07 sen 15:58olke

Skarlatakenin keçidindəki düşündürücü məqam

Skarlatakenin keçidindəki düşündürücü məqam
Klubların azad agent transfer etməsində limit yoxdu
Ötən sayımızda Adrian Skarlatakenin “Keşlə”ni “Zirə”yə dəyişdiyini xəbər vermişdik. Əslində mərkəz müdafiəçisinin paytaxt klubundan ayrılması gözlənilməz olmadı. Çünki ilk turda yersiz penalti ilə komandasının məğlubiyyətində “pay sahibi” olan rumın futbolçu sonrakı iki turda şans qazanmadı. Srağagün məlum oldu ki, “Keşlə” Skarlatake ilə yolları ayırıb. Günün sonunda isə onun “Zirə”ylə anlaşdığı açıqlandı.
Ancaq bu məsələdə bir məqamı qeyd etmək yerinə düşər. Düzdü, dünya təcrübəsində də klubların azad agent statusuna malik futbolçuları heyətinə qatdığının şahidi oluruq. Adrianla bağlı xəbərdə də qeyd edilib ki, o, “Zirə”ylə azad agent kimi müqavilə bağlayıb. Bəs onda “transfer pəncərəsi”nə nə ehtiyac var? İstənilən adam mövsümün gedişində bu statusla istənilən klubla müqavilə bağlaya bilər. Məgər bu məsələ hansısa şəkildə tənzimlənmir? Klubdan soruşsaq, “Keşlə” tərəfi deyəcək ki, biz onunla müqaviləni “transfer pəncərəsi” bağlanmamış pozmuşuq. Ancaq belədisə, niyə informasiya həmin vaxt açıqlanmırdı? “Keşlə”nin mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov Skarlatake ilə müqaviləyə avqustun 30-da xitam verildiyini söylədi. O, sadəcə, xəbərin gec qoyulduğunu bildirdi.
Ümumiyyətlə, bizdə bu cür sual doğuran ayrılıq və anlaşmalar ilk dəfə yaşanmır. Odu ki, məsələylə bağlı PFL-in də mövqeyini öyrənmək qərarına gəldik. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev bunları dedi: “Biz həmişə vurğulamışıq ki, bu məsələ FİFA-nın reqlamentinə əsasən götürülür. Yəni özümüzdən icad etdiyimiz bir şey yoxdu. Ali futbol qurumunun mövqeyi isə belədi ki, futbolçu futbolsuz qalmamalıdı. Bu idman növü futbolçunun işidi və maksimum çalışılır ki, o, işsiz qalmasın. Reqlamentdə də göstərilir ki, futbolçunun müqaviləsinin müddəti avqustun 31-nə kimi bitirsə, o, mövsümün gedişində başqa komandaya keçə bilər. Skarlatakenin məsələsi də belədi ki, ilk turda oynamışdı, sonrakı turlarda meydana çıxmadı və avqustun 30-da müqaviləyə xitam verilib. Bizə rəsmi sənəd təqdim edilir ki, qarşılıqlı razılıq əsasında müqavilə ləğv olunub, klubun futbolçudan, futbolçunun isə klubdan hər hansı maddi iddiası yoxdu. Biz də baxırıq, müqavilə “transfer pəncərəsi” dönəmində ləğv olunubsa, futbolçunun başqa kluba keçidinə şərait yaradırıq. Bu üzdən onun yeni komanda ilə anlaşmasında problem yoxdu. Tutaq ki, Elvin Yunuszadə, Vüqar Nadirov və klubsuz qalan digər futbolçular mövsümün gedişində hansısa komandayla müqavilə bağlaya bilər. Azad agent transfer etmək məsələsində limit yoxdu”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar