07 sen 15:34olke

Ozobiç “Qarabağ”ı tərifləməkdən doymadı

Ozobiç “Qarabağ”ı tərifləməkdən doymadı
“Uğurlu olsam, yığma məşqçilərinin diqqətini çəkə biləcəm”
“Şerif”lə Bakıdakı qarşılaşmada adından söz etdirən futbolçulardan biri də Filip Ozobiç idi. Çempionatın son turunda, “Neftçi”ylə qarşılaşmada parlaq çıxışı və verdiyi qol ötürməsi ilə diqqətləri üzərinə çəkən xorvatın Moldova çempionu ilə oyunda qol vurması yerinə düşdü. Bununla da Ozobiç “Qarabağ”da qol hesabını açmış oldu. Qol da ki nə qol.
Məlum görüşdə vurulan qol Filipin həmyerlilərinin – xorvat jurnalistlərin də diqqətindən yayınmayıb. “19 nömrə”nin ölkəsinin mətbuatına verdiyi müsahibə ilə tanış olun.
- "Qarabağ"da qol hesabını Avroliqanın pley-offunda "Şerif"ə 3:0 hesabıyla qalib gəldiyiniz matçda açdın. Həmin anı necə xatırlayırsan?
- Top mənə düşəndən sonra dərhal qapıya zərbə vurmaq haqda düşündüm. Baxdım ki, rəqib futbolçulardan heç kim mane olmur. Nəticədə uzaq "9-luğ"u nişan aldım. Hesab 3:0 oldu və bu qol qrupa düşəcəyimizin göstəricisiydi. Açığı, "Şerif" yaxşı komandadı. Ancaq iki oyuna görə biz növbəti mərhələyə keçməyi haqq etdik.
- Bu, avrokuboklarda ilk belə qolun deyil. İki il əvvəl “Qəbələ”nin formasında “Lill”in qapıçısını oxşar zərbə ilə məyus etmişdin. Deyəsən, alınır…
- Bəli, alınır. Ümid edirəm ki, sonuncu qol olmayacaq. Azərbaycan çempionatında da belə qollarım olub. Ancaq nədənsə Avropada vurduqlarım daha geniş əks-səda doğurur (gülür). Burda özümü çox rahat hiss edirəm. Və ən vacibi, Bakını sevirəm. Yeni klubum da paytaxtda məskunlaşıb.
- Niyə məhz "Qarabağ"ı seçdin?
- Əvvəla, bu komanda son 5 ildə ölkə çempionu olub. Hərçənd "Qəbələ" də əla klubdu. Amma "Qarabağ" daha sabit çıxış edir. Bütün təşkilati məsələlər ən yüksək səviyyədədi. Burda futbolçuların heç bir problemi yoxdu. "Qəbələ"ylə müqaviləmin müddəti bitmişdi. Onlar istəyirdilər ki, qalım. Ancaq daha yaxşı şərtlərim vardı və karyera baxımından irəli addım atmağı qərara aldım.
- Unutmayaq ki, Qəbələdəki stadionda sabiq komandana qarşı oynamalı olacaqsan...
- Düzü, onlar da bir az üzgün idilər. Ancaq bu futboldu və başqa kluba keçid normaldı. Fikrimcə, Qəbələdəki oyunda iştirak edə bilərəm. Onlar da karyeramın yaxşıya doğru irəliləməsini istəyirdilər.
- Bakıdakı və Qəbələdəki azarkeşlər...
- Azarkeşlərimiz həmişə müsbət planda olurlar. "Qarabağ"ın çox sayda fanatı var. Onlar həmişə ön plandadı.
- Xorvatiyada bütün yaş qruplarından ibarət yığmaları keçmisən. Əsas yığmada isə Ante Çaçiçin baş məşqçiliyi vaxtında Çinə qarşı oynamısan. Ancaq milliyə elə də həvəs göstərmirsən. İndi Belçikadan 5 futbolçu milli komandaya cəlb olunub. Ancaq Azərbaycanda oynayan futbolçu kimi siyahıda deyilsən. Sanki bir daha yığmaya çağırılmayacağınla barışmısan.
- "Qarabağ"ın gücünü bilirəm. Ona görə də təklif gələn kimi heç düşünmədim və dərhal qəbul etdim. "Qarabağ" əla klubdu, şərtlər ən üst səviyyədədi. Xorvatiyayla müqayisədə fərq böyükdü. "Dinamo" və "Riyeka"dan fərqli, qrupa necə düşdüyümüzü gördüz. Əminəm ki, "Qarabağ" qələbələrini davam etdirəcək. Və bu uğurda mənim də payım olacaq. Bilirəm ki, uğurlu olsam, yığma məşqçilərinin diqqətini çəkə biləcəm. Ancaq yığmada oynamaq haqda düşünməməyim mümkün deyil.
- Düşdüyünüz qrupu necə dəyərləndirərdin?
- Maraqlı və güclü qrupda yer almışıq. "Arsenal"la "Sportinq" Çempionlar Liqasının səviyyəsində komandalardı. "Vorskla" gücümüzə görədi. "Qarabağ" qrupdan çıxmaq istəyir. Buna nail olmaq üçün mümkün qədər çox xal toplamalıyıq.
HƏBİB hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar