11 sen 22:07olke

Deviç Azərbaycan futbolu üçün inkişaf yolunu göstərdi

Deviç Azərbaycan futbolu üçün inkişaf yolunu göstərdi
“Qarabağ”a “Vorskla” ilə görüşlərdə çox çətin olacaq”
“Sabah”da məsləhətçi vəzifəsini daşıyan Emin Abbasovdan onun nömrəsini alanda, açığı, hansısa çətinliklə üzləşəcəyimi düşünmürdüm. “Futbolçudu da, müsahibə vermək üçün sinov gedirlər” fikri ilə əlaqə saxladığım Marko Deviçə bazar günü etdiyim zəng zamanı dialoqumuz qısa alındı.
- Marko, bu gün “Keşlə”ylə oyundan sonra müsahibə üçün 15-20 dəqiqə vaxt ayıra bilərsən?
- Alınmayacaq. Oyundan sonra yorğun olacam. Dincəlməliyəm. Həm də bu günə planlaşdırdığım başqa işlər də var.
- Uzağı sabah müsahibəni təhvil verməliyəm. Baş redaktora uzağı bazar ertəsi tapşırığı həll edəcəyimi demişəm.
- Baş redaktora nə dediyinizi bilmirəm. Bunun mənə aidiyyatı yoxdu. Mənim günlük və həftəlik planlarım var, ona uyğun hərəkət edirəm. Sabah zəngləşərik.
Açığı, 10 illik “Futbol+” tarixində hələ məni belə “sındıran” olmamışdı. Emil Mpenza, Terri Kuk, Marat İzmaylov kimi tanınmışlarla söhbət o qədər asan alınmışdı ki, baxımlı karyeraya sahib olanların hamısının sadə, bir o qədər də ünsiyyətə açıq olduğunu zənn edirdim. Amma Ukrayna çempionu, Ukrayna çempionatının bombardiri, bu ölkənin millisinin şərəfini qorumuş, bir neçə dəfə qruplarda oynamış Deviçlə məlum dialoqdan sonra müsahibə üçün bacardıqca diqqətli olmalıydım. “Telefonda bu cür danışan gör həyatda necə biridi” sözlərini başımda fırlada-fırlada “Port Baku”nun ərazisində yerləşən “Paul” restoranına daxil oldum. Əl sıxıb görüşdük, ordan-burdan danışdıq və keçdik əsas məsələyə. “İlk təəssürat bəzən aldadıcı olur” deyimi var ha, bax, bizimki həmin söhbət idi. Yetərincə ünsiyyətcil olan Marko, sadəcə, rejimin tərəfdarıdı. 35 yaşda elitada oynamağına imkan verən, 3 oyunda 4 qol vurmasına şərait yaradan da həmin peşəkarlıq, həmin rejimdi.
“Atmosferə uyğunlaşandan sonra mən də onlar kimi sürəcəm”
- Yeni ölkə, yeni mühit, yeni insanlar və ən əsası, səviyyədə Ukrayna və Rusiyada geri qalan Azərbaycan futbolu. İlkin təəssüratını eşitmək maraqlıdı.
- Azərbaycanda olduğum aşağı-yuxarı bir aydı. Deyərdim ki, hansısa şəkildə mənə Ukraynanı xatırladır. Ola bilsin, keçmiş SSRİ ölkələridi, ona görə. Bəlkə də başqa səbəb var, bilmirəm. Müəyyən mənada Kazana oxşarlıq var. Şəhərin quruluşu, küçələri, yolları, aurası. Ən əsası mantallıq və müsəlmanlıqla bağlı Bakıyla Kazan çox yaxındılar. Elə bir çətinliyim yoxdu. Çox rahatam.
- Təklif alanda “gedim, ya getməyim” sualı ətrafında çox düşündün?
- Səmimi deyəcəm, ilk vaxtlar bu variant haqda, ümumiyyətlə, düşünmürdüm. Sonradan prezidentlə daha tez-tez danışmağa başladıq. Xoş ünsiyyət, xoş münasibət fikirlərimin dəyişməsinə səbəb oldu. Klubun gələcəklə bağlı böyük layihələrinin olması diqqətimi çəkdi. Mənim üçün pulun ciddi önəmi yox idi. Ən çox xoşuma gələn prezidentin futbola və kluba olan münasibətiydi. “Sabah”a gəlməyim üçün əlindən gələni edirdi.
- Bildiyimə görə, keçid o qədər rahat alınıb ki, pul mövzusunda ciddi müzakirəniz olmayıb...
- Hansı komandalarda oynadığımı, yaxşı pullar qazandığımı hamı bilir. Şükürlər olsun, azdan-çoxdan gələcək üçün nələrsə etmişəm. Bu məqamda mənim üçün vacib olan baş məşqçinin və rəhbərliyin mənə güvənməsiydi. Gizlətmirəm, ab-havanı dəyişmək istəyirdim.
- “Sabah”da qazandığın illik maaşa karyeranın ən az məvacibi demək olar?
- (fikirləşir) Deməzdim. 2005-də “Vozdovaç”dan “Volın”a keçəndə, hətta “Metallist”lə birinci müqaviləni bağlayanda elə də böyük pullar qazanmırdım. Sıradan maaş idi. Burda qazandığımdan daha az. 2007/08 mövsümündə 19 qolla Ukrayna premyer-liqasının bombardiri olandan sonra əməkhaqqımı artırdılar.
- “Sabah”dan təklif alana qədər ölkəmiz və futbolumuz haqda nə bilirdin?
- Ümumi məlumatlara sahib idim. Məsələn, bilirdim ki, “Neftçi”, “Qarabağ”, “Qəbələ” kimi komandalar avrokubokların qrup mərhələsində çıxıb edib. Yığmanızı bir müddət Robert Prosineçki çalışdırıb. Neçə-neçə serb və ukraynalı məşqçi-futbolçu burda işləyib, oynayıb. Yəni bir çox futbolçuların bildiyi şeylər idi.
- Maraqlıdı, burda səni təəccübləndirən nə oldu?
- Sükan arxasında oturanların etdikləri. Avtomobilləri qaydalara uyğun yox, istədikləri kimi idarə edirlər. Sanki yol nişanlarından xəbərsizdilər, ya da önəm vermirlər.
- Sən özün maşın sürürsən?
- Yaxın günlərdə klubdan avtomobil ayrılacaq. Hələ ki sürmürəm.
- Qorxmursan?
- Nədən qorxacam? Atmosferə uyğunlaşandan sonra mən də onlar kimi sürəcəm.
- Azərbaycanda çox sayda serb məşqçi və futbolçular işləyib, oynayıb. Onlardan kiminləsə əvvəldən şəxsi tanışlığın olub?
- Ad olaraq çoxunu tanıyıram. Üzbəüz gəlsək, görüşüb hal-əhval tutarıq. Amma şəxsi tanışlığım olmayıb. Hazırda premyer-liqada bir neçə serb, ukraynalı, polşalı futbolçu top qovur. Bəzən onlarla görüşüb, şam edirik, söhbətləşirik.
- Zəngin təcrübəni nəzərə alıb, bu suala sənin cavabını eşitmək istəyirəm...
- Buyur.
- Azərbaycan futbolunda hər şey var: maaş, inventar, infrastruktur, çox sayda uşaq məşqçiləri və s. Buna baxmayaraq, səviyyəli futbolçu qıtlığı müşahidə olunur, yığmalar uğur qazana bilmir. Səncə, bunun kökündə nə dayanır?
- İlk növbədə qeyd edim ki, Azərbaycanda yüksək səviyyəli oyunçular var. Çox olmasalar da, var. Məncə, burda əsas problem siyasətin düzgün qurulmamasıdı. Futbolçu görmək istəyirsənsə, keyfiyyətli akademiyaların, məşqçilərin olmalıdı. Təkcə akademiya ilə iş bitmir. Məşqçi-pedaqoq amili çox vacibdi. Bir futbolçunu yığma üçün yetişdirmək uzun sürən prosesdi. Bunu 3-5 ilə edə bilməzsən. İlk növbədə təməl düzgün qurulmalıdı. Bu, birinci prosesdi, yəni 16-18 yaşa qədər olan dövr. Artıq peşəkar səviyyəyə qalxanda başqa bir məqama diqqət yetirmək lazımdı. Gənc futbolçuların qazandığı pula. 18-20 yaşlı futbolçu evin içində böyük pullar qazanırsa, heç yerə getməyəcək. İki il oynayıb, özünə iki ev, bir maşın alacaq. Evin birində özü yaşayacaq, digərini kirayə verəcək. Vəssalam, futbol bitdi. 20 yaşlı uşaq mənzil sahibidi və lüks avtomobil sürür. O yaşdakı gəncin psixologiyası başqa cür olur. Ona görə də legioner həyatı yaşamağa, daha çox çalışmağa, məşqdən sonra əlavə nəsə etməyə həvəsi qalmayacaq. İlk növbədə buna diqqət etməlisiz.
- Deməli, yığmalardakı uğursuzluğun başlıca səbəblərindən biri budu.
- Əlbəttə. Futbolçuların böyük əksəriyyəti aparıcı ölkələrin çempionatında, ən azı Rusiya, Ukrayna, Türkiyə elitalarında top qovmursa, o yığmadan nəsə gözləməyə dəyməz. Fikir verin, ortabab millilərin simasını legionerlər müəyyənləşdirir. Serbiya, Xorvatiya, Bosniya və Hersoqovina, İsveç, İsveçrə - bu ölkələrin aparıcı futbolçuları xarici komandalarda oynayır. Futbolçu müəyyən yaşa çatan kimi ölkədən qaçmaq, legioner həyatı yaşamaq istəyir. Biri yaxşı komandada oynayır, nəsə edir, digəri ona baxıb həvəslənir, daha artığını etmək istəyir. Daha sonra davamı gəlir. Və bu yolla milli güclənir. Gənc futbolçu ata-anasının yanında fantastik maaşa sahibdisə, nəyinə lazım evdən kənarda yaşamaq, çətinliklərlə üzləşmək? Rusiya ilə Ukraynada da eyni vəziyyəti görmüşəm. 19-20 yaşlı futbolçunun qazancı az qala saçını futbolda ağartmış 30-32 yaşlı oyunçunun məvacibi ilə eynidi. 20 yaşında 100 minlik maşın sürən gəncdə, sizcə, futbola motivasiya qalar?
- Ötən mövsüm Lixtenşteyndə 13-u premyer-liqada, 3-ü kubokda olmaqla 16 qola imza atdın. Avropa klublarından maraqlananlar olmadı?
- Bir neçə təklif var idi, amma onlara isti yanaşmadım. Çünki gözlədiyim səviyyədə komandalar var idi. Açığı, ən diqqət çəkəni “Sabah”dan idi. İndi hər yerdə yaşa baxırlar. Futbolçunun 34-35 yaşı varsa, xeyir verə bilməz.
- Səncə, normaldı?
- Normaldı, ya yox – mənim deməyimlə heç nə dəyişməyəcək. Dünyada yazılmamış, amma qəbul olunmuş qaydadı. Yaşı 35-ə yaxınlaşan futbolçular qocalmış sayılır. Halbuki yaş əsas rol oynamamalıdı. Futbolçuda diqqət yetirməli olduğun şey fiziki durumudu. Xüsusilə hücumda təcrübəli futbolçulara gərək duyulur.
“35-in üstünə 2 gələndə 40 eləmir axı”
- Premyer-liqada 3 oyunda 4 dəfə fərqlənmisən. Hədəf bombardirlikdi?
- Xeyr, qətiyyən. Bu məsələdə qarşıma hədəf qoymaq mənə düşmür. Ukraynada məqsədim bu olmuşdu, amma sonda bacarmamışdım. Təbii, qol vurmaq, komandama xeyir vermək istəyirəm. Hücumçuyamsa, bunu etməliyəm. Amma əsas hədəfim daim formada olmaq, bununla da “Sabah”a kömək etməkdi.
- Mövsümün əvvəlində kimsə sənə “3 oyunda 4 qol vuracaqsan” desəydi, gülərdin, hə?
- Əksinə, xoş arzular üçün təşəkkür edərdim. Statistikaya önəm verməyi sevmirəm. Bir ayda 4 qol vurmuşamsa, üç ayda 1 qol belə vurmaya bilərəm. Futbolda belə şeylər olur. Sadəcə, meydana çıxanda özümü matça kökləməyi bacarıram. İçimdə bunu deyirəm: “rəqib müdafiəçi məndən zəifdi ki, güc deyil”. Bununla da özlüyümdə psixoloji üstünlük qazanıram. Təcrübəm var, aparıcı klublarda, yığmada oynamışam. Bunları göz önünə gətirib, hər oyunda qol vurmağa çalışıram. Rəqiblərə hörmətlə yanaşıram, sadəcə, bu mənim üslubumdu.
- Məlum məsələdi, yeni yaranmış “Sabah” bu il avrokuboklara vəsiqə üçün oynamayacaq. Buna baxmayaraq, hədəfiniz nədi və ya yekun turnir cədvəlində komandanı neçənci pillədə görürsən?
- Bu il bizə çox çətin olacaq. Bacarıqlı, amma təcrübəsi az olan futbolçularımız var. Cari mövsümdə əsas məqsəd komandanın formalaşmasıdı. Sonda necə olacağını zaman göstərəcək.
- “Sabah”la 2 illik müqavilə bağlamısan. Deyəsən, 40 yaşına qədər oynamağı qətiləşdirmisən.
- 35-in üstünə 2 gələndə 40 eləmir axı (gülür). Heç nəyi qətiləşdirməmişəm. Nə qədər bacaracamsa, o qədər də oynayacam. Təki bədənim sağlam olsun, ailəmdə problem olmasın. Futbolu sevirəm, futbol oynamaqdan hədsiz zövq alıram.
- Komanda yoldaşın Cavid İmamverdiyev bir vaxtlar ölkənin istedadlı futbolçularından sayılırdı. Hətta bir ara Türkiyədə legioner həyatı yaşadı, amma davamı gəlmədi. Səncə, Rusiya və Ukrayna elitasında oynamağa qadirdi?
- Cavid komandadakı atmosferi qorumaq baxımından əla futbolçudu. Onda xoşuma gələn, bilirsiz, nədi? İdmançı inadkarlığı. Futbolçuya lazım olan xüsusiyyətdi. Çox istərdim ki, başqa azərbaycanlı futbolçularda da olsun. Allah Cavidə lazım olan keyfiyyətləri verib. Ucaboydu, meydanı yaxşı görür, əla zərbələri və ötürmələri var, texnikası yüksək səviyyədədi. Fiziki durumunu bir az da artırmalı, daim yığmada oynamalıdı. Bunları etsə, rahatlıqla legioner həyatı yaşaya bilər. Hər şey öz əlindədi. Kosovo ilə oyunda ehtiyatda qalması yaxşı haldı. Bu onu qıcıqlandıracaq. İdmançının qıcıqlanması isə inkişafa aparan yoldu. Bundan sonra daha artığını etməyə çalışacaq.
- Vaxtilə “Metallist”də, “Şaxtyor”da, Ukrayna yığmasında birgə oynadığın futbolçulardan kimlərlə ünsiyyət qurursan?
- “Metallist”də və Ukrayna yığmasında birgə oynadığım Edmarla məşqçilik kurslarında iştirak edirik. Vaxtaşağı onunla danışıram. Henrix Mxitaryanla da əlaqə qururuq. Villian, Fernandinyo, Duqlas Kosta – bu futbolçular “qızıl əsrin” futbolçuları idi. Amma əlaqəmiz yoxdu.
- “Qarabağ”ın Avroliqanın qrupundakı rəqiblərindən biri “Vorskla”dı. Azərbaycanda bu komandanı səndən yaxşı tanıyan olmaz. Şansları necə dəyərləndirirsən?
- Düzünü deyəcəm, hələ ki “Qarabağ”ın heç bir oyununa 90 dəqiqə baxmamışam. Ancaq qısa videogörüntülərlə kifayətlənmişəm. Ona görə də ətraflı məlumatım yoxdu. Bilirəm ki, bacarıqlı məşqçiyə və yaxşı legionerlərə sahibdilər. Bir şeyi deyim, “Qarabağ”a “Vorskla” ilə görüşlərdə çox çətin olacaq. 100 faiz əmin ola bilərsiz. Baş məşqçiləri Vasili Saçko ilə “Volın”da komanda yoldaşı olmuşuq. Hansı xarakterə sahib olduğuna bələdəm. Üstəgəl, futbolçuların çoxunu tanıyıram. “Vorskla”nın ad-sanı, çox sayda legionerləri olmaya bilər, amma komanda kimi möhkəmdilər.
“Arıqlıq bizdə irsidi, atam da mənim kimidi”
- Deyəsən, ailən yanında deyil...
- Gələcəklər. Viza problemini həll edirlər. Cümə axşamı burda olmalıdılar.
- Övladların var?
- Qızım var, dekabrda 5 yaşı tamam olacaq. Gəlsin, onun da baxça işini həll etməliyik.
- Xanımına Bakıda darıxdırıcı olmayacaq?
- İnanmıram. Gözəl və işıqlı şəhərdə sıxılacağını təsəvvür etmirəm. Əsas odu, üçümüz bir yerdə olaq. Qalan şeylərin qorxusu yoxdu.
- Azərbaycan mətbəxinə uyğunlaşa bilirsən?
- Düzünü desəm, təamları tez-tez dəyişməyi xoşlamıram. Öz menyumda olan yemək növləri var ki, əsasən onlarla qidalanıram. Onlar isə daha çox restoranlarda olur. Lazım olanda özüm də nələrsə hazırlaya bilirəm.
- Yeri gəlmişkən, 35 yaşda ideal idman formasını qorumaq hər futbolçunun işi deyil. Deyəsən, ət və ət məhsullarından uzaqsan.
- Əti çox sevirəm, sevə-sevə də yeyirəm. Arıqlıq bizdə irsidi. Atam da mənim kimidi. Həm də daim məşq edirəm, rejimə önəm verirəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar