08 sen 15:12olke

Emin İmaməliyev “Şerif”i izləmək üçün Moldovaya getmək istəyir

Emin İmaməliyev “Şerif”i izləmək üçün Moldovaya getmək istəyir
“Son nöqtəni qoymaqda çətinlik çəkirik”
“Qəbələ”nin U-19 komandasının bu il ölkəmizi UEFA Gənclər Liqasında təmsil edəcəyindən xəbərdarsız. Xatırladaq ki, “qırmızı-qaralar”ın bu yaş qrupu artıq ikinci dəfədi ki, mötəbər turnirə qatılacaq. Onu da bilirsiz ki, Emin İmaməliyevin baş məşqçisi olduğu kollektivin rəqibi Moldova “Şerif”idi. Püşkə əsasən ilk oyun oktyabrın 3-də Qəbələdə, cavab matçı isə 24-də Tiraspolda baş tutacaq.Dünən Emin bəylə əlaqə saxlayıb həm püşkü dəyərləndirməsini istədik, həm də məsul oyun ərəfəsində komandasının durumu ilə maraqlandıq.
- Hazırda şanslar barədə danışmaq, cütdə hansı komandanın favorit olduğunu söyləmək bir qədər tezdi. Rəqibi yaxından tanıyandan, oyununu təhlil edəndən sonra tam fikir yürütmək olar. Onu deyə bilərəm ki, "Şerif"in də yaxşı akademiyası var. Moldovanın ən köklü və imkanlı klublarından biridi.
- Hər halda, ilkin təəssüratınız olmamış deyil. Onu da nəzərə alaq ki, daha çətin rəqiblərlə qarşılaşa bilərdiz. Məsələn, “Herta”, PAOK kimi...
- Açığı, bəxtimizin bir qədər gətirdiyini vurğulamalıyam. Təbii ki,“Şerif”lə müqayisədə adını qeyd etdiyiniz klublar daha güclüdü. Ancaq bu gün müasir futbolda zəif rəqib anlayışı yoxdu. “Şerif” ölkəsinin çempionu olub UEFA Gənclər Liqasında çıxış etmək hüququ qazanıbsa, deməli, futbol oynamağı bacarırlar.
- “Qəbələ”nin U-19 komandası iki il öncə UEFA Gənclər Liqasında çıxış etsə də, Moskva “Dinamo”su ilə hər iki görüşdə məğlub olmaqla ilk mərhələdə mübarizəni dayandırmışdı. Bu il qarşınıza hansı məqsəd qoyulub?
- Məqsədimiz bacardığımız qədər irəliləməkdi. Nə qədər irəli gedə biliriksə, bunu reallaşdırmaq istəyirik. İlkin olaraq məqsəd birinci təsnifat mərhələsini keçməkdi. Sonrasına baxarıq.
- Artıq ikinci mərhələdəki potensial rəqibləriniz də bəllidi.
- Bizim üçün əsas birinci rəqibdi. Hələ ki "Şerif"lə matçlar haqda düşünürük. Turu keçəriksə, onda potensial rəqiblərdən danışmaq, şansları dəyərləndirmək olar. Hazırda bütün fikrimizi "Şerif"ə yönətmişik.
- İlk oyunu “doğma divarlar” arasında keçirəcəksiz. Bu sizin üçün müsbət məqamdı, yoxsa mənfi?
- Mənə elə gəlir ki, qalib iki oyuna əsasən müəyyənləşəndə, mübarizəyə harda başlamağın önəmi var. İlk qarşılaşmanı evdə keçirirsənsə, gərək top buraxmayasan və bacardığın qədər çox qol vurasan. Cütün qalibi olmaq üçün əsas amillərdən biri budu. Öz meydanında uğurlu nəticə qazananda səfərə də rahat gedirsən. Bunun üçün hesabda üstünlüyün olmalıdı.
- "Şerif"i təhlil etmək üçün oyunlarının videoyazılarını izləyəcəksiz, yoxsa Moldovaya yollanacaqsız?
- Açığı, püşkün nəticəsi məlum olandan sonra internet vasitəsi ilə material əldə etməyə çalışıram. Moldovada U-19 liqası avqustun 22-də başlayıb və "Şerif" artıq 2 matç keçirib. Bizimlə qarşılaşmaya qədər hələ 3 çempionat oyunu da keçirəcəklər. Fikrim var ki, heç olmasa, həmin qarşılaşmalardan birini canlı izləmək üçün Moldovaya yollanım. Ancaq bununla bağlı hələ qərar verilməyib. Rəhbərliklə görüşəndən sonra bu suala aydınlıq gələcək.
- Püşkatmadan artıq 3 gün keçib. Hələ rəhbərliklə bu haqda müzakirəniz olmayıb?
- Komanda hazırda Qəbələdə məşq edir. Bu gün (dünən) Gəncəyə yollanıb “Kəpəz”lə yoldaşlıq oyunu keçirdik. Bakıya döndükdən sonra Nail müəllimlə bu haqda müzakirə aparıb, rəhbərliyin fikrini öyrənəcəyik.
- Moldovanın U-19 liqasının avqustda start götürdüyünü qeyd etdiz. Bizdə isə çempionat hələ başlamayıb. Bu məqam komandanızın oyununa nə dərəcədə təsir göstərə bilər?
- Moldovadan fərqli bizdə U-19 liqasının nə vaxt başlayacağı hələ bilinmir. Çempionat davam edəndə komanda istər-istəməz formada olur, oyun təcrbəsindən əziyyət çəkmir. Yoxlama görüşləri ilə rəsmi matçlar arasında böyük fərq var.
- Mövsümlərarası fasilədə komandada çox dəyişikliklər olub?
- 2-3 futbolçu komandadan ayrılıb. Əsas itki kimi Litva klubuna keçən Kamran Quliyevi göstərə bilərəm.
- Onların əvəzinə düşərgəyə yeni oyunçular dəvət etmək fikriniz var?
- Bu yöndə axtarışlarımız davam edir. İndi hücum mövqeyi bir qədər axsayır. Sırf hücumçu baxımından bir az çətinlik çəkirik. İnşallah, oyuna qədər bu problemi həll etməyə çalışacağıq. Bunun nə dərəcədə həll olunacağını yaxın günlərdə biləcəyik. Siyahımda 2-3 futbolçu var. Ancaq onların hamısı indi başqa klubların ya əvəzedici, ya da U-19 komandasında oynayır ki, bu da bizə müəyyən çətinlik yaradır.
- Bu gün (dünən) birinci divizion təmsilçisi “Kəpəz”lə qarşılaşdız və oyun qolsuz heç-heçə ilə başa çatdı. Gəncədəki matçda nədən razı, nədən narazı qaldız?
- Sevindirici məqam odu ki, futbolçular verdiyim tapşırıqları yerinə yetirmək üçün meydanda var qüvvələri ilə mübarizə aparıb, sona qədər vuruşdular. Yəni komandada əzmkarlıq, döyüşkənlik var. Futbolçuların fiziki durumunu da qənaətbəxş hesab etmək olar. 90 dəqiqə boyunca yetərincə qol imkanlarımız da oldu. Məni narahat edən yaratdığımız real qol şanslarından yararlana bilməməyimizdi. Son nöqtəni qoymaqda çətinlik çəkirik. Ümid edirəm ki, “Şerif”lə oyuna qədər bu çatışmazlığı da aradan qaldırmağı bacaracağıq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar