10 sen 13:57olke

Yarımçıq karyera, yarımçıq ömür…

Yarımçıq karyera, yarımçıq ömür…
Eldəniz Yusifov: “İnanın, nə həkim, nə də biz bunu Rüfətə deyə bilirdik”
“Ölüm haqdı” deyirlər, amma vaxtsız, vədəsiz gələn əcəl haqda bu sözü deməyə adamın ürəyi gəlmir. Nə yazıq ki, bəzən qəfil xəstəlik ömrü yarımçıq qoyur. Dünyanın ən arzuolunmaz dərdlərindən, sağalmaz xəstəliklərindən biri də “xərçəng”di. Çox az adam onun caynağından xilas ola bilir. Rüfət Musayev də sağalacağına, normal həyata dönəcəyinə inanırdı. İki il yarım mübarizə apardı, amma artığına gücü çatmadı və iki gün əvvəl haqq dünyasına qovuşdu.
2016-cı ilin əvvəlində sağ qolunun dirsək nahiyəsində aşkarlanan şiş əməliyyat olunsa da, “bədxassəli” diaqnozu xəstəliyin mahiyyətindən xəbər verirdi. Hardasa 10 kursa yaxın kimyəvi terapiya da işə yaramadı. Düzdü, son vaxtlar bir qədər yaxşılaşmışdı. Bunu “feysbuk”dakı mütəmadi paylaşımlarından da görmək olardı. Sağalıb karyerasını bərpa edəcəyinə inanırdı. Əməliyyatdan sonrakı açıqlamalarından birində belə demişdi: “Əməliyyatın yeri, demək olar ki, tam sağalıb. Aldığım müalicədən sonra səhhətimdə irəliləyiş var. Bir ara xərçəng ağciyərimə metastaz vermişdi. Aldığım kimya terapiyalarının köməyi oldu. İndi demək olar ki, heç nə yoxdu. Özümü gümrah hiss edirəm. Hər halda, ruhdan düşmürəm. Bacardığımızı edəcəyik. Sağalıb yenidən futbola qayıdacağıma inanıram".
AZAL-da, “Neftçala”da, “Neftçi”də oynamış Rüfəti sabiq klubları, futbolçu yoldaşları, xeyirxah insanlar dəstəksiz qoymurdu. Hələ o vaxt eşitmişdik ki, müayinə və müalicəsi, əməliyyatı üçün toplanan 50 minə yaxın məbləğin az qala beşdəbirini klublar, futbolçular toplayıblar. Rəşad Sadıqovun təşəbbüsü ilə Ağdam klubunun futbolçuları 3200 manat toplayaraq, Musayevin ailəsinə göndəriblər. Kapitan isə bundan əlavə, özü iki-üç dəfə Rüfətə kömək əlini uzadıb. O cümlədən Tərlan Əhmədov, Mirhüseyn Seyidov və başqaları da onun ailəsinə maddi dəstək olublar. Amma göründüyü kimi, olmayanda olmur.
AZAL-ın sabiq rəsmisi Eldəniz Yusifov mərhum futbolçunu belə xatırlayır: “Rüfəti böyük ümidlərlə komandaya götürmüşdük. O, yaxşı futbolçu olmaqla yanaşı, gözəl insan indi. Bu keyfiyyətinə görə hər kəs onun xətrini çox istəyirdi. Hər şey qəfil baş verdi. Məşqlərin birində özünü pis hiss etdi, həkim istirahətə ehtiyacı olduğunu dedi. Bir-iki gün sonra gəlib həkimə bildirdi ki, qolumda şiş var. Sədi həkim (AZAL-ın həkimi Sədrəddin Məmmədov) onu Onkoloji Mərkəzə apardı, müayinənin nəticəsində bədxassəli şiş qeyd olunmuşdu. İnanın, nə həkim, nə də biz bunu ona deyə bilirdik. Hamımız şoka düşmüşdük. AZAL imkan daxilində onun müalicəsinə kömək göstərdi. Bir neçə dəfə Moskvaya göndərdik, əməliyyatına yardım göstərildi. Ədalət naminə deyim ki, onun ailəsinə maddi və mənəvi dəstək olan tək biz deyildik, futbolçular, klublar yardım əlini uzadırdı. Rəşad Sadıqov, Tərlan Əhmədov, Mirhüseyn Seyidov və neçə-neçə futbol adamının xeyirxahlığını qeyd edə bilərəm.
Son vaxtlara kimi Rüfətlə də, ailəsi ilə də əlaqəm var idi. Rüfətin statuslarını görəndə sevinirdim ki, sağalır. Enerji dolu oğlan idi, xəstəliyə güc gələcəyinə inanırdı. Atası da məğrur insandı, əvvəl öz imkanları hesabına müalicə etdirirdi. Ancaq onu tək qoymadıq, imkan daxilində kömək göstərdik. Mətbuat da sağ olsun, bu işə klubları, futbolçuları cəlb etdi. Hesab edirəm ki, bu yazınız da onun ailəsinə kiçik təsəlli olacaq. Allah rəhmət eləsin, ailəsinin son qəmi olsun”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar