07 sen 15:49olke

Fanklublar yığma naminə birləşəcək

Fanklublar yığma naminə birləşəcək
Kosovo ilə oyunda yenilik olacaq
Sabah yığmamız yeni mübarizəyə başlayacaq. Hər yeni tsikl özüylə yeni ümidlər gətirir. Ancaq bu dəfə iştahımız daha da böyüyüb. Çünki yeni turnir - Millətlər Liqası zəif komandaların da Avropa çempionatında iştirak şansını artırır. Reqlamenti yenidən xatırlatmağa ehtiyac yoxdu. Qrup qalibi olub, yarımfinal və finaldan üzüağ çıxmaqla xəyallarımızı gerçəkləşdirə bilərik. Qurban Qurbanov və komandasının üzərində böyük məsuliyyət var. Bəs onlara inam varmı? Bu suala cavab vermək çətindi. Etiraf edək ki, seçmə mərhələlərdə ən yaxşı halda 4-cü yeri tutmuş milliyə könül verənlərin sayı çox deyil. Hər nə qədər ortada ölkənin adı, bayrağımız olsa da. Müəyyən istisnaları nəzərə almasaq, yığma nə düz-əməlli nəticə verib, nə də baxımlı oyun nümayiş etdirib. Ancaq Qurbanov “Qarabağ”da tətbiq etdiyi oyun modelini əsas komandaya aşılamağa çalışır. Top saxlamaq və “1 nömrə” kimi oynamaq yığmanın yeni üslubudu. Geridə qalan yoxlama oyunlarında da məqsəd bu oyun modelini mənimsəmək idi. Mütəxəssis tam arzusuna çatmasa da, müəyyən irəliləyiş var. Qrupdakı rəqiblər də “dişimizə görədi”. Deməli, Kosovo, Malta və Farer adaları ilə görüşlərdə yığmadan qələbələr gözləyə bilərik. Deməli, ev oyunlarında Bakı Olimpiya Stadionuna (BOS) üz tutmaq üçün yetərincə əsas var. Ən azı ardıcıl 5-ci il bizə avrokubokların qrup mərhələsinin həyəcanını yaşadan Qurbanova görə nəhəng arenanın yolunu tutmağa dəyər. Hamı Qurban bəyin ətrafında yumruq kimi birləşib, bir hədəfə vurmalıdı. Birlik, lazımı dəstək olmasa, hansısa uğurdan danışmaq mənasızdı. Gəlin, əvvəlcə 68 min yerlik stadionu doldurub, Avropaya səs salaq, ondan sonra millidən qələbə gözləyək. Biganə münasibətlə irəli getmək mümkün deyil.
Təbii ki, burda əsas amillərdən biri də fəal dəstəkdi. Kosovo əsas rəqibimizdisə, onları maksimum dərəcədə təzyiq altında saxlamalıyıq. Rəqibin BOS-un qazonuna çıxanda ilk alacağı psixoloji zərbə məhz azarkeş təzyiqi olacaq. Gerisi yığmamıza qalır.
Bəs bu fəal dəstəyi necə təşkil edək? Əlbəttə, bu mənada əsas yük fanklubların üzərinə düşür. Onların mütəşəkkil qaydada fəaliyyət göstərməsi, işgüzarlığı həlledici olacaq. Bütün tribunalara onlara dirijorluq etməlidi. Bunun üçün isə yetərli say vacibdi. Gəlin görək fanklublar Azərbaycan – Kosovo oyununa necə hazırlaşır?
Atanur Cəfərli (Sektor 11): “Neçə vaxtdı bu oyuna hazırlaşırıq. Stadiona da getmişdik. Millətlər Liqası Avropa çempionatına vəsiqə qazanmaq üçün yaxşı şansdı. Ona görə də bu oyuna ciddi hazırlaşırıq. Qrupda ən güclü rəqib Kosovodu. Bu oyunu erkən final da saya bilərik. Çalışacağıq ki, əlimizdən gələn qədər milliyə dəstək verək. Üzvlərimizlə də söhbət etmişik, başqa fanklublarla da danışmışıq. Birləşib birgə azarkeşlik etməyi planlaşdırırıq. “Forza Neftçi” ilə birgə dəstək verəcəyimiz dəqiqdi. Bir-iki fanklubun da bizə qoşulacağını gözləyirik. Bununla bağlı danışıq gedir. AFFA bizim üçün bilet ayıracağını bildirib. Ancaq onlar bizim üçün 5-ci mərtəbədə yer ayırıb. Onsuz da Bakı Olimpiya Stadionu nəhəng arenadı və tribunalar meydandan uzaq olduğu üçün azarkeş dəstəyi o qədər effektli olmur. 5-ci mərtəbədən verilən dəstək isə heç hiss olunmur. AFFA yerimizi dəyişməsə, özümüz aşağı mərtəbədən bilet alıb, ordan yığmaya dəstək verəcəyik. Qurum bizdən say gözləyir. Buna uyğun bilet veriləcək. Bu dəfə daha çox barabandan istifadə olunacaq. Stadiona gedən yolda, arenanın önündə və 2-ci mərtəbədə barabanlar olacaq. Azarkeşləri daha motivasiyalı etmək və cuşa gətirmək üçün bu cür yeni addımlar atılacaq. Oyun vaxtı isə həmin barabanlar bizim olduğumuz tribunaya gətiriləcək. Belədə daha keyfiyyətli dəstək verilə bilər. Görək necə olacaq. Fəal fanklub üzvlərini müxtəlif tribunalarda yerləşdirmək haqda daha öncə fikirləşmişdik. Ancaq onun effektliliyi zəif oldu. Bizə qoşulanlar daha öncədən yazırlar, bizim olduğumuz sektorlara bilet alırlar. İstəyən adam şüarları səsləndirərkən bizə dəstək verir, həmin şüarları bizimlə birgə səsləndirir. İstəməyən, oyunu rahat oturaraq, tum çırtlamaqla izləməyi üstün tutan üçün isə heç bir fərqi yoxdu. Yenə öz bildiyini edəcək. Onlara görə fanklubun belə parçalanmasının heç bir xeyri yoxdu. Əksinə, parçalananda effektliliyimiz aşağı düşür. Hətta hər fanklub ayrı sektordan dəstək verəndə də keyfiyyətli dəstək alınmır. Bəzi insanlar isə bizə irad bildirir, “oturun aşağı, futbola baxaq” deyirlər. Bizə qarşı gəlirlər. Bu dəfə bütün fəal azarkeşləri bir sektorda toplamağı planlaşdırırıq. Yəqin ki, oyun zamanı sıravi tamaşaçılardan da bizə qoşulanlar olacaq”.
Adil Məmmədov (Xəmsə): “Yığmanın oyununa gedəcəyik. Ancaq AFFA-dan bilet gözləyirəm, hələ cavab almamışam. Bir neçə nəfərlə əlaqə saxlasam da, bu haqda məlumat ala bilməmişəm. Bilet alınmasa, fərdi şəkildə BOS-a yollanacağıq. Belədə fərqli sektorlara düşə bilərik. Ancaq AFFA bilet ayırsa, fanklub şəklində fəal dəstək verə bilərik. Maksimum 15-20 nəfər olacağıq. Çünki fanklubumuzun əksər üzvləri gəncəli tələbələrdi. Onlar isə tədris ili hələ başlamadığından Bakıya gəlməyib”.
Sübhan Əliyev (Forza Neftçi): “Yığmanın oyununa getməyi planlaşdırırıq. Ancaq dəqiq sayımız hələ bilinmir. Bannerlər olmayacaq. Amma müxtəlif şüarlar səsləndirəcəyik”.
Başqa fanklubların da mövqeyini öyrənmək istədik. Ancaq yalnız “Qarabağ”a fanklub kimi dəstək olduqlarını bildirən “İmarət” və “Qarabağ boys”un mövqeyini öyrəndikdən sonra başqalarına müraciət etməyə lüzum bilmədik. Düşünürdük ki, ən azı Qurban Qurbanova, Maksim Medvedevə, Qara Qarayevə, Bədavi Hüseynova, Mahir Mədətova görə “köhlən atlar”ı dəstəkləyən fanklublar milliyə də biganə qalmaz. Ancaq onlardan “fərdi şəkildə oyuna gedəcəyik” cavabını aldıqdan sonra başqalarına üz tutmağın mənasız olduğunu anladıq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar