların oyunları ilə bağlı yaranmış fasilə bəzi premyer-liqa təmsilçiləri üçün göydəndüşmə oldu. Yay toplanışından maksimum istifadə edən bilməyən, bununla da ilk üç turda əyər-əskikləri görünən kollektivlərin baş məşqçiləri nöqsanları aradan qaldırmağa çalışır. “Qarabağ” və “Neftçi” xaric, digərlərinin özlərinə əl qatması başadüşüləndi. Yoldaşlıq görüşlərini nəzərdə tuturuq.
Belə oyunlardan biri də bazar günü Olimpiya stadionundakı məşq meydanında baş tutdu. Küləkli havada, start fiti saat 17.30-da çalınan matçda “Keşlə” ilə “Sabah” üz-üzə gəlirdi. “Qırmızılar” bir neçə gün əvvəl sınaq matçında “Səbail”i udmuşdusa, “tələbələr” eyni hesabla “Sumqayıt”a uduzmuşdu. Saçın başda dayanmasına imkan verməyən Bakı küləyi təkcə bizim yox, meydanda top dalınca qaçan futbolçuların işini də xeyli çətinləşdirmişdi. Odu ki, oyunun səviyyəsi azsaylı izləyicilərin ürəyincə olmadı.
“Keşlə”lilər sanki kubokun final matçıymış kimi BOS-a tam işçi qüvvəsi ilə gəlmişdi. Müşahidə Şurasının rəhbəri Zaur Axundov, şura üzvü Asim Xudiyev, baş direktor Rəmiş Malıyev, əlaqələndirici Ramiz Məmmədov, menecer Eldəniz Yusifov və s. Vasif Haqverdiyevlə Alim Qurbanovun “Sabah”da çalışdığını nəzərə alsaq, onları qonaq hesab etməyək. Oyunu tribunada azyaşlı oğlu ilə izləyən Vaqif Cavadovu da, futbolçuların klublara keçidində vasitəçilik edən Erkin İbrahimovu da. Qonaq adlandıra biləcəyimiz soyuqdan qulaqları qızaran “Neftçi”nin ukraynalısı Kiril Petrov idi. Hə, bir də meydanda başverənləri sanki hansısa komandanın casusuymuş kimi diqqətlə izləyən “Səbail”in meksikalısı Edqar Paçeko. “Zirə”nin futbolçusu Vüsal İsgəndərli də dostları ilə birgə tribunada dayananlar sırasındaydı.
Bir müddət əvvəl “4-lü” müdafiənin tərəfdarlı olduğunu deyən Mladen Milinkoviç nədənsə meydana 5 müdafiəçi buraxmışdı ki, ilk “11-lik” beləydi: Davud Kərimi, Azər Salahlı, Tərlan Quliyev, Denis Silva, Edvinas Girdivanis, Cabir Əmirli, Nikola Mitroviç, Miloş Bosançiç, Samir Məsimov, Slavik Alxasov, Andre Klennon.
Yığmalara çağırılan futbolçuların və zədəli Filip İvanoviçin xidmətindən məhrum olan Elşad Əhmədov isə ilk dəqiqələrdən bu futbolçulara güvənmişdi: Saşa Stamenkoviç, Vanderson, Kərim Diniyev, Elvin Bədəlov, Novruz Məmmədov, Tərzin Cahangirov, Erik Ramos, Elgün Nəbiyev, Vitali Kvaşuk, Elşən Abdullayev, Marko Deviç.
Bəribaşdan qeyd edək ki, “Sabah”ın futbolçuları meydana sanki məcbur çıxmışdılar. Yoldaşlıq görüşü idi, ya nəyəsə görə - xüsusi istək nəzərə çarpmırdı. Əvəzində “Keşlə”nin üzvləri Zaur Axundovun canlı izlədiyi oyunda meydanda can qoyurdular. Odu ki, üstünlük də “qırmızılar”ın tərəfində idi. 90 dəqiqə ərzində bir neçə dəfə qola yaxın olsalar da, rəqib qapısına yol tapa bilmədilər. “Sabah” isə demək olar, qola yaxınlaşmadı. Halbuki hesab hələ ilk hissədə açıla bilərdi. 20-ci dəqiqədə Bədəlovun cərimə meydançasında Klennona qarşı kobudluğunu hakim penalti kimi dəyərləndirsə də, Mitroviç - Stamenkoviç serb duelindən qapıçı qalib ayrıldı. Yekunda matç başladığı hesabla da bitdi.
Maraq üçün qeyd edək ki, “Keşlə”də baxışda olan Giorgios Georgiadis ilk hissənin sonlarına yaxın Elnur Cəfərovun “97”si ilə meydana ayaq basdı. Təcrübəsi ilə öyünməyi bacarsa da, fiziki durumundakı nöqsanlar kənardan aşkar görünürdü. Daha bir neçə gün komandanın məşqlərində iştirak edəcək Giorgiosla bağlı qərar cümə gününə qədər veriləcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar