11 sen 22:30olke

“Sumqayıt” “hərbçilər”ə divan tutdu

“Sumqayıt” “hərbçilər”ə divan tutdu
Azər Bağırov: “Nazim müəllimin sözünü yerə salmadım”
Sentyabrın 2-də “Sabah”la yoxlama görüşündə qüvvəsini sınayan və 2:1 hesabıyla qalib gələn “Sumqayıt” şənbə günü daha bir sınaq matçı keçirdi. Nazim Süleymanovun baş məşqçisi olduğu komanda Mehdi Hüseynzadə adına stadionda birinci divizionda çıxış edən MOİK-lə üz-üzə gəldi. Təxminən 50-yə yaxın azarkeşin izlədiyi görüşdə “kimyaçılar” “hərbçilər”i meydana çıxmağa peşman etdi. Elita təmsilçisi Azər Bağırovun yetirmələrinin qapısından 5 cavabsız top keçirdi. Əfran İsmayılov dublla yadda qaldısa, Atilla Yıldırım, Arif Daşdəmirov və Murad Xaçayev də qolçuluq bacarığını nümayiş etdirdi.
Oyun başa çatandan sonra MOİK-in çalışdırıcına yaxınlaşıb həm acı məğlubiyyət, həm də bizi maraqlandıran başqa suallar ətrafında söhbətləşdik.
- Yoxlama görüşü olsa da, yekun nəticə sizin üçün çox pis oldu...
- Son 4 gündə üç yoxlama matçı keçirmişik. Onlardan ikisi premyer-liqa təmsilçilərinə qarşı olub. Bu görüşlərdə mənə əsas nəticə yox, komandanın sərgilədiyi oyun, düşündüyüm oyun modelinin oturuşması maraqlı idi. Elita təmsilçiləri ilə oyunlarda gənc futbolçularımızın təcrübə qazanması da bizim üçün vacib şərtdi. Mövsümün startı ərəfəsində qəzetinizə verdiyim açıqlamanı bu gün də təkrarlamaq istəyirəm. 2000/01 doğumlu istedadlı oyunçuları tapıb komandaya cəlb etməkdə çətinlik çəkirik. Eyni problemlə divizionda çıxış edən bütün klublar üzləşir. Bizim tapdıqlarımız elita klublarının əvəzedici və U-19 komandasına lazım olmayan, ikinci də yox, 3-cü dərəcəli oyunçulardı. Aşağı dəstədə artıq iki tur geridə qalıb. İki oyunda maksimum xal qazanmışıq. Növbəti turda bizi Tovuza səfər gözləyir. Hazırda bütün diqqətimizi “Turan Tovuz”la görüşə yönəltmişik. Ümid edirəm ki, turdan-tura çatışmazlıqları aradan qaldırmağı bacaracağıq.
- Cari mövsümdə MOİK-in qarşısına hansı hədəf qoyulub?
- Təbii ki, rəhbərlik tərəfindən qarşımıza müəyyən məqsəd qoyulub. Məqsədə çatmaq üçün də rəhbərlik əlindən gələni edir. Maaşlar vaxtında verilir, mükafatlandırma da öz yerində. Yəni stimullaşdırma baxımından hər şey qaydasındadı. Hədəfimiz mövsümü 1-ci və ya 2-ci pillədə başa vurmaqdı. Ondan sonrası isə artıq rəhbərliyə aid olan məsələdi.
- Ancaq “Sumqayıt”la oyunda komanda heç də yaxşı təsir bağışlamadı. Belə oyunla mükafatçılar sırasına düşmək o qədər də asan olmayacaq.
- Yenə deyirəm, son 4 gündə 3-cü matça çıxdıq. Həftəlik hazırlıq planımızda “Sumqayıt”la görüş nəzərdə tutulmamışdı. Ancaq Nazim müəllimin sözünü yerə salmadım və onun istəyi ilə bu qarşılaşmanın keçirilməsinə razılıq verdim. “Qəbələ” ilə yoxlama matçını 15 gün öncədən razılaşdırmışdıq. Əslində bu gün bizdə bərpa məşqi olmalı idi. Proqram da belə tutulmuşdu. Komanda bu gün meydana fiziki yüklənmə ilə çıxdı və ola bilsin, bu səbəbdən futbolçular o qədər də hərəkətli görünmədilər.
- Elita klubları ilə son iki oyunda komandanız qapısında üst-üstə 9 qol görsə də, bir dəfə də fərqlənə bilmədiz. Bu məqam sizi narahat etmir?
- İstər “Qəbələ”, istərsə də “Sumqayıt”ilə oyunlarda mənim üçün nəticə önəm daşımırdı. Onu da nəzərə alın ki, rəqiblərimiz də bizim yoxlama matçlarımızı izləyir. İstəmirdim ki, bütün kartları açım. Bu iki qarşılaşmada bəzi futbolçuları özlərinə yad mövqelərdə oynatdım, iki turda meydana çıxmayan oyunçulara daha çox oynamaq şansı yaratdım. Özünüz də bu gün gördüz ki, hər hissədə fərqli heyətlərlə meydana çıxdıq. Özüm bilərəkdən rotasiyaya əl atmışdım ki, heç vaxt bir yerdə oynamayan oyunçular bir-birini yaxından tanısınlar, öz aralarında anlaşmağa çalışsınlar. Belə matçlarda böyük hesabla uduzmaq məni qorxutmur. Əsas odu ki, çempionat oyunlarında meydanı məyus tərk etməyək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar