10 sen 13:51olke

Qurban Qurbanov: “Bundan da yaxşısına qadirik”

Qurban Qurbanov: “Bundan da yaxşısına qadirik”
Şalland: “1 xal da bizim üçün önəmlidi”
Oyun başa çatandan sonra hər iki komandanın baş məşqçisinin iştirakı ilə ənənəvi mətbuat konfransı keçirildi. Əvvəlcə jurnalistlər önünə Kosovonun çalışdırcısı Bernar Şalland çıxdı. 67 yaşlı isveçrəli mütəxəssis oyunla bağlı fikirlərini bölüşdükdən sonra sualları cavabladı. Yeri gəlmişkən, bir məqamı da vurğulamaq yerinə düşər. Bakı Olimpiya Stadionunda keçirilən oyunu işıqlandırmaq üçün Kosovodan Azərbaycana 9 jurnalist gəlsə də, onlardan yalnlz biri mətbuat konfransına qatılmağı lazım bildi.
- Oyunun nəticəsindən narazı deyiləm. İki fərqli tərzdə oynayan komanda var idi. Azərbaycan topla daha yaxşı rəftar edirdi. Amma təhlükəli vəziyyət yaratmadı. Azərbaycan millisinin Almeyda kimi təhlükəli, ağıllı yarımmüdafiəçisi var. Bu baxımdan yaxşı müdafiə olunmağımız vacib idi. Bu gün uğurla müdafiə olunduq. Ancaq hücum xəttimizdən heç də razı deyiləm. Topu çox gecikdirirdik. İrəlidə ağır təsir bağışladıq. Bilirəm ki, komandam bundan daha yaxşısını edə biləcək potensiala malikdi.
- İlk dəqiqələrə əsasən demək olar ki, qarşılaşma rəsmi matçdan çox yoldaşlıq görüşü kimi təsiri bağışlayırdı. Məqsədiniz burdan 1 xalla ayrılmaq idi?
- Xeyr, mənim üçün heç də belə görünmürdü. Belə düşünsəm, hər iki komandaya hörmətsizlik olardı.
- Son üç yoldaşlıq oyununda rəhbərlik etdiyiniz komanda daha çox hücumameyilli oyuna üstünlük vermişdi. Və futbolçular qısa ötürmələrdən yararlanırdı. Ancaq nədənsə bu gün yetirmələriniz uzun ötürmələrə üstünlük verdi. Bunun səbəbini izah etməyinizi istərdik.
- Onu düz vurğuladız ki, yoxlama oyunlarında daha çox hücum etmişdik, qısa və sürətli ötürmələrə üstünlük vermişdik. Ancaq bugünkü rəqibin topla yaxşı oynadığını nəzərə alaraq, oyun sistemində dəyişiklik etmək istədik.
- Matçdan əvvəl deyirdiz ki, Azərbaycan favoritdi. Bu gün isə fərqli fikir səsləndirdiz. Bildirdiz ki, yetirmələrim bundan da yaxşısını bacara bilər. Belə çıxır ki, nəticədən narazısız?
- Azərbaycan çox güclü komandadı. Bunu dünən demişəm, bu gün bir daha təkrarlayıram. Hər iki tərəfin fərqlənmək üçün şansları oldu. Ancaq rəqibin qol vəziyyəti daha çox idi. Bəlkə də kənardan möhtəşəm oyun kimi görünməyə bilər. Ancaq 1 xal da bizim üçün önəmlidi.
Qonaqların baş məşqçisinin ardından millinin çalışdırıcısı Qurban Qurbanov mikrofonlar arxasına keçdi. Qurban bəy də həmkarı kimi sualları cavablamamış oyunla bağlı fikirlərini söylədi.
- Ağır oyun oldu. Çətin olacağını gözləyirdik. Dünən də qeyd etmişdim ki, rəqibin fərdi cəhətdən bacarıqlı oyunçuları var. Bəzi anlarda topun onlarda çox qalmasını səviyyəli oyunçularının olması ilə əlaqələndirərdim. İlk hissədə ehtiyatlı oyun oldu. İkinci hissə isə fərqli keçdi. Bəzi oyun epizodları düşündüyümüz kimi alınmadı. Amma oyunçulardan razı qaldım. Həddən artıq yoruldular. Səfər oyununa maksimum dərəcədə hazırlaşmalıyıq.
- Özünüz də qeyd etdiz ki, iki fərqli hissə izlədik. İlk hissədə qorxaq, ikinci hissədə hücuma atılan, qol vurmaq istəyən milli gördük. Bu da etdiyiniz əvəzetmələrin nəticəsində oldu. Meydana sonradan çıxanlar daha fəal təsir bağışladılar. Sizə elə gəlmir ki, start “11-liy”ini səhv seçmişdiz?
- Qorxaq deməzdim. Hər iki komanda ehtiyat edirdi. Rəqibin sürətli oyunçuları var. Hansı çempionatlardan gəldiklərini də bilirsiniz. İlk hissədə onların hücumlarının qarşısını aldıq, istədikləri kimi oynamalarına imkan vermədik. Fasilədən sonra isə bizim komanda daha yaxşı təsir bağışladı. Bu gün tam hazır olan futbolçular meydanda idi. Oyun təcrübəsi baxımından əziyyət çəkən oyunçular var. Bu gün hazır futbolçulardan istifadə etdik.
- Artıq xeyli vaxtdı yığmanın “sükanı arxasındasız”. Necə düşünürsüz, bu, yığmanın maksimumudu?
- Xeyr, bundan da yaxşısına qadirik. Qeyd etdiyimiz problemləri aradan qaldırmaq lazımdı. Futbolçularımız daha yaxşı çempionatlarda oynamalı, oyun təcrübələri çox olmalıdı. Hansısa komandaya qarşı oynamaqdan qorxmuram. Faktları deyirəm. Onların hücum xətti güclüdü. Futbolçularımızın daha yaxşı oynamaq imkanları var. Bunu qarşıdakı matçlarda görəcəyik.
- Bu gün Kosovonu məğlub etmək üçün nə çatmadı: Azərbaycan futbolunun səviyyəsi, çempionatın durumu, yoxsa yanlış taktiki seçim?
- Rəqibin oyunu düzgün təhlil edilmişdi. Ancaq çempionatın səviyyəsi aşağıdısa, futbolçu ustalıq səviyyəsini yaxşılaşdıra bilməz. Özümə bəhanə axtarmıram. Oyunçulara güvənirəm. Bunları göz önünə alıb qarşıdakı görüşlərə hazırlaşırıq. Bu rəqibə qarşı layiqincə mübarizə apardıq. Ustalıqda bəzən məğlub ola, texniki səhvlər edə bilərik. Ancaq oyunçular çəkinmədilər, aqressiv oynadılar.
- Cavid İmamverdiyev kimi kreativ yarımmüdafiəçinin yoxluğu hiss olunurdu. Malta ilə görüşdə ona şans verəcəksiz?
- Ola bilər. Amma əsas heyətdə olub-olmayacağını indidən deyə bilmərəm. İki gündən sonra Cavidin hazırlığı daha yaxşı olarsa, meydana çıxa bilər.
- Rəqibin baş məşqçisi sizin oyununuzu yaxşı təhlil etdiyini demişdi. Taktiki dəyişiklik etmək istədiz, alınmadı?
- Bu rəqibin oyunçuları sadə futbolçular deyil. Onlar iştirak etdikləri çempionatlarda ustalıq səviyyəsi yüksək olan oyunçular görüblər. Dəyişikliklər etdim, oyun sürətləndi. İkinci hissədə rəqibin cərimə meydanı yaxınlığında daha çox olduq. Taktiki dəyişikliyə isə ehtiyac yox idi.
- Millətlər Liqası qısa məsafəyə qaçışa bənzəyir. İki aya hər şey bəlli olacaq. Startdan öncə bir çoxları Azərbaycanı favorit görür, qrupun lideri olacağını düşünürdü. Bugünkü nəticədən sonra şansları necə dəyərləndirirsiz? Onu da nəzərə almaq lazımdı ki, bu rəqiblə cavab görüşü Kosovoda olacaq.
- Sona qədər mübarizə aparacağıq. Elə turnirdi ki, iki oyun uduzub, sonda birinci yeri tuta bilərsən. Dünya futbolunda belə halların şahidi olmuşuq. Bütün komandalar turnirin qalibi olmaq istəyir. Biz də son gücümüzə qədər mübarizə aparacağıq ki, hər bir rəqibə qalib gələk.
- Mövsümlərarası fasilədə Qazaxıstana üz tutan Almeyda son üç ayda artırıb, yoxsa geriləyib?
- Deməzdim geriləyib. Almeyda sabit oyunçudu. Həmişəki kimi sərbəst oynayırdı. Ümumilikdə razı qaldım.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar