07 sen 15:38olke

Luka Pavloviç “Qəbələ”ni münasib rəqib sayır

Luka Pavloviç “Qəbələ”ni münasib rəqib sayır
“Əsas vəzifəmiz səfərdən sərfəli nəticə ilə dönməkdi”
Ötən sayımızda UEFA Gənclər Liqasında ölkəmizi təmsil edəcək “Qəbələ”nin ilk mərhələdə “Şerif”in U-19 komandası ilə qarşılaşacağını xəbər vermişdik. Püşkə münasibət bildirən “qırmızı-qaralar”ın futbol akademiyasının baş meneceri Nail Kərimov şansları 50-nin 50-yə dəyərləndirmişdi. Onu da bildirmişdi ki, Tiraspol təmsilçisinin futbol akademiyasının şəraiti heç də ölkəmizdə ön sırada olan “Qəbələ”dən zəif deyil. Dünən isə “Şerif”in U-19 komandasının baş məşqçisi Luka Pavloviç klub saytına müsahibəsində püşkü dəyərləndirib, “Qəbələ” ilə oyunla bağlı fikirlərini bölüşüb.
- Luka, UEFA Gənclər Liqasının püşkatmasındanm öncə hansısa istəyiniz var idi?
- Heç bir arzudan, istəkdən söhbət gedə gedə bilməz. Bu haqda heç nə düşünmürdüm. Ancaq onu da bildirim ki, püşkatmanın nəticəsindən razıyam. Daha güclü rəqiblərlə düşə bilərdik. Məsələn, “Herta” və PAOK kimi komandalar var idi. Digər tərəfdən, güclü komandalarla oyunda futbolçularımız təcrübə qazanır. “Qəbələ”nin adi bir rəqib olduğunu söyləyə bilmərəm. Amma ilk turda lazımi səviyyədə çıxış etmək üçün gücümüz var. Hazırda çempionatda 10 günlük fasilə yaranıb. Bu müddətdən yararlanıb futbolçuları taktiki planda hazırlamağa çalışacağıq. Oyuna hazırlaşmaq üçün 10 gün vaxtımız var. Bizim futbolçuların fiziki hazırlığı yerindədi. Psixoloji hazırlıq baxımından da “artırmaq” lazımdı. Bu yöndə zəruri işlərin aparılması vacibdi.
- “Qəbələ” sizə sizə tanış rəqibdi?
- Bu komanda haqda heç bir məlumatım yoxdu. Amma son illərdə Azərbaycan futbolu inkişaf edir və ölkədə bu sahəyə yaxşı maliyyə yatırılır. Güclü futbol məktəbləri fəaliyyət göstərir. Birmənalı şəkildə deyə bilərəm ki, bizə heç də asan olmayacaq. Rəqibin oyununu xırdalığına qədər təhlil etməliyik. Elə etməliyik ki, komanda özünə və sahib olduğu güclü oyun keyfiyyətlərinə inansın.
- Maraqlıdı, oyununuzu rəqibə uyğun quracaqsız, yoxsa öz oyun fəlsəfənizə sadiq qalacaqsız?
- Məhz aparacağmız təhlillər bizə rəqibin güclü və zəif tərəflərini göstərəcək. Yalnız bundan sonra Azərbaycanda keçiriləcək ilk qarşılaşmanın planını təsdiqləyəcəyik.
- İlk oyun səfərdədi. Bunu sizin üçün əlavə üstünlük saymaq olar?
- Bizim üçün ilk görüşün səfərdə keçirilməsi yaxşı haldı. Bu fürsətdən yararlanıb rəqib haqda məlumatlarımızı zənginləşdirəcəyik. Qalibin müəyyənləşəcəyi ev matçına hazırlıq üçün ilk matçda toplayacağımız informasiya çox vacibdi. Əsas vəzifəmiz səfərdən sərfəli nəticə ilə dönməkdi.
- UEFA Gənclər Liqasında komandanızın qarşısına konkret məqsəd qoyulub?
- Bizi qarşıda əvəzedicilərin və Moldova çempionatının U-19 liqasında vacib oyunlar gözləyir. Elə etməliyik ki, iki cəbhədə mübarizə aparmağa gücümüz yetsin. Bunun üçün real durumu nəzərə alıb, qüvvəmizi bərabər bölməliyik. Növbəti mövsümdə də UEFA Gənclər Liqasında ölkəmizi təmsil etmək istəyirik. Cari mövsümə gəlincə, əsas məqsəd ilk mərhələni adlamaqdı. Ondan sonrasına baxarıq.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar